Hz. Mehdi və Camaatı Qədərdə Bəllidir

İnsan həm öz qədərinin, həm də dünya qədərinin tamaşaçısıdır. Kimsənin bu qədəri dəyişdirməsi mümkün deyil. Həmçinin bu qədərə etiraz etməsi, Allahın vədini və qədərdə təqdir etdiklərinin reallaşmasını qətiyyən dəyişdirə bilməz. Allah kimi seçib, kimin vasitəsiylə dünyaya din əxlaqını hakim etsə, Mehdi (ə.s.) də, o kimsə olacaq.

Yoxsa heç kim çıxıb Mehdi olduğunu iddia edə bilməz. Qaldı ki, Mehdilik bir iddia deyil. Cəhd etməklə, ya da çalışmaqla, əldə edilə biləcək bir mövqe də deyil. Mehdi ola bilmək üçün, bunun o adamın qədərində olması; Mehdi olaraq yaradılması lazımdır.

Hədislərdə və İslam alimlərinin şərhlərində ifadə edildiyi kimi, Hz. Mehdi nəslindən çox işləriylə tanınacaq. Hz. Mehdi və camaatının əsas fəaliyyəti dinsizliklə fikri mübarizə və haqq din əxlaqını bütün dünyaya yaymaq olacaq. Dinsiz və imansız ideologiyaları fikirlə məğlub edən, Allahın varlığının dəlillərini açıqca ortaya qoyan, insanların imanlarına vəsilə olub din əxlaqını dünyaya yayan adam Hz. Mehdidir. Bu fəaliyyətlər və inkişaflar olmadan, bir adamın və ya birliyin hər hansı bir iddia etməsinin mənası yoxdur.

0 коммент.:

Отправить комментарий