Musəvi Qaynaqlarında Mehdinin (ə.s.) Hakimiyyət Dövrü

Musəvilərə görə Hz. Mehdinin gəlişindən sonrakı dövrdə, nifrət və müharibələr sona çatacaq; sülh və ədalət təsis ediləcək, sevgiyə əsaslanan bir sistem qurulacaqdır. Həmçinin Hz. Mehdi dövründə texnologiya çox inkişaf edəcək; şəhərlər gözəlləşəcək; yüksək yaşayış  səviyyəsi olacaq; torpaqlar bərəkətli, su qaynaqları bol olacaq; zənginlik və bolluq olduğu üçün heç kim ehtiyaç içində qalmayacaq. Lakin insanlar əsas olaraq Allaha yaxınlaşmaq üçün səy göstərəcək və maddədən çox mənəviyyata önəm verəcəklər. Din əxlaqının hakimiyyətiylə anlaşmazlıqlar ortadan qalxacaq; insanlar hüzur və etibar içində yaşayacaq və dünya Allahın elmiylə dolacaqdır.
Musəvilərin “Olam Ha-ba” (Gözlənən Dünya) adlandırdıqları, Hz. Mehdinin hakimiyyət dövrünü izah edən ifadələr, Hz. Məhəmmədin (s.ə.s.) “Qızıləsr”i tərif edən hədisləriylə çox uyğundur. Musəvi qaynaqlarında olan bu təsvirlərdən bir qismi bu şəkildədir:
1. Sıxıntıların sona çatması:
... Hakim Rəbb bütün üzlərdən gözyaşların siləcək... (Yeşaya, 25:8)
O vaxt korların gözləri, karların qulaqları açılacaq; topallar maral kimi qaçacaq, dilsizlərin dili sevinclə açılacaq... (Yeşaya, 35:5-6)
... Onun hakimiyyətində... Ay işıldadığı müddətcə sağlamlıq artsın! (Məzmurlar, 72:7)
... salamatlıq bolluğunda ləzzət tapacaqlar. (Məzmurlar, 37:11)
... onlara yük olanı, bellərini döyən dəyənəyi, onlara əziyyət verənlərin çubuğunu parça parça edəcəksən... (Yeşaya, 9:4)
... Allah onlara qəlblərin bütün istəklərini verəcək. (Məzmurlar, 37:4)
Boş yerə iş görməyəcəklər... (Yeşaya, 65:23)
2. Su qaynaqlarının bollaşması:
Çılpaq təpələr üzərində çaylar, vadilərdə su qaynaqları axıdacağam. Çölü hovuza, quraq torpağı mənbəyə çevirəcəyəm... (Yeşaya, 41:18-19)
... çöldə sular fışqıracaq, çaylar axacaq. Qızğın qum hovuza, susuz torpaq mənbəyə dönəcək... (Yeşaya, 35:6-7)
... dərələrində su axacaq... (Yoel, 3:18)
3. Bolluq və bərəkət olması:
... o zaman çöl meyvə baxçasına, meyvə baxçası meşəyə dönəcək. (Yeşaya, 32:15)
... Buğdanı çoxaldacağam... ağacların meyvəsini, tarlaların məhsulunu çoxaldacağam. (Hezekiel, 36:29-30)
Çöl və quraq torpaq sevinəcək, çöl coşub çiyələk kimi çiçəklənəcək. Hər yer çiçəklənib sevinclə coşacaq, sevincini hayqıracaq... çaqqalların yatdığı yerlərdə, qamış və ot bitəcək. (Yeşaya, 35:1-2, 35:7)
Hər yaxşı olan şey bol olacaq və bütün incəlik və gözəlliklər çox rahat əldə olunacaq. (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)
... Onun günlərində saleh çiçəklənsin və Ay yox olana qədər, salamatlıq bolluğu olsun. (Məzmurlar, 72:6-7)
... təpələrdən süd damlayacaq... (Yoel, 3:18)
... iki qat mülk qazanacaqsınız... (Yeşaya, 61:7)
Gün gəlir Rəbb deyir, “Cüt sürən oraqçıya, üzüm basdıran əkin əkənə çatacaq...” (Amos, 9:14)
4. Aclıq və qıtlığın sona çatması:
Artıq sizə qıtlıq göndərməyəcəyəm... (Hezekiel, 36:29-30)
... (Mehdi) dövründə qarınlarını doyurmaları qədərlərində təyin olunmuşdur... (Talmud, Sanhedrin 98b)
... tox qarına yatacaqlar... (Sefenya, 3:13)
... Yol boyu bəslənəcək, hər çılpaq təpədə otlaq tapacaqlar. Acmayacaq, susamayacaqlar... (Yeşaya, 49:9-10)
5. Meyvə bağçalarının bollaşması:
(Mehdinin gələcəyi) zamanda, bütün yabanı ağaclar meyvə verəcəklər. (Talmud, Kethuboth 112b)
... bağlar salacaqlar... və bağçalar düzəldib onların meyvəsini yeyəcəklər. (Amos, 9:14)
... o zaman səhra meyvə baxçasına... dönəcək. (Yeşaya, 32:15)
6. Ateist ideologiyaların yıxılması:
Rəbb ilə çəkişənlər parçalanacaqlar... (1. Samuel, 2:10)
Rəbb bütün dünyanın kralı olacaq. O gün tək Rəbb, tək Onun adı qalacaq... (Zəkəriyya, 14:9)
7. Allaha imanın bütün dünyada hakim olması:
... sular dənizi necə doldurursa, dünya da Rəbbin elmi ilə dolacaq... (Yeşaya, 11:9)
O dövrdə... Dünyanın tək məşğuliyyəti Allahı bilib tanımaq olacaq... (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)
(Mehdinin) o günlərində məlumat, hikmət və həqiqət bütün dünyada artacaq, çünki belə deyilmişdir “Dünya Allahın məlumatı ilə dolacaq...” (Maimonides, Mişna Tora, Tövbə 9:2)
8. İnsanların Allahın ucalığını gərəyi kimi təqdir etməyə başlamaları:
(Mehdi)... Yaradıcılarını, insanlıq mərtəbəsində mümkün olan ən üst səviyyədə anlamaları mümkün olacaq... (Maimonides, Mişna Tora, Krallların Qanunları 12:5)
... İnsanlar Rəbbin ucalığını, Allahımızın görkəmini görəcək. (Yeşaya, 35:2)
O zaman Rəbbin ucalığı görünəcək, bütün insanlar birlikdə Onu görəcək... (Yeşaya, 40:5)
9. İnsanların Allah qorxusuyla Ona yönəlmələri:
... Son günlərdə qorxaraq Rəbbə və Onun yaxşılığına yönələcəklər. (Hoşea, 3:5)
Dünyanın dörd tərəfi xatırlayıb Rəbbə dönəcək, xalqların bütün nəsilləri Onun qarşısında əyiləcəklər. Çünki hakimiyyət Rəbbindir... (Məzmurlar, 22:27-28)
10. Allahın bir və tək ilah olaraq xatırlanması:
... o gün bir olan Rəbb ucaldılacaq. (Yeşaya, 2:17)
11. Allahın əmr və qadağalarına tabe olunması:
... Buyruqlarımı izləyəcək, qaydalarıma tabe olacaq, onları tətbiq edəcəklər. (Hezekiel, 37:23-24)
... tək ürəklə Rəbbə qulluq etmək üçün, hamısı Rəbbin adını çağırsınlar deyə, qövmlərə təmiz səs verəcəyəm. (Sefenya, 3:9)
12. İnsanların günahdan uzaq, iman təmizliyi ilə yaşamaları:
... günah işlədikləri yerlərdən qurtarıb təmizləyəcəyəm... (Hezekiel, 37:23-24)
Onları mənə qarşı işlədikləri bütün günahlardan təmizləyəcəyəm... (Yeremya, 33:8)
Xalqının hamısı doğru insanlar olacaq... (Yeşaya, 60:21)
Orada bir yol, bir baş yol olacaq,”Müqəddəs yol” deyə xatırlanacaq, murdar insanlar keçə bilməyəcək oradan. O yol xilas olmuş olanların yoludur. O yolda gedənlər, axmaq insanlar da olsa yoldan sapmayacaq. (Yeşaya, 35:8)
Salehlər yeri miras alar və onda əbədi olaraq qalarlar. (Məzmurlar, 37:29)
Utanc yerinə iki qat qürur tapacaqsınız. (Yeşaya, 61:7)
13. Yalan və saxtakarlığın sona çatması:
... (Mehdi dövründə xalq) haqsızlıq etməyəcək, yalan danışmayacaq, kimsəni aldatmayacaq... (Sefenya, 3:13)
... Saxta peyğəmbərləri də, çirkli ruhu da ölkədən uzaqlaşdıracağam. (Zəkəriyya, 13:2)
... onun günlərində düzgünlük inkişaf etsin... (Məzmurlar, 72:7)
14. Dünyaya ədalətin hakim olması:
O zaman ədalət səhraya qədər yayılacaq, düzgünlük meyvə baxçasında məskunlaşacaq... (Yeşaya, 32:16)
15. İdarəçilərin ədalətli olması:
... öndərlər ədalətlə idarə edəcək. Hər biri küləyə qarşı bir sığınacaq, fırtınaya qarşı bir sığınacaq, səhrada axar su, quraq yerdə kölgə salan böyük bir qaya kimi olacaq. (Yeşaya, 32:1-2)
16. Döyüşlərin sona çatması:
... Xalq xalqa qılınc qaldırmayacaq, müharibə üçün təhsil almayacaqlar artıq. (Yeşaya, 2:4; Mika, 4:3)
Müharibə avadanıqlarını Efrayimdən, atları Yeruşalimdən uzaqlaşdıracağam. Döyüş yayları qırılacaq... (Zəkəriyya, 9:10)
O dövrdə aclıq, ya da döyüş, həsəd, ya da düşmənlik olmayacaq... (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:5)
17. Silahlanmanın sona çatması:
... silahları yanacaq. Kiçik böyük qalxanları, yayları, oxları, çubuqları, mizraqları alova atacaqlar... Yandırmaq üçün silahları istifadə edəcəklər... (Hezekiel, 39:9-10)
... İnsanlar qılınclarını çəkiclə döyüb şum dəmiri, mizraqlarını baxça bıçağı edəcəklər... (Yeşaya, 2:4; Mika, 4:3)
18. Şiddət və terorun sona çatması:
... kimsə zərər verməyəcək, yox etməyəcək... (Yeşaya, 11:9)
... qurdla quzu birlikdə otlayacaq, aslan mal kimi saman yeyəcək. İlanın yeməyi isə torpaq olacaq... (Yeşaya, 65:25)
19. Sülh və etibarlı mühit olması:
Hər kəs öz çardağının və əncir ağacının altında oturacaq. Kimsə kimsəni qorxutmayacaq... (Mika, 4:4)
... Doğruluğun məhsulu sağlamlığın nəticəsi, davamlı hüzur və etibarlılıq olacaq. (Yeşaya, 32:16-18)
Onun dövründə qurdla quzu bir yerdə yaşaycaq, bəbirlə oğlaq birlikdə yatacaq, buzov, gənc aslan və mal yan yana dayanacaq, onları kiçik bir uşaq otaracaq. İnəklə ayı birlikdə otlayacaq, balaları bir yerdə yatacaq... Əmzikdəki körpə kobra yuvası üzərində oynayacaq, süddən kəsilmiş uşaq əlini ilan yuvasına soxacaq... heç kimə zərər verməyəcək, yox etməyəcək... (Yeşaya, 11:6-9)
... onları qorxudan olmayacaq. (Sefenya, 3:13)
.... Onu hər yandan əhatə edən düşmənlərindən qurtarıb rahata qovuşduracağam... (1. Tarixlər, 22:9)
20. İnsanların xöşbəxt olması və sevinc içində yaşamaları:
... Üzlərində sonsuz sevinc olacaq. Sevinc onların olacaq, kədər və inilti bitəcək. (Yeşaya, 51:11)
... Orada coşqu və sevinc, təşəkkür və şənlənmək olacaq. (Yeşaya, 51:3)
Əkin biçənlərin sevindiyi, qənimət paylaşanların coşduğu kimi, onlar da sevinəcək sənin qarşında. (Yeşaya, 9:3)
... sevinciniz sonsuz olacaq. (Yeşaya, 61:7)
21. İnsanların hüzur və etibarlılıq mühitində yaşamaları:
... hüzur  və təhlükəsizlik içində olacaq... (Yeremya, 30:10)
İnsanlar oraya yerləşib təhlükəsilzik içində yaşayacaq... (Zəkəriyya, 14:11)
... şəfa verəcək, bol sağlamlıq, təhlükəsizlik içində yaşamalarını təmin edəcəyəm. (Yeremya, 33:6)
22. Dolanışıq çətinliyi olmaması:
(Mehdi dövründə) insanların həyatlarını qazanmaları çox asan olacaq... (Maimonides Mişna Təfsiri, Sanhedrin 10:1)
... Sevgisi səni yeniləyəcək... Görəcəksiniz, sizi yenidən mütərəqqi edəcək... (Səfana, 3:17, 20)
23. Təhlükə və narahatlığın qalmaması:
Aslan olmayacaq orada, yırtıcı heyvan o yola çıxmayacaq; orada olmayacaqlar... (Yeşaya, 35:9)
... kimsə onu qorxutmayacaq. (Yeremya, 30:10)
24. Yıxılan şəhərlərin abadlaşdırılması:
... xarab olan şəhərləri abadlaşdıracaqlar  və onlarda yaşayacaqlar... (Amos, 9:14)
O zaman köhnə xarabalıqları yenidən tikəcəklər, çoxdan viranəyə dönmüş yerləri yenidən quracaq, dağılmış şəhərləri təmir edəcəklər. (Yeşaya, 61:4)
... əvvəlki rifahına qovuşduracaq, əvvəldən olduğu kimi bina edəcəyəm. (Yeremya, 33:7)
25. Qlobal istiləşməyə çarə tapılması:
... qovurucu isti və günəş vurmayacaq onları... (Yeşaya, 49:9-11)
26. Yol və körpülərin artması:
... Bütün dağlarımı yola çevirəcəyəm, əsas yollarım yüksəldiləcək. (Yeşaya, 49:9-11)
27. Qürurluların yerini təvazökarların alması:
... qürurlu, həyasız olanları uzaqlaşdıracağam aralarından... bir daha loğvalanmayacaqlar. (Səfana, 3:11)
Orada yalnız mənim adıma sığınan itaətli və təvazökarları saxlayacağam. (Səfana, 3:12)
İnsanların qüruru qırılacaq... (Yeşaya, 2:17)
28. İnsanların ürəklərinin imanla yumşalması:
(Mehdinin) o günlərində... “daş kimi qatılaşmış ürəklərinizi bədəninizdən söküb götürəcəyəm”. (Maimonides Mişna Tora, Tövbə 9:2)
29. Ağıl və hikimətin artması:
Düşüncəsizin ağlı hikmətə çatacaq... (Yeşaya, 32:4)
(Mehdi dövrü)... ağıllı adamların sayının artacağı bir dövr olacaq... (Maimonides Mişna Təfsiri, Sanhedrin 10:1)
(Mehdi dövründə)... çox azla çox şey bacaracaqlar... (Maimonides Mişna Təfsiri, Sanhedrin 10:1)
30. Batini elmlərin öyrənilməsi:
O dövrdə... batini həqiqətləri qavrayacaqlar və qavradıqları qədəri ilə Yaradıcının ağlını idrak edəcəklər. Çünki belə yazılmışdır: “Çünki dünya da, suyun dənizi örtməsi kimi Allahın elmiylə dolacaq...” (Maimonides Mişna Tora, Kralların Qanunları 12:5)
31. Dəyər mühakimələrinin düzəlməsi:
Artıq axmağa soylu, alçağa hörmətli deyilməyəcək. (Yeşaya, 32:5)
32. Şirk qoşmadan iman edilməsi:
“O gün ölkədən bütlərin adlarını qaldıracağam, bir daha xatırlanmayacaqlar” deyir hər şeyə hakim Rəbb... (Zəkəriyya, 13:2)
Artıq bütləri ilə, iyrənc tətbiqləri ilə, üsyanlarıyla özlərini çirkləndirməyəcəklər... (Hezekiel, 37:23)
33. Tövratın əvvəlki halına çevrilməsi:
... Onun (Mehdinin) dövründə (Tövratın) bütün qanunları əvvəldən olduğu kimi köhnə halına gətiriləcək... (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)

0 коммент.:

Отправить комментарий