İncildə Mehdiyə (ə.s.) İşarələr


İncildə axır zaman və Hz. İsanın ikinci gəlişi ilə əlaqədar, çox sayda şərhə rast gəlmək mümkündür. Müasir İncilin bəzi hissələri pozulmuş olsa da, Quran ayələri və Peyğəmbərimiz (s.ə.s.)in hədislərinə uyğun qisimlərində, Hz. İsanın gəlişindən əvvəl və sonra baş verəcək təbiət hadisələri, ictimai hadisələr izah edilir. Peyğəmbərimiz (s.ə.s.)in bildirdiyi kimi Hz. İsa, dünyadakı dinsizliyi təmsil edən Dəccal ilə çox böyük bir mübarizə aparıb, onu məğlub edəcək və dünyada din əxlaqının tam olaraq hakim olduğu, müqəddəs bir dövrün başlamasını təmin edəcək.

Peyğəmbərimiz (s.ə.s.)in hədislərinə görə Hz. Mehdi, Hz. İsa ilə görüşəcək, ikisi birlikdə namaz qılacaqlar. Bir rəvayətdə isə, Hz. Mehdinin Hz. İsanı tanıyıb xalqa təqdim edəcəyi nəql edilmişdir. Hz. Mehdi və Hz. İsa müəyyən bir dövr dünyada birlikdə hökm edəcəklər və Dəccali fikir sistemini də birlikdə ortadan qaldıracaqlar. (Ən doğrusunu Allah bilir)

Hz. İsa ilə Hz. Mehdi eyni dövrdə -axır zamanda- birlikdə olacaqları üçün, eynilə qiyamət əlamətləri və Mehdi (ə.s.)ın çıxış əlamətləri kimi, Hz. İsanın dünyaya ikinci dəfə gəlişini xəbər verən əlamətlər də ortaqdır. Eyni dövrü təsvir edən bu izahatlar, həm Hz. Mehdinin ,həm də Hz. İsanın ikinci gəlişinin işarələridir. İncildə yer alan xəbərlərin doğruluğundan qəti olaraq əmin ola bilməsək də, Quran ayələri və Peyğəmbərimiz (s.ə.s.)in səhih hədisləri ilə son dərəcə diqqət çəkicidir.

Bu bənzərliklər nəzərə alındıqda, İncilə görə də, axır zaman təriflərinin demək olar ki, hamısının, bir-bir sıra ilə hazırkı dövrdə ortaya çıxdığını görürük. Beləliklə yaşadığımız zamanın, Hz. Mehdinin çıxması gözlənilən dövr olduğunu, başda İslami qaynaqlara görə olduğu kimi, Tövrat və İncilə əsaslanaraq da söyləmək mümkündür.

0 коммент.:

Отправить комментарий