Quranda və Digər İslami Qaynaqlarda Mehdi (ə.s.) İşarələri

Peyğəmbərimiz (s.ə.s.) bundan təxminən 1400 il əvvəl, müxtəlif əlamətlərlə yaşadığımız dövrə işarə edərək, insanların Quran əxlaqından uzaqlaşacaqları bir dövrün olacağını; dünya miqyasında böyük bir pozulma, fitnə, qarışıqlıq olacağını xəbər vermişdir. Bunun arxasından isə Allahın “Mehdi” sifətiylə mübarək bir qulunu vəsilə edərək, bütün dünyada İslam əxlaqını hakim edəcəyini; yaşanan mənəvi korlanmanın yerini gözəl əxlaqa, dinclik, sülh, xöşbəxtlik və rifaha buraxacağını bildirmişdir. Peyğəmbərimiz (s.ə.s.) bu dövrdə, daha əvvəl Allah qatına alınmış olan Hz. İsanın da ikinci dəfə dünyaya gələcəyini və Hz. Mehdiylə birlikdə, Dəccala və onun fikir sisteminə qarşı mübarizə aparacağını izah etmişdir. Allahın icazəsiylə Dəccaliyət, bu müqəddəs dövrdə Hz. İsa və Hz. Mehdi vəsiləsiylə mənən sona çatacaq və təsirsiz hala gətiriləcək.

Bu saytda yer verdiyimiz, Hz. İsa və Hz. Mehdinin gələcəyi dövrün əlamətlərinin çox böyük əksəriyyəti reallaşmışdır. Allahın icazəsiylə, yaşadığımız bu dövr, Dəccaliyətin məğlub olduğu, inananların və din əxlaqının dünya miqyasında hakim olacağı bir dövr olacaq. İmanın işığı ilə, Uca Rəbbimiz həqiqi din əxalqını hakim edəcəyini belə bildirməkdədir:

 Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər.Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur! (Tövbə Surəsi, 32-33)

Allahın bu vədi Allahın təyin etdiyi qədər içində mütləq reallaşacaq. Hz. Mehdi, sevimli Peyğəmbərimiz (s.ə.s.)in vəd etdiyi bütün xidmətlərini yerinə yetirəcək və Allahın icazəsiylə Quran əxlaqını bütün dünyaya hakim edəcək. Bolluğuyla, bərəkətiylə, insanlara təmin edəcəyi hər cür rahatlığıyla və hüzur dolu mühitiylə hər müsəlmanın yaşamaq istəyəcəyi bu dövr, iman edən insanlar üçün dünya həyatında çox üstün bir mükafatdır.

Hz. Mehdinin çıxışının bir müjdə olduğunu, Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.) “Hz.Mehdi ilə müjdələnin. O Qureyşdən və Əhli Beytimdən bir şəxsdir. “ sözü ilə bildirmişdir. (Kitabul Burhan Fi Əlamət-əl Axır Zaman, s. 13.) 

Peyğəmbərimiz (s.ə.s.) Allahın bir lütf olaraq göndərəcəyi  bu qiymətli şəxsə tabe olmağı isə, bir ifadəsində belə ifadə etmişdir:

... O (Mehdi) ərzə sahib olar və özündən əvvəl əzab və zülmlə dolu olan ərzi ədalətlə doldurar. Sizdən ona kim çatsa, qar üzərində sürünərək də olsa gəlsin, ona qoşulsun. Çünki o Mehdidir. (Axır Zaman Mehdisinin Əlamətləri, Cəlaləddin Suyuti, s. 14)

0 коммент.:

Отправить комментарий