Tövratda və Digər Yəhudi Qaynaqlarında Mehdiyə (ə.s.) İşarələr

Hz. Mehdinin gələcəyinə inanmaq, Yəhudiliyin təməl inanc əsaslarından biridir. Yəhudilərin 12-ci əsrdən bu yana ən böyük Tövrat alimi olaraq qəbul etdikləri haham Maimoni-des (İbni Meymun), Yəhudiliyin 13 təməl inanc əsasından on ikincisini, “Məsihin (Mehdinin) gələcəyinə inanmaq” olaraq açıqlamışdır. Bu əsaslara görə, Yəhudilərin “Mehdi” ilə əlaqədar inancları bu sözlərlə təyin olunmuşdur: “Məsihin (Mehdinin) gələcəyinə könüldən inanıram, gəlişi geciksə belə, hər gün onun gəlişini gözləyirəm.”

Hz. Mehdinin gəlişini inkar edənlərin vəziyyəti isə, Yəhudilərin müqəddəs qaynaqlarından Mişnada belə açıqlanır:

Məsihin (Mehdinin) gələcəyinə inanmayan və ya onun gəlişini gözləməyən bir adam, yalnız bütün peyğəmbərlərə qarşı gəlməklə yanaşı, Tövratı və müəllimimiz Musanı da inkar etmiş olur. (Maimonides, Mişna Tora, Kralların Qanunları, 11:1)

Həmçinin Yəhudilərin hər gün üç dəfə etdikləri Shmoneh Esrei adlı duada, Allaha Hz. Mehdinin gəlişinin yaxın olmasına aid dua edilər. Bu dua, din əxlaqının gərəyi olan ədalətin yenidən bərpası, əxlaqsızlığın, günahın və pisliyin sona çatması, doğruluğun hakim olması üçün Hz. Mehdi arzusu ilə edilər. Bu hissədə də təhrif olunmuş Tövratın, Quran ayələri və Peyğəmbərimizin (s.ə.s.) hədisləri ilə uyğun gələn hissələrindən, Mehdiyə (ə.s.) işarə edən qisimlərə yer veriləcək.

0 коммент.:

Отправить комментарий