Hz. Məhəmməd (s.ə.s.)in Hədislərində Mehdi (ə.s.)in Çıxışı və Hakimiyyət Dövrü

Peyğəmbər Əfəndimizin (s.ə.s.) hədislərində qiyamətə yaxın  zamanda yaşanacaq axır zaman haqqında çox ətraflı məlumatlara və işarələrə yer verilir. Bu məlumatlara görə, axır zaman iki dövrdən ibarətdir. Bu müqqədəs zamanın ilk dövrü pozulmaların, fəlakətlərin, qarşıdurmaların, döyüşlərin, yaşanacağı bir dövrdür. Axır zamanın ikinci dövrü isə, Hz. İsanın yenidən dünyaya gəlişi və Hz. Mehdinin ortaya çıxışyla birlikdə, dünyaya sülhün, dincliyin, azadlığın hakim olduğu, bolluğun və bərəkətin yaşandığı, insanların hər baxımdan məmnun olduqları gözəlliklərlə dolu bir dövrdür.

Hədislərdə axır zamanın nə vaxt və nə şəkildə başlayacağını bildirən  yüzlərlə əlamət xəbər verilir.Hazırkı dövrdə, Peyğəmbərimiz in(s.ə.s.) 14 əsr əvvəl xəbər verdiyi əlamətlərin bir-bir reallaşması, axır zamanın ilk dövrünün yaşanmağa  başlandığını açıq şəkildə göstərir. Bu əlamətlərin bir-bir reallaşması ilə İslam aləmi ümid və sevinclə gözləməyə başlamışlar: Hz. İsanın dünyaya ikinci dəfə gəlişini və Hz. Mehdi ilə birlikdə Dəccalın fitnəsini ortadan qaldırıb İslam əxlaqını bütün dünyaya hakim etmələrini.

Peyğəmbərin (s.ə.s.) təvatür (qüvvətli xəbər) dərəcəsindəki hədisləri istiqamətində, Hz. Mehdinin gəlişi, bu mübarək şəxsin xüsusiyyətləri, fiziki görünüşü, əxlaqı və elminin üstünlüyü, fikri mübarizəsi və dünyada vəsilə olacağı etibar və dinclik dolu dövr müxtəlif saytlarımızda ətraflı olaraq izah edilmişdir. (Ətraflı məlumat üçün baxın. Hz. Mehdinin Çıxış Əlamətləri və Xüsusiyyətləri, Mehdi və Qızıl əsr, Peyğəməbrimiz (s.ə.s.)in Dilindən Hz. Mehdi, Qızıl əsr, Harun Yəhya) Bu səbəblə bu saytda, Hz. Mehdinin çıxdığını və ya çıxmaq üzrə olduğunu bildirən  yüzlərlə hədisin yer aldığı, yalnız müəyyən əlamətlərə yer verdik. Peyğəmbər Əfəndimiz (s.ə.s.)in hədislərində bildirilən və İslam alimləri tərəfindən nəql olunan axır zaman əlamətlərindən bir qismi belədir:

1. Hz. Mehdinin Çıxış Əlamətlərinin bir-bir meydana gəlməsi:

... Bu iş (Hz. Mehdinin zühur əlamətləri) təsbeh dənələri kimi arxa arxaya meydana gələr. (Əli bin Hüsaməddin Əl Muttəqi, Cəlaləddin Suyuti Təsnifindən Hədislər Axır Zaman Mehdisinin Əlamətləri, Qəhrəman Nəşriyyat, s. 34)

Qiyamət əlamətləri bir-birinin ardınca meydana gəlir. Bir təsbeh dənələrinin ard-arda düzülüşü kimi. (Ramuz- Əlhədis, 277/6; Camius Sağır, 3/167)

Hədislərdə bildirilən axır zaman əlamətləri heç bir şübhəyə yer buraxmayacaq qədər açıq və dəqiqdir. Ancaq ən əhəmiyyətlisi bu xəbərlərin hamısının hazırkı dörvdə bir-bir reallaşmış və hələ də reallaşmağa davam etməsidir. Əlbəttə bu işarələrin bir qismi 1400 illik İslam tarixinin hər hansı bir dövründə, dünyanın müəyyən bir bölgəsində, müəyyən bir nisbətdə görülmüş ola bilər. Bu, o dövrün axır zaman olduğunu göstərməz. Çünki bir dövrün Allahın müjdələdiyi axır zaman olaraq xarakterizə edilməsi üçün, irəliləyən sətirlərdə ətraflı olaraq izah edəcəyimiz əlamətlərin hamısının eyni dövrdə, bir-birlərini izləyərək reallaşması lazımdır.

2. İran- İraq müharibəsinin Olması:

Şəvval ayında qiyam, Zilqədədə hərb danışmaları, Zilhiccədə isə hərb baş verəcək. (Qiyamət Əlamətləri, Bərzənci, s. 166)

Hədisdə ifadə edilən Şəvval, Zilqədə və Zilhiccə ayları iran-iraq müharibəsinin inkişaf mərhələləriylə eyni tarixlərə uyğun gəlir:

Şəvval ayında qiyam...
İran şahına qarşı olan ilk qiyam bilindiyi kimi hədisdə ifadə edilən 5 Şəvval 1398 (8 sentyabr 1976)da olmuşdur.

Zilqədədə hərb danışmaları və Zilhiccədə isə hərb baş verəcək...

Hicri 1400 Zilhiccə (1980 Oktyabr) ayında iran-iraq arasındakı müharibə tam mənasıyla başlamışdı. Bir başqa hədisdə də bu döyüşün detalları belə təsvir edilir:

“Faris (İran) cəhətdən gələcək olan* bir qövmdür ki, belə deyəcəklər: “Ey Ərəblər! Siz çox fanatizmə qapıldınız! Siz bunlara gərəyi kimi haqq tanımasanız, sizinlə heç kim birlik qurmayacaq… Bir gün, onlara və bir gün də sizlərə verilsin və qarşılıqlı sözlər tutulsun…” Onlar Mutıka** çıxacaqlar, Müsəlmanlar oradan aşağı Yazıya*** enəcəklər… Müşriklər o biri yandakı (Rakabe****) deyilən bir qapqara olan çayın kənarında dayanacaqlar… Aralarında döyüş olacaq: Hər iki ordudan, Allah, zəfəri qaldıracaq… (Qiyamət Əlamətləri, Bərzənci, s. 179)

*Faris cəhətdən gələcək olan: İran tərəfindən gələcək olan

**Mutık: Bölgədəki bir dağın adı
***Yazıya enəcəklər: Düzənlik- İraq düzənliyi
****Rakabe: Neft quyularının çox olduğu bölgə

“Ey Ərəblər! Siz çox fanatizmə qapıldınız! Siz bunlara gərəyi kimi haqq tanımasanız, sizinlə heç kim birlik qurmayacaq…”

Hədisin bu hissəsində iki tərəf arsında, həddindən artıq milliyyətçilikdən qaynaqlanan bir anlaşılmazlığın olacağına diqqət çəkilir. Bu anlaşılmazlıq səbəbiylə, “Yazı”ya eniləcək və döyüş başlayacaq. (Yazı: İraq düzənliyi)

“Allah, hər iki ordudan zəfəri qaldıracaq…”

Bu hədisin də işarə etdiyi kimi, iran-iraq müharibəsi 8 il davam etmiş və minlərlə itki verilməsinə baxmayaraq bir nəticə alına bilməmişdir. İki tərəf də qəti bir üstünlük qazana bilməmişdir.

3. Fərat ilə Dəclə Arasındakı Böyük müharibə:    

Fərat ilə Dəclə arasında Zevra (Bağdad) deyilən bir şəhər olacaq. Orada böyük bir döyüş olacaq. Qadınlar əsir ediləcək, kişilər isə qoyun kimi boğazlanacaq. (Kenzul Ummal, Kitabul qiyamə qisim-ul efal, c. 5, sf. 38, Əl Muttəqi)

Hədisdə keçən “Fərat və Dəclə arasında yaşanacaq bu böyük döyüşlə” də yaxın keçmişdə yaşanan iran-iraq müharibəsinə diqqət çəkilmişdir. Əvvəlki sətirlərdə də gördüyümüz kimi, iki müsəlman ölkə arsında yaşanan bu böyük müharibədə, hədisdə diqqət çəkilən torpaqlarda böyük qarşıdurmalar yaşanmış, kəndlər, qəsəbələr, şəhərlər ağır bombardıman altında yerlə bir olmuşdur. Qadın, uşaq, yaşlı ayrırmadan bir çox insan döyüşdə həyatını itirmişdir.  Gələcək  tarixlərdə ortaya çıxan toplu məzarlar, döyüş əsnasında həyatını itirən insan sayının təxmin ediləndən çox olduğunu göstərir. Bu bölgədə hələ də qarşıdurmaların, qarışıqlığın və anarxiyanın davam etməsi də hədislə eynidir.

4.Fəratın Suyunun Kəsilməsi:

Mehdinin əlamətlərindəndir: Fərat çayının dayandırılması. (Kitabul Burhan Fi Əlamətil Mehdiyy Axır Zaman, s. 39)

Fərat (çayının suyu çıkilərək) qiymətli qızıl xəzinəsinin açığa çıxacağı zamanı yaxınlaşır. Hər kim o zaman orada olsa, ondan bir şey götürməyə çalışmasın. (Çünki dünyanın ömrü sona çatmış olacaq.) (Səhihi Buxari, 12/305)

Rəsulullah: “Fərat Çayı qızıl bir dağ üzərindən açılmadıqca qiyamət qopmayacaq. İnsanlar onun üçün döyüşəcək və hər yüz adamdan doxsan doqquzu öldürüləcək, onlardan hər adam, `Xilas olan mən olsaydım` deyəcək” buyurmuşdu. (Səhihi Müslim, 11/320)

(Rəsulullah:) “Fərat Çayı bir qızıl dağını ortaya çıxarar” dedi. (Sünəni Əbu Davud, 5/116)


(1) Fərat Çayının suyunun çəkilib...
Suyuti həzrətlərinin kitabında bu hədis “suyun dayandırılması” olaraq yazılır. Həqiqətən də Kəban Anbarı, Fərat çayının suyunu dayandırmış, qarşısını kəsmişdir.

(2.) “Qızıl”dan bir dağ meydana çıxmadıqca...

Tikilən anbar sayəsində: elektirik istehsalı, toplanan suyun ərazidə isitfadə edilərək torpağın səmərəsinin artması və nəqliyyat asanlığının təmin edilməsi kimi səbəblərlə, buradakı torpaqlar “qızıl” kimi qiymətli hala gəlmişdir.

Kəban Anbarı nəhəng bir dağı xatırladır. Bu anbardan (hədisdə bənzətməyə görə dağdan) qızıl dəyərində sərvət tökülməkdədir. Bu səbəbdən anbar “qızıl bir dağ” xüsusiyyətini qazanır. (Ən doğrusunu Allah bilər.)

(3.) Bu xəzinə üzərində Kıtal* baş verir

*Kıtal: Bir çox adamın ölümünə səbəb olan döyüş.

Bölgədə hələ də davam edən kütləvi anarxiya və kıtal səbəbiylə oradan torpaq alan, o bölgədəki anarxiyanın zərərinə məruz qala bilər. Hədisdəki ifadə ilə ya ölər, ya da öldürülər.

5. Ramazan ayında Ay və Günəş tutulmaları:

Mehdi üçün 2 əlamət vardır ki, bunun birincisi, Ramazanın birinci gecəsi Ayın, ikincisinin də ortasında Günəşin tutulmasıdır. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 49)

Ramazanın birinci gecəsi Ay, ortasında Günəş tutulacaq. (Qiyamət Əlamətləri, Bərzənci s. 199)
Onun səltənəti zamanında, Ramazan ayının on dördündə Günəş tutulacaq, o ayın ilkində isə Ay qaralacaq... (Məktubati Rəbbani, 21/1163)

... Günəşin oruc ayının ortasında, Ayın isə sonunda tutulması... (Kitabul Burhan Fi Əlamətil Mehdiyy-il Axır Zaman, s. 38)

Yuxardakı rəvayətlərdə diqqəti çəkən ən əhəmiyyətli nöqtə Ramazan ayının ortasında, həm Günəş tutulmasının reallaşması, həm də bir ay içində “Ay”ın və “Günəş”in iki dəfə tutulmasıdır.

Bu hədislərdə bildirilən Ay və Günəş tutulmaları Hicri 1400-cü ilin  əvvəllərində  reallaşmışdır. 1981-ci ildə (Hicri 1401-də) Ramazan ayının 15-ci günü Ay, 29-cu günü də Günəş tutulmuşdur. Yenə ikinci olaraq, 1982-ci ildə (Hicri 1402-də) Ramazan ayının 14-cü günü Ay, 28-ci günü də Günəş tutulmuşdur.

Bu hədislərin Hz. Mehdinin digər çıxış əlamətləriylə eyni dövrdə meydana gəlməsi və hicri 14-cü əsrin əvvəllərində, ard-arda iki il (1401-1402) möcüzəvi bir tərzdə təkrarlanması rəvayətlərin işarəsinin bu hadisələr ola biləcəyini qüvvətləndirir.

Üstəlik heyrət yaradacaq şəkildə bəzər bir tutulma hadisəsi 2002 və 2003-cü illərdə də reallaşmışdır.

REALLAŞAN TUTULMA TARİXİ
Ay tutulması
Hicri 1423-də Ramazanın ortasında                            20 Noyabr 2002
15 gün sonra
Günəş tutulması
Hicri 1423-də Ramazanın sonunda                              4 Dekabr 2002
Ay tutulması
Hicri 1424-də Ramazanın ortasında                             9 Noyabr 2003
15 gün sonra
Günəş tutulması
Hicri 1424-də Ramazanın sonunda                               23 Noyabr 2003

6. Əfqanıstanın İşğalı:

Talikana (Əfqanıstana) heyf oldu. Şübhəsiz Allah Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqıyla tanıyan insanlar vardır. Onlar axır zaman Mehdisinin köməkçiləridir. (Kitabul Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman, s. 59)
Hədisdə Əfqanıstanın Hz. Mehdi zamanında işğal ediləcəyinə işarə ola bilər. Həqiqətən də Rusların Əfqanıstanı işğal etdikləri1979-cu il Hicri 1400-cü ilə, digər bir ifadəylə hicri 14-cü əsrin başlanğıcına uyğun gəlir. Bilindiyi kimi hədislərdə Hz. Mehdinin əsrin əvvəlində çıxacağı xəbər verilmişdir. Hz. Mehdiylə əlaqədar digər bir çox əlamətin də hicri 1400 və hicri 14-cü əsr əvvəllərində reallaşması, bu tarixlərin Hz. Mehdinin çıxışı haqqında əhəmiyyətli bir işarə daşıdığını göstərməkdədir.

7.Şərq tərəfindən bir alovun görünməsi:
... Şərqdə, səmada üç gecə görünən böyük bir alovun çıxması. Mutad (alışılmış) şəfəq qırmızılığı kimi olmayan bir qırmızılığın səmada görülüb üfüqdə yayılması. (Kitabul Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman, s. 32)

... Siz üç və ya yeddi gün, şərqdən bir alovu gördüyünüz zaman Məhəmmədin çıxmasını gözləyin, Allahu Təala, bir münadi Mehdinin adı ilə səmadan səslənəcək ki, şərqdə qərbdə olan hər kəs bu səsi eşidəcək. Belə ki qorxudan yuxuda olanlar oyanacaq, ayaqda olan otu,acaq ,oturan isə ayağa qalxacaq. (Kitabul Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman, s. 32)

And içirəm ki bir alov sizi əhatə edəcək. O alov bu gün Berehut deyilən vadidə sönük vəziyyətdədir. O alov içində böyük əzab olduğu halda insanları bürüyər. O alov insanları, mal-mülkü yandırıb bitirər. Səkkiz gün içində külək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar. Gecəki istisi gündüzki hərarətindən daha şiddətlidir. O alov insanların başının üzərindən ərşin altına qədər yaxınlaşar, göy gurultusu kimi qorxunc səs-küyü olar, buyurdu. (Ölüm Qiyamət Axirət və Axır Zaman Əlamətləri, s. 461)

Bəzi kəslər bu alovu, səbəbsiz yerə birdən-birə ortaya çıxan, sönmək nədir bilməyən, hətta hər kəsin olduğu yerdən mütləq görəcəyi tərzdə bir əlamət olaraq gözləyir. Halbuki qiyamət əlamətlərinin meydana gəlişi əsnasında dünyadakı imtahan davam etdiyindən, onların başa düşülməsi, hər kəsin qəti şəkildə qəbul edəcəyi kimi açıq olmaz. Bu səbəblə insanlar ağıllarını, vicdanlarını, iradələrini istifadə edərək qərar verərlər. Alov əlamətini də bu şəkildə qiymətləndirmək lazımdır. Bir alov səbəbsiz yerə çıxmaz, ya bir qəza, ya da bir partlayış kimi qəsd və ya laqeydlik nəticəsində çıxar. Bir alovun Hz. Mehdinin çıxış əlaməti olaraq deyilməsi, onun çox qəribə və fövqəladə bir əlamət şəklində çıxmasını tələb etməz. Əhəmiyyətli olan bu alovun, hədisdə təsvir edilən xüsusiyyətlərə uyğun olaraq çıxmasıdır.

Əvvəlki sətirlərdə yer verdiyimiz hədislərdə, alov üçün “sönük bir vəziyyətdədir” deyilir. Alov, yanıcı bir maddənin yanmasıyla meydana gəldiyinə görə, burada sönük vəziyyətdə olan alovun özü deyil, alovun yanacağı - xammaldır. O zaman burada torpaq altından çıxarılan neftə işarə edilə bilər. Necə ki, hədisdəki Berehut deyilən yer, bir quyunun adıdır. Bu quyu neft quyusu olaraq düşünülə bilər. Zamanı gəlincə bu quyulardan çıxarılan neft, yanmağa hazır bir alov halına gəlir.

“O alov böyük əzab olduğu halda insanları bürüyər.” O alov, yalnız yanan bir alov deyil, eyni zamanda insanları canından, malından edərək əzab içində, əzab-kədər içində və bütün təbiəti çirklədəcək olan bir alovdur.

“O alov insanları, malları yandırıb bitirər.” O alov bir qisim insanların ölümünə səbəb olmaqdadır. Bununla yanaşı malları yandıraraq, maddi zərərə səbəb olduğu kimi, bütün ətraf mühiti  və təbiəti çirklədərək də insanların dolanışıq qaynaqlarını yox etməkdədir.

“Səggiz gün içində külək ilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılar.” O alovun, “külək ilə bulud kimi uçan” özü deyil tüstüsüdür. Burada bənzətmə edilərək tüstünün buludlara qədər yüksələcəyi də izah edilmişdir. Bu tüstü küləyin təsiriylə hər istiqamətə doğru yayılmaqdadır.
“Gecəki istisi , gündüzki hərarətindən daha şiddətlidir.” O alovun həm gündüz, həm gecə davamlı yandığı aydın olmaqdadır.

“O alov insanların başının üzərindən ərşin altına qədər yaxınlaşar, göy gurultusu kimi qorxunc  səs-küyü olar.” O alovun çox yüksəklərə qədər çıxdığına və bu alovdan göy gurultusu kimi çox şiddətli  bir səs-küy ilə partlayışlar meydana gəldiyinə işarə edilir.


“Göydə adi  qırmızılığın əksinə tam fərqli bir qırmızılıq yayılacaq.” Hədisin bu qismində, hadisənin gecə vaxtlarında meydana gələcəyinə işarə edilmişdir. Gecə vaxtı meydana gələn böyük partlayışın alovları çox şiddətli bir işıqlanma yaradar. Bu alovların meydana gətirdiyi qırmızı işıqlanma, xalqın vərdiş etdiyi qırmızıdan çox fərqlidir. Çünki gecə vaxtı belə gündüz kimi işıqlanma fövqəladə bir hadisədir.

Bilindiyi kimi  1991-ci ildə İraqın Küveyti işğalından sonra, Küveytə aid neft quyularını alova verməsinin ardından Küveyt və Bəsrə körfəzini çox böyük bir alov bürümüşdür. Bu mövzu mətbuatda bu şəkildə yer almışdır:

-Küveytdə yanan neft, insan və heyvanlar arasında ölümə səbəb olmaqdadır. Mütəxəssislərə görə gündə yarım milyon ton neft, tüstü olaraq atmosferə qarışır. Hər gün 10 min tondan çox, kükürd, karbon 4 oksid və böyük miqdarda xərçəng əmələ gətirən xüsusiyyəti olan hidrokarbonlar bulud kimi körfəz üzərində dayanırl... Yalnız körfəz deyil, onunla birlikdə dünya yanır. (Qurdlar Süfrəsində Orta Şərq, M. Nəcati Özfatura, s. 175)

-Yandırılan iki quyu, Türkiyənin bir gündə çıxara bildiyi qədər neft verir və tüstülər 55 km. Uzaqlıqdakı Səudiyyə Ərəbistandan belə görünə bilir. (Azadlıq, 23 Yanvar 1991)

-Körfəzdə sönməyən fəlakət xəbərləri: Küveytdə yandırılan yüzlərlə neft quyusu alov alov yanır. Mütəxəssislərin “söndürmək son dərəcə çətindir” dedikləri neft quyularındakı yanğının Türkiyədən Hindistana qədər olan geniş bir bölgəyə ən az 10 il müddətində təsir edəcəyi bildirilir. (Qurdlar Süfrəsində Orta Şərq, M. Nəcati Özfatura, s. 171)

8. Kometanın keçməsi:

Mehdinin çıxışından əvvəl, (hər tərəfi) işıqlandıran quyruqlu bir ulduz doğacaq. (Qiyamət Əlamətləri, Bərzənci s. 200)

O (Hz. Mehdi) gəlmədən əvvəl, şərqdən işıq verən bir kometa görünəcək. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 53)

O ulduzun doğulması, Günəş və Ay tutulmasından sonra olacaq. (Kitabul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 32)

Tarix boyunca bu kometanın keçdiyi zamanlarda Müsəlmanlar baxımından çox əhəmiyyətli , hətta dönüş nöqtəsi sayıla biləcək hadisələr meydana gəlmişdir. Bunlardan bir qismi Peyğəmbərimiz (s.ə.s.)dan edilən rəvayətlərdə də bildirilmişdir. Bu rəvayətlərə görə sözü gedən ulduz göründükdə;

-Hz. Nuh qövmü həlak olmuşdur.
-Hz. İbrahim alova atılmışdır.
-Firon və qövmü yox edilmişdir.
-Hz. Yəhya öldürülmüşdür.
-Hz. İsa doğulmuşdur.
-Rəsulullah Əfəndimiz (s.ə.s.)ə ilk vəhy gəlməyə başlamışdır.
-Osmanlı dövləti tarix səhnəsində iştirak etməyə başlamışdır.
-İstanbul, Fateh Sultan Məhmət tərəfindən fəth edilmişdir.

Halley Kometası Haqqında Bəzi Maraqlı Rəqəmlər

Halley kometası ilə əlaqədar bəzi ədədlərin bir neçə “19” ədədindən ibarət olması olduqca diqqət çəkicidir:
Halley Kometası 76 ildə bir keçir.
76=19X4
Bu ulduz ən son Hicri 1406-ci ildə görüldü.
1406=19X74

Bu mövzuyla əlaqədar bir başqa diqqət çəkici hal da budur: Yuxarıda da hesabladığımız kimi Halley ulduzunun keçmiş olduğu Hicri 1406-cı il  74 ədəd 19 dan ibarətdir. “74” ədədi isə eyni zamanda Qurani Kərimdə 19 möcüzəsinə işarə edilən Müddəssir Surəsinin sıra nömrəsidir.

Bilindiyi kimi Quranın Müddəssir Surəsinin (74-cü surə) 30-cu ayəsində “19” sayının möminlər üçün bir rəhmət, inkar edənlər üçün isə bir fitnə vəsiləsi olduğu bildirilir.

Halley kometasının 19 ilə olan bu möcüzəvi əlaqəsi də, kafirlər üçün bir fitnəni, möminlər üçün isə bir rəhməti müjdələdiyinə işarə ola bilər.

Müddəssir surəsinin 1-ci və 2-ci ayələrində Hz. Məhəmmədə (s.ə.s.) “Ey örtünən! Qalx və qorxut” buyrulur. Bu, ayələrin açıq mənasıdır. Lakin bu ayələrin axır zamana aid ikinci bir qapalı, gizli işarələri də ola bilər. Bəlkə də “Ey gizlənən” deyilərək Rəsulullah Əfəndimizin nəslindən gələcək olan və Hicri 1406-cı ildə çıxış əlamətlərindən biri (Kometanın doğuşu hadisəsi) meydana çıxacaq olan Hz. Mehdiyə işarə ola bilər.

74- Müddəssir Surəsi

1. Ey örtüsünə bürünən
2. Qalx və qorxut (xəbərdar et)
(Müddəssir, örütünən, bürünən, gizlənən deməkdir.)

Bir başqa böyük möcüzə və işarə isə Halley ulduzunun 1986 (Hicri 1406)-cı  ildəki keçişinin, Hz. Məhəmməd (s.ə.s.)in peyğəmbərliyə başladığı miladi 607- ci ildən bu yana 19-cu dəfə keçməsidir.

9. Kəbə basqını və Kəbədə qan axıdılması:

Onun (Hz. Mehdinin) çıxacağı il insanlar həccə, başlarında bir əmir olmadan gedəcəklər. Birlikdə Beytullahı təvaf edəcəklər, sonra Minaya endiklərində, itlər kimi bir-birinə hücum edəcək, hacılar soyulacaq, qanlar Akabə Cəmrəsinin üzərinə axacaq. (Qiyamət Əlamətləri, Bərzənci, s. 169)
İnsanlar başlarında bir imam olmadan həccə gedərlər. Minaya endiklərində ətrafları mühasirə olunub , qəbilələrin bir-birinə hücum etməsi ilə böyük döyüşlər olar. Belə ki, ayaqlar qan gölü içində qalar. (Kitabul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 35)

... Zilhiccədə hacılar talan olar, hətta küçələr qandan keçilməz və haramlar gözlənməz. Beytullahın yanında böyük günahlar işlənər. (Kitabul Burhan Fi Əlamət-il Mehdiyy-il Axır Zaman, s. 3)

Yuxardakı hədislərdə “onun çıxacağı il” cümləsi ilə, Hz. Mehdinin çıxış tarixində həcc əsnasında meydana gələcək bir qırğına diqqət çəkilir. 1979-cu ildə, həcc əsnasında reallaşan Kəbə basqınında eynilə belə bir qırğın yaşanmışdır. Bu qanlı Kəbə basqını da axır zamanın başlanğıcının və Hz. Mehdinin çıxışının digər əlamətlərinin reallaşdığı dövrün düz əvvəlində yəni hicri 1400-cü ilin ilk günündə, 1 Məhərrəm 1400 (21 Noyabr 1979) tarixində meydana gəlmişdir.
Yenə hədisdə qanların axacağından bəhs edilərək öldürmə hadisələrinə diqqət çəkilmişdir. Basqın əsnasında Səudiyyə əsgərləri ilə xadimlər arsında meydana gələn qarşıdurmada 30 adamın öldürülməsi bu rəvayətin ikinci qismini də təsdiqləyir.

1979-cu ildə (hicri 1400) reallaşan bu Kəbə basqınının ardından 7 il sonra Hicri 1407-ci ildə, həcc əsnasında daha böyük qanlı hadisə meydana gəlmişdir. Bu hadisədə küçələrdə nümayiş edən hacılara hücum edilərək 402 adam qətl edilmiş, çox qan axıdılmışdır. Beytullahın yanında, Müsəlmanların (Səudiyyə Ərəbistanı əsgərləri ilə İranlı hacıların) bir-birlərini öldürmələri ilə hədisdə xəbər verildiyi kimi “böyük günahlar işlənmişdir”. Bu qanlı hadisələrdə təsvir edilən mühitlə çox böyük bənzərliklər vardır:

Şəvvalda döyüş səsləri, Zilhiccədə hərb və kıtal (müharibə, döyüş) olar, yenə Zilhiccədə Hacılar  talana uğrayar, hətta küçələr qandan keçilməz və haramlar çeynənər. Beytullahın yanında böyük günahlar işlənər. (Kitabul Burhan Fi Əlaməti-əl Mehdiyy-il Axır Zaman, s. 37)

“... Beytullahın yanında böyük günahlar işlənər.”

Yuxardakı hədisdə, Beytullahın (Kəbənin) içində deyil, yanında baş verəcək hadisələrə diqqət çəkilir. 1407-ci ilin Zilhiccə ayında (Həcc mövsümündə) meydana gələn hadisələr də ilkindən fərqli olaraq Kəbənin içində deyil yanında reallaşmışdır. Ən əvvəldə izah etdiyimiz hadisə isə 1 Məhərrəm 1400-cü ildə Beytullahın (Kəbənin) içərisində olmuşdur. Hər iki hadisə də rəvayətlərin işarəsinə uyğun bir şəkildə reallaşmışdır.

Kəbədə qan axıdılması, hacıların qətl edilməsi kimi, hədislərdə xəbər verilən belə əhəmiyyətli iki böyük hadisənin Hz. Mehdi haqqında bildirilən bütün əlamətlərin çıxdığı dövrdə bir-biri ardına reallaşması çox diqqət çəkicidir.

“... Zilhiccədə hərb və kıtal (döyüş, müharibə) olar...”

Hədislərdə, bu döyüş və qarşıdurmalardan, hacıların öldürülməsi ilə birlikdə bəhs edilməsi sözü gedən hadisələrin eyni dövrdə meydana gələcəyini göstərir. O dövrdə, iran-iraq müharibəsinin  olduğu, Orta şərq ölkələrində qarşıdurma və qarşılıqların ən sıx yaşandığı bir dövrdür.

10. Günəşdən bir əlamətin meydana çıxması:

Mehdi, günəşdən bir əlamət meydana çıxana qədər gəlməyəcək. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 49)

Qiyamətin əlamətlərindən biri də Günəşdə meydana gələcək fövqəladəliklərdir. 20-ci əsrdə Günəşdə böyük bir partlayış olmuş və dünya bu partlayışdan çox təsirlənmişdir. Hədisdə yer alan  Günəşdə meydana çıxacaq  əlamət, 20-ci əsrdə görülən bu böyük partlayış ola bilər.

11. Günəş tutulması :

Günəş əlamət olaraq doğulmadıqca Mehdi çıxmayacaq. (Kitabul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 33)

Günəşdə meydana gələcək əlamət, 20-ci əsrdə yaşanan partlayışla  yanaşı, keçən illərdə yaşanan böyük Günəş tutulması da ola bilər. 11 Avqust 1999-cu il tarixində reallaşan Günəş tutulması 20-ci əsrin son tam günəş tutulmasıdır. İlk dəfə bu qədər insan Günəş tutulmasını, həm də bu qədər uzun müddət izləyə bilmiş, araşdırma fürsəti əldə etmişdir. Bu tutulmada diqqət çəkən bir nöqtə də Türkiyənin də bu tam tutulmanın ən yaxşı izləndiyi ölkələrdən biri olmasıdır. Bardindən Silopiyə qədər, təxmini olaraq 12 şəhər və 100 mahal tutulmanı müşahidə edə bilmişdir.

12. Tozlu dumanlı bir fitnə görülməsi:

Tozlu dumanlı, qaranlıq bir fitnə olacaq, bunu digərləri izləyəcək... (Kitabul Burhan fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 26)

Fitnə, “insanın ağıl və ürəyini bir başa haqq və həqiqətdən azdıracaq şey, döyüş, azdırma, qarışıqlıq, ixtilaf” kimi mənaları olan bir sözdür. Hədisdə bu fitnənin “qaranlıq” olaraq xarakterizə edilməsi, haradan gəldiyi müəyyən olmayan, gözlənilməz hadisə olduğuna da işarə ola bilər.

Bu prizmadan baxıldığında sözü gedən hədis, 11  Sentyabr 2001-ci il tarixində ABŞ-ın  New York və Vaşinqton şəhərlərində meydana gələn və dünya tarixinin ən böyük terror hadisələrindən biri olaraq xarakterizə edilən hücuma işarə edə bilər. Televizya ekranlarında və qəzetlərdə də gördüyümüz  kimi, bu iki böyük terror hadisəsinin ardından böyük bir toz buludu və tüstü ətrafı bürümüşdür. Bu hadisə, həm dünya  tarixinin ən böyük terror hücumlarından biri olması, həm digər əlamətlərlə yaxın dövrlərdə baş verməsi və həmçinin hədisdə verilən tərifə bənzər xüsusiyyətlər daşıması səbəbiylə son dərəcə əhəmiyyətlidir. Bu səbəbdən minlərlə günahsız insanın ölümünə və yaralanmasına səbəb olan, insanlıq tarixinin bu ən əlim terror hadisələrindən biri, hədisdə xəbər verilən və Hz. Mehdinin çıxışının bir əlaməti olaraq bildirilən “tozlu dumanlı, qaranlıq fitnə” ola bilər. (Ən doğrusunu Allah bilir.)
13. Sistemlərin dəyişməsi:

Zamanın dayandığı bir dövrdə Mehdi deyilən bir şəxs gələcək... (Kitabul Burhan fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 14)

Bu hədisdə Peyğəmbər Əfəndimiz (s.ə.s.), Hz. Mehdinin “zamanın dayandığı” yəni bir çox İslam aliminin də ifadə etdiyi kimi “zamanın fərqliləşdiyi”, “sistemlərin dəyişdiyi” bir dövrdə gələcəyini bildirmişdir. Bu hədisdə işarə edilən “sistem dəyişikliyi”nin, 20-ci əsrdə dünyanın dörd bir tərəfində hakim olan kommunist rejimlərin əsrin sonlarına doğru yıxılması ola bilər.

14. Şam və Misir məliklərinin öldürülməsi: 

Ondan əvvəl Şam və Misir məlikləri (hökmdar, məmləkət sahibi) öldürüləcək... (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 49)

Misirin yaxın tarixi araşdırıldığında hədisdə də ifadə edildiyi kimi bir “məliyin” öldürüldüyü görülür: 1970-ci ildə Misirdə  hakimiyyətə gələn və 11 il iqtidarda qalan Ənvər Sədat. 

Misir tarixində öldürülən idarəçilərdən digərləri də, 1910-cu ildə sui-qəsdə uğrayan baş nazir Butros Gali, 1945-ci ildə öldürülən Misir baş naziri Əhməd Maher Paşa və 1948-də yenə bir sui-qəsd nəticəsi öldürülən Misir Baş Naziri Mahmoud Nukrashy Paşadır.

Şam sözü isə, yalnız Suriyadakı Şam şəhəri üçün istifadə edilmir. Şam, Ərəbcədə söz mənası olaraq “sol” mənasını verir və qədimdən bəri Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin olduğu bölgə) sol tərəfində qalan ölkələri ifadə edir. Şam bölgəsi idarəçilərindən də sui-qəsdə uğrayan çox sayda adam olmuşdur. Bunlardan bir neçə nümunə belədir;

1920-də öldürülən Suriyanın köhnə dövlət başçısı Salah al-Deyən Beetar,
1921-də öldürülən Suriya Baş naziri Droubi Paşa,
1949-da sui-qəsdə uğrayan Suriya Baş naziri Muhsin al-Barazi,
1951-də öldürülən İordaniya Kralı Abdullah,
1982-də Livanda bombalı sui-qəsdə uğrayan Falanjist Lideri Bəşir Cəmayel... 

15. Köhnə İordaniya Kralı Abdullahın öldürülməsi:

Mehdinin çıxış əlamətlərindən biri də, Haşimilərdən üst səviyyə birinin öldürülməsidir. (Risalət-ul Huruc-ul Mehdi, s. 12)

Bilindiyi kimi İordaniya, Haşimi Krallığı olaraq xatırlanır. İordaniya, Osmanlıdan ayrıldıqdan sonra bir dövr İngiltərənin idarəsi altında idi. İngiltərə 1946-cı il London müqaviləsi gərəyincə   İordaniyanın müstəqilliyini tanıdı. Və İordaniya əmirliyinin başındakı Abdullaha da İordaniya Krallığı rəhbərliyi verildi. Kral Abdullah, daha sonra, 1951-də öldürüldü. Hədisdə diqqət çəkilən hadisə də beləcə reallaşmış oldu.

16. Bir ordunun itməsi:

Hz. Mehdinin beş əlaməti olar... Bağdatda bir ordunun batması və günahsız insanların öldürülməsidir. (Nuaym Bin Hammad)

Ancaq bu ordu səhraya girdiyində, Zulhüleyfə deyilən yerdə torpağa elə basdırılacaq ki, onların üstdə olanları altdakıları, altda olanları üstdəkiləri qiyamətə qədər görə bi lməyəcəklər. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 21)

(Hz. Mehdinin) Çıxış əlamətlərindən biri də, daha əvvəl deyildiyi kimi, səhrada bir ordunun yerə batmasıdır. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 37)

2003-cü ildə baş verən İraq müharibəsi əsnasında İraq ordusunun böyük bir qisminin birdən-birə ortadan yox olması döyüşün ən diqqət çəkici hadisələrindən biriydi. Bir çox qəzet və televiziyada, Respublika Gözətçiləri olaraq bilinən təxminən 60.000 nəfərlik ordunun və fədailər olaraq bilinən təxminən 150.000 İraqlı əsgərin itməsi xəbər kimi yer aldı. Yuxardakı hədislərdə bu mövzuya diqqət çəkilməsi, Hz. Mehdinin çıxış əlamətlərindən biri olan “bir ordunun batması” hadisəsinin reallaşmış ola biləcəyini göstərir. (Ən doğrusunu Allah bilir.) Necə ki, irəliləyən günlərdə də döyüş təyyarələrinin bir qisminin səhra qumları altına basdırılmış olaraq tapılması, hədisdə bəhs edilən səhrada bir ordunun batması hadisəsinin İraq ordusu ilə əlaqədar olma ehtimalını gücləndirməkdədir.

17. İraqlıların pulunun qalmaması:

İraqlıların əlində ölçəcəkləri bir tərəzi aləti və alver edə biləcəkləri bir pul az qala qalmayacaq. (Kənzul Ummal, Kitabul Qiyamə, Qisimul Əfal. c. 5, s. 45 Əl Muttəqi)

Bu hədis iki ayrı vəziyyətə işarə edir ola bilər. Bunlardan birincisi, iran-iraq və Körfəz Döyüşü sonrasında İraqda yaşanılan iqtisadi çöküntüdür. Döyüş səbəbindən böyük zərər görən İraq iqtisadiyyatı, döyüş sonrası davam edən ambarqolar səbəbiylə heç cür düzəlməmişdir. Xalqın alış gücü düşmüş, yoxsulluq və kasıblıq ən əhəmiyyətli problemlərdən biri halına gəlmişdir.

Hədisin işarə etdiyi bir başqa nöqtə də, İraq müharibəsindən sonra İraq dinarının dövriyyədən  qaldırılmasıdır. Son müharibədən sonra İraq dinarının sürətlə dəyər itirməsi və dövriyyədən çıxma ehtimalı, 2003-cü il  tarixli qəzet xəbərlərində geniş yer almisdir.

18. Bağdadın yanaraq tələf olması:

Axır zamanda Bağdad alovlarla yox edilər... (Risalətul Huruc ul Mehdi, cild 3, s. 177, qeyd 854)
2003-cü il  İraq müharibəsində, döyüşün ilk günündən etibarən Bağdad, ən sıx bombardımana tutulan şəhərlərdən biri olmuşdur. Ağır bombardıman, gecələr Bağdadın eynilə hədisdə xəbər verildiyi kimi alov-alov yanmasına səbəb olmuşdur. Bağdadın qəzet və televiziya xəbərlərinə əks olunan görüntüləri, yuxarıdakı hədisdə diqqət çəkilən hadisəylə tam olaraq eynidir.

19. İraq və Şama ambarqo tətbiq olunması:

... “Elə bir zaman yaxınlaşır ki, İraq əhalisinə bir kafiz(kilə), bir dirhəm sövq olunmayacaq”. Dedik ki: “Bu kimə görə olar?” Dedi ki: “Əcəmlər (Ərəb olmayanlar) bunu məhrum edərlər.” Sonra dedi: “Şam əhalisinə bir dinar, bir kilə sövq olunmayacaq.” Bu kimdən ötəri olar?” dedik. “Rumlardan ötəri” dedi. (ət-Tac, Əli Nasıf əl-Hüseyni)

İraqa, hədisdə xəbər verildiyi kimi, on ildən çoxdur ki, ambarqo tətbiq olunması diqqət çəkicidir. Bununla birlikdə, Suriyaya da ambarqo tətbiq olunması ehtimalı tez-tez gündəmə gətirilir.

20. İraqın yenidən qurulması:

... İraqa hücum etmədikcə qiyamət qopmaz. Və İraqdakı günahsız insanlar Şamda sığınmağa yer  axtararlar. Şam yenidən qurular, İraq da yenidən qurular. (Kənzul Ummal, Kitabul Qiyamə, Qismul Əfal. c. 5 s. 254, Əl Muttəqi)
Hədisdə İraqın yenidən tikiləcəyinə diqqət çəkilir. Əvvəl iran-iraq , daha sonra Körfəz , son olaraq da 2003-cü ildəki İraq müharibəsinin ardından, İraqda bir çox şəhər yerlə bir olmuşdur. Bu müharibədən sonra yaşanan talanların da təsiriylə böyük bir xarabaya dönən İraqın yenidən tikilməsi məcburi hala gəlmişdir. Bu qəzet xəbərlərində də geniş yer almışdır.

21. İraq xalqının Şama qaçması:

... (O zaman) Günahsız və təmiz İraq xalqı şama qaçar. (Risalətul Hurucul Mehdi, s. 210)
... İraqdakı günahsız insanlar Şamda sığınma yerləri axtararlar... (Kənzul Ummal, Kitabul Qiyamə, Qisimul Əfal. c. 5 s. 254, Əl Müttəqi)

2003-cü ildə İraq müharibəsi başlamadan əvvəl on minlərlə İraqlının, Suriya başda olmaqla  müxtəlif ölkələrə köç etmə səyləri bu hədisdəki hadisəylə çox  bənzərdir. Bu mövzuyla əlaqədar  müxtəlif xəbər və şəkillərə mediada yer verilmişdir.
22. Şamda fitnələr olması:

Şamda fitnələr  bir tərəfdən sakitləşdikcə, digər bir tərəfdən alovlanar. Göydən çağırıcı bir mələk “Mehdi əmirinizdir. Mehdi Xəlifənizdir” demədikcə də fitnələr bitməz. (Risalətul Hurucul Mehdi, s. 63)

Bu hədisdə də Suriyada meydana gələn qarşılıqlara diqqət çəkilir. Ancaq bilindiyi kimi Şam bölgəsi yalnız Suriyanın paytaxtı olan Şam şəhəri ilə məhdud deyil. Daha əvvəl də deyildiyi kimi, Şam, Ərəbcədə söz mənası olaraq “sol” mənasını verir və ta qədimdən Hicaz bölgəsinin (Məkkə və Mədinə şəhərlərinin olduğu bölgə) sol tərəfində qalan ölkələri ifadə edir.
Keçən əsrin əvvəlindən etibarən bu bölgədə tez-tez vətandaş müharibələri, qiyamlar, qarşıdurmalar və böyük döyüşlər yaşanmışdır. Bu qarşılıqların biri digərini izləmiş, bu torpaqlarda yaşayan demək olar ki, bütün insanlar bu vəziyyətdən təsirlənmişlər. Hədisdə bildirilən “Fitnələr bir tərəfdən sakitləşdikcə, digər bir tərəfdən alovlanar” ifadəsi də bu baxımdan diqqət çəkicidir. Təxminən əlli il içində, bu bölgədə yaşanan müəyyən böyük hadisələri belə sıralaya bilərik:

Süveyş müharibəsi
Altı Gün müharibələri
Yom Kippur müharibəsi
Livan Vətəndaş Müharibəsi
Fələstin Torpaqlarında hələ də davam edən qarşıdurma və gərginliklər...

23. Şam, İraq və Ərəb Yarımadasında qarışıqlıq olması:

... Elə bəla və müsibətlər olacaq ki, heç kimsə, sığına biləcəyi bir məkan tapa bilməyəcək. Bu bəlalar Şamın ətrafında dolanacaq, İraqın üzərinə çökəcək. Ərəbistan yarımadasının əlini və ayağını bağlayacaq... Heç kimsə, onların halına acıyıb; “Vay! Vay!” belə deməyəcək. Onlar bəlanı bir tərəfdən rədd etməyə çalışarkən, digər tərəfdən o yenə ortaya çıxacaq. (Kənzul Ummal, Kitabul Qiyamə, Qismul Əfal, c. 5, s. 38-39 Əl Müttəqi)

Hədisdə bildirilən “Müsibətlərin Şamın ətrafında dolanıb, İraqın üzərinə çökməsi ”, son dövrdə yaşanan İraq müharibəsinə işarə ola bilər. Bu müharibədən əvvəl və müharibə əsnasında, hadisələrin Suriyaya yayılması ehtimalı olmuş, ancaq müharibə İraq ilə məhdud qalmışdır.

24. İraqın üçə bölünməsi:

Rəsulullah (s.ə.s.)in bildirdiyinə görə, İraq xalqı üç təriqətə ayrılar. Bir qismi soyğunçulara qoşular. Bir qismi ailələrini geridə buraxıb qaçarlar. Bir qismi də döyüşər və öldürülərlər. Siz bunları gördüyünüz vaxt qiyamətə hazırlaşın. (Fəraidu Fəvaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar)

Hədisdə xəbər verildiyinə görə, xalqın bir qrupu “soyğunçulara” qoşulacaq. Müharibədən sonra nüfuz boşluğu meydana gəlməsi səbəbiylə, İraqda böyük talan hadisələri yaşanmışdır. Həqiqətən də xalqın bir qismi, oğurluq, qəsb, talançılıq kimi “soyğunçuluq” laməşğul olan qrupa qoşulmuşlar.

Hədisdə  xalqın bir qisminin  isə, olduqları yerdən qaçmağa çalışacaqları, hətta geridə qalan ailələrini də düşünməyəcəkləri xəbər verilmişdir. Qəzetlərdə buna aid  xəbərlər diqqət çəkicidir.

Xalqın bir qisminin isə, müharibəyə qoşulacağı və öldürüləcəyi bildirilir. İraq müharibəsi əsnasında da,  insanların bir qrupu müxtəlif bölgələrdə yaşanan qarşıdurmalara qatılmış və həyatlarını itirmişlər.

Ayrıca hədisin ilk hissəsində diqqət çəkilən, “İraqın üçə ayrılması” da fiziki mənada  reallaşmışdır. Körfəz müharibəsindən sonra, İraq coğrafi olaraq üç bölgəyə ayrılmışdır. 32-ci və 36-cı paralelin arası, 32-ci paralelin cənubu, və 36-cı paralelin şimalı olaraq təyin olunan bu üç bölgənin yaradılması, hədisin işarə etdiyi inkişaflardan biri ola bilər.

25. Döyüş və qarşıdurmaların məhəllə aralarına qədər girməsi:

Fərat Çayı ilə Dəclə çayı arasında bir şəhər qurulacaq və orada Abbas oğullarının səltənətləri qurulacaq. Ora Zavra (yəni Bağdad şəhəridir) deyə adlandırılmışdır... Ey möminlərin əmiri, Rəsulu Əkrəm oranı nə üçün Zavra adlandırmışdır? Çünki hərb hər tərəfini əhatə etdiyi və kənar sərhədlərə qədər çatdığı üçün Zavra deyə adlandırılar. (Ölüm Qiyamət Axirət və Axır Zaman Əlmətləri, s. 426, nömrə. 776)

Mənim görməkdə olduğum həlak yerlərini sizlər də görə bilirsinizmi? Mən evlərinizin aralarında fitnə və fəlakət məhəllələrini, şiddətli yağış sellərinin açdığı yarlar kimi görürəm buyurdu. (Səhih Müslim, 4/2221; Ölüm Qiyamət Axirət və Axır Zaman Əlamətləri, s. 368, nömrə. 671)

Partizan müharibəsi üsulu, 20-ci əsrdə yayılmış olan bir döyüş üsuludur. Bu üsulun istifadə edildiyi qarşıdurmalar həmişə məhəllə aralarında davam edir. Keçən əsr bu müharibə üsulunun nümunələriylə doludur. Ancaq bu üsulun yaşandığı ən yaxın nümunələrindən biri 2003 -cü il ABŞ-İraq müharibəsidir. Necə ki yuxarıdakı hədisdə də Bağdad şəhərinin kənar sərhədlərinə qədər yayılan  döyüşdən danışılmışdır.

26. Böyük hadisələrin və heyrət verici şeylərin meydana gəlməsi:

Onun (Hz. Mehdi) zamanında nə qədər heyrət verən hallar zühur edəcək. (Məktubatı Rəbbani, 2/258)

Onun (Hz. Mehdi) çıxış əlamətləri Rəsulullah Əfəndimizin irhasatına* oxşayar. (Məktubatı Rəbbani, 2/258)

*İrhasat: Hz. Məhəmməd (s.ə.s.)in peyğəmbərliyindən əvvəl meydana gələn fövqəladə hallardır ki, bunlar peyğəmbərliyinə dəlil təşkil edən hadisələrdəndir.

Hz. Məhəmməd (s.ə.s.)in doğumundan əvvəl böyük və fövqəladə hadisələr meydana gəlmişdi. Doğulduğu gecə yeni bir ulduz doğulmuş, alova ibadət edən İran padişahlarının sarayının 14 bürcü yıxılmış, İranda 1000 ildir yanmaqda olan Atəşpərəst alovu sönmüş, Səmavi vadisi sel suları altında qalmış, Sova Gölü qurumuşdu...

Yuxarıdakı rəvayətlərdə işarə edildiyi kimi, Hz. Mehdinin ortaya çıxışı da, Peyğəmbərimizin çıxışına (s.ə.s.) bənzəyəcək. Onun çıxışı dövründə də böyük və möcüzəvi hadisələr olacaq. Son 100 ildir dünyada meydana gələn böyük hadisələrin bəziləri belədir:

- Kəbəyə basqın oldu və çox sayda Müsəlmanın qanı axıldı.

- 2500 illik İran şahlığı yıxıldı və İran Şahı Rıza Pəhləvi öldü.

- Hindistanın Bombey şəhərində bir fabrikdən sızan qaz 20.000 admın ölümünə səbəb oldu.

- İki müsəlman ölkə olan İran və İraq arasında 8 il davam edəcək bir müharibə başladı.

- Ruslar, Əfqanıstanı işğal etdi.

- Mexiko City şiddətli bir zəlzələylə yerlə bir oldu.

- Şimali Kolumbiyadakı Nevado Deş Ruiz vulkanı 400 ildir ilk dəfə partladı. Əriyən qar və buzun meydana gətirdiyi palçığa görə Armero şəhəri xəritədən silindi və 20.000 adam öldü.
- Banqladeşdəki sel 25.000 adamın ölümünə səbəb oldu.

- Xristianlığın mərkəzi Romanı sular basdı.

- 1986-da Çində tarixinin ən böyük meşə yanğını oldu.

- Hindistan başçısı Gandi, Misir dövlət başçısı Ənvər Sədat, İsveç Baş Naziri Olof Palme öldürüldü.

- Papa 2-ci Jean Paul vuruldu.

- 1980-ci ilin əvvəllərində ilk AİDS hadisələri təsbit edildi. Bu ana qədər on minlərlə adamın ölümünə səbəb olan bu xəstəliyə “Əsrin Vəbası” adı verildi.

- 1986-da Challenger kosmosa çıxışından sonra partladı.

- 26 Aprel 1986-da Ukraniyadakı Çernobil Nüvə Stansiyasında indiyə qədər görülən ən böyük nüvə qəzası meydana gəldi. Bir çox avropa ölkəsi yayılan radiasiyadan təsirləndi.

- Ozon təbəqəsinin deşilməsi Dünya iqlimində çoxlu mənfi təsirlər meydan gətirdi.

- SSSR dağıldı və Qorboçovla birlikdə müstəqil dövlətlər ortaya çıxdı.

- İraqın Küveyti işğal etməsindən sonra illərcə davam edəcək olan Körfəz müharibəsi başladı.

- Ermənistandakı zəlzələdə şəhər xarabya çevrildi. 500.000 adam evini tərk edərkən, ölü sayı 40.000-i aşdı.

- 1989-cu ildə Çində kommunistlər tankları şagirdlərin üzərinə sürdü, Tiananmen meydanında 2.000 şagird öldü.

- Soyuq döyüşün simvolu olan Berlin divarı inşasından tam 28 il sonra yıxıldı.

- 1990-cı ildə Kəbədəki tuneldəki izdihamda 1400-dən çox hacı həyatını itirdi.

- 1991-ci ildə Banqladeşdə meydana gələn sellərin nəticəsində təxminən 139.000 adam öldü, on milyonlarla adam evsiz qaldı.

- Son 20 ildir Amerikada fırtınalar, qasırğalar və sellər dayanmaq bilmədi. Minlərlə insan öldü, milyonlarla insan evini tərk etdi və zərər hər dəfə milyard dollarla ölçüldü.

- Bosniya və Kosovadakı qırğınlarla yüz minlərlə Müsəlman öldürüldü və yüz minlərləsi yurdlarından çıxarıldı.

- Ebola virusu on minlərlə adamın ölümünə səbəb oldu.

- Əl Nino bütün dünya ölkələrinə çox böyük fəlakətlər gətirdi.

- 19 Oktyabr 1987-də London Birjası çökdü.. Yaşanan böyük çaxnaşma nəticəsində 50 milyard sterlinq dəyərini itirdi.

- 19 Aprel 1995-də ABŞ-ın Oklahoma şəhərindəki Federal Binaya edilən bombalı hücumda 168 adam öldü.

- 22 Mart 1997-də Hale-Bopp kometası, saatda 160 km sürətlə Dünyanın 195 milyon km. Yaxınından keçdi. Gözlə izlənilə bilən Hale-Boppun keçişi, bütün düyada milyonlarla adam tərəfindən böyük bir maraqla izlənildi.

- 10 May 1997-də İranda reallaşan 7.1 ballıq zəlzələdə 1500 adam öldü.

- 4 Fevral 1998-ci ildə Əfqanıstandakı 6.1 ballıq zəlzələdə 5000 adam həyatını itirdi.

- 25 Yanvar 1999-da Kolombiyadakı 6 ballıq zəlzələdə 5000 adam həyatını itirdi.

- 21 Sentyabr 1999-da Tayvandakı 7.6 ballıq zəlzələdə 2100-dən çox adam həyatını itirdi.

- 11 Sentyabr 2001-də ABŞ-a, tarixin ən böyük terorist hücumu təşkil edildi: İki yolçu təyyarəsi, səhər işin başladığı saatlarda 18 dəqiqə fasilə ilə New Yorkdakı Dünya Ticarət Mərkəzinin olduğu iki göydələni vurdu. Ardından bir başqa təyyarə Pentaqona düşdü. Hücumda 5000-dən çox insan öldü.

- Hindistanda böyüklüyü 7.9 olan bir zəlzələ meydana gəldi və minlərlə adam həyatını itirdi.

- 2003-də Fransa, İtaliya kimi bir çox Avropa ölkəsini təsiri altına alan isti hava dalğası, 5000 adamın ölümünə səbəb oldu.

- 60.000 ildə bi reallaşan bir hadisə meydana gəldi və Mars planeti Dünyaya ən yaxın mövqeyə gəldi.

- 2003-də SARSİT adlı ölümcül virus yayıldı.

- Noyabr 2003-də dünyanın ən quraq bölgələrindən olan Məkkədə meydana gələn sel fəlakətində 12 adam həyatını itirdi.

- 27 Dekabr 2003-dəki İran zəlzələsində 86.000 adam həyatını itirdi və Bam şəhərinin hardasa  hamısı dağıldı.

- İlk dəfə 2003-cü ildə Asiyada qanadlı heyvanlarda görülən quş qripi səbəbiylə, dünyada cəmi 208 adam həyatını itirdi.

- Hind Okenında 26 Dekabr 2004-dəki 9.1-9.3 ballıq zəlzələ və ardından meydana gələn 30 metrlik tsunami dalğaları, başda İndenoziya olmaq üzrə, 11 ölkədə təxminən 300.000 adamın ölümü, on minlərcə adamın itməsi və 1 milyondan çox adamın evsiz qalmasıyla nəticələndi. İndiyə qədər ölçülən ən yüksək ikinci böyük şiddətdəki bu zəlzələ, “tarixin ən böyük fəlakəti” olaraq xatırlanmaqdadır.

- 23 Avqust 2005-dəki Katrina qasırğası, tarixin ən ölümcül qasırğalarından biri olaraq, təxminən 2000 adamın ölümünə və gəlmiş keçmiş ən yüksək xərcdə -təxminən 100 milyard dollarlıq- təxribata səbəb oldu. Başda New Orleans olmaq üzrə bir çox məskunlaşma bölgəsinin boşaldılması ilə nəticələndi.

- 8 Oktyabr 2005-dəki Kəşmir zəlzələsində 75000 adam həyatını itirərkən, 100 mindən çox adam da yaralandı.

27. Hz. Mehdinin çıxışından ümid kəsilməsi:

İnsanların ümidsiz olduğu və “Heç Mehdi filan yoxmuş” dediyi bir vaxtda Allah Mehdini göndərər... (Kitabul Burhan fi Alamətil Mehdiyy-il Axır Zaman, s. 55)

Yuxarıdakı hədisdə axır zaman  əlamətlərindən birinin, insanların “Hz. Mehdinin gəlməyəcəyinə aid ” bir ümidsizliyə qapılmaları olduğu bildirilir. Necə ki, hazırkı dövrdə bu ruh halının nümunələri tez-tez görülür. Peyğəmbərin (s.ə.s.), Hz. Mehdinin gəlişi, Hz. İsanın dünyaya yenidən dönüşüylə birlikdə yaşancaq olan gözəlliklərlə əlaqədar çox sayda hədisi olmasına baxmayaraq insanların çoxu  belə bir dövrün yaşanmayacağını zənn edir. Bu səhv zənn də axır zaman əlamətlərindən biridir. Həqiqi din əxlaqının hakimiyyəti, bu ümidsizlik halının insanlar arasında yayıldığı bir zamanda, Allahın insanlara olan rəhməti sayəsində reallaşacaq.

28. Fitnələrin çoxalması:

Həyat şərtlərinin çətinləşdiyi, Allahın və dinin müxtəlif şəkillərdə yalanlanaraq insanların imanlarının zəiflədilməyə, yox edilməyə çalışıldığı şiddətli imatahan mühitləri İslami qaynaqlarda “fitnə” mühiti olaraq təyin olunar.

Peyğəmbərimiz (s.ə.s.)in bir hədisində axır zamanda bəzi möminlərin imanlarının zəifləyəcəyi və buna səbəb olacaq hadisələr xəbər verilir.

Qiyamət yaxınlaşdığı zaman və möminlərin ürəyi; ölüm, aclıq, fitnələr, sünnələrin itməsi, bidətlərin ortaya çıxması, yaxşılğı əmr edib pislikdən çəkindirmə imkanlarının itməsi kimi səbəblərlə zəiflədiyi zaman mənim övladlarımdan Mehdi ilə Cənabı Haqq sünnələri canlandırar. Onun ədalət və bərəkəti ilə möminlərin ürəyi fərahlar, Əcəm (Ərəb olmayan) və Ərəb millətləri arasında ülfət (qaynaşma, dostluq) və söhbət başlayar. (Kitabul Burhan fi Alamətil Mehdiyy-il Axır Zaman, s. 66)

Əgər qısaca yekunlaşdıracaq olsaq, hədisdə yer  alan məlumatlara görə, Hz. Mehdi gəlmədən əvvəl bu hadisələr reallaşacaq:

1- Ölüm: Anarxiya və məhşur qırğınlar nəticəsində xalqın can təhlükəsizliyinin qalmaması və bunun meydana gətirdiyi narahat mühit.

2- Aclıq: bahalılıq səbəbiylə meydana gələn dolanışıq çətinliyi. Fəlakətlər və təbii fəlakətlər nəticəsində qıtlıqların, aclığın artması.

3- Fitnələr: Haramların kiçik böyük hər kəsin arasında, çox geniş yayılması və təşviq görməsi. Hər cür əxlaqsızlığın insanların gözləri qarşısında edilməsi.

4- Bidətlərin ortaya çıxması: İslam dinində olmadığı halda ortaya çıxarılan adətlərin dinin əsaslarıymış kimi qəbul edilməsi.

5- Din əxlaqını izah etmə imkanlarının itməsi: Yaxşılığın əmr edilməsi və pisliyə mane olunması, qısacası təbliğ imkanının itməsi ilə meydana gələn mənəvi boşluq.

Fitnə mühitləri möhkəm imana sahib möminlər üçün imanlarının güclənməsinə, səbilərinin və axirətdəki dərəcələrinin artmasına vəsilə olarkən, zəif və səthi imana sahib kəslərin imanlarını itirmələrinə, ya da imanlarının daha da zəifləməsinə səbəb olar. Hz. Mehdi bu fitnə mühitinin ən sıx və şiddətli olaraq yaşandığı bir dövrdə ortaya çıxacaq.

Başqa hədislərdə və İslam alimlərinin şərhlərində də axır zamanda Hz. Mehdinin, hər yerə yayılmış çox kütlləvi bir fitnə varkən ortaya çıxacağı bildirilir:

Mehdi, fitnələrin zühur etdiyi bir zamanda gələcək. (Məktubatı Rəbbani, 2-258)

Məğribdə (Qərbdə) qarşılıqlar, fitnələr və qorxu olacaq... Fitnələr çoxalacaq. (Ölüm Qiyamət Axirət və Axır Zaman Əlamətləri, İmama Şarani, s. 440)

Heç bir tərəfin ondan qoruna bilməyəcəyi bir fitnə zühur edəcək, bu fitnə olduğu yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət bir münadinin (xalqa eşitdiriləcək şeyi yüksək səslə xəbər verən adam) səmadan səslənərək: “Ey insanlar, əmiriniz artıq Mehdidir” deməsinə qədər davam edəcək. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 23)

Bir fitnə görülər, bunu digər fitnələr izləyər... (Kitabul Burhan fi Alamətil Mehdiyy-il Axır Zaman, s. 26)

Çox kütləvi və sona çatması mümkün olmayan bir fitnə çıxacaq... (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 55)

29. Kütləvi qırğınların meydana gəlməsi:

Mehdidən əvvəl, kütləvi qırğınların baş verəcəyi (reallaşacağı) böyük bir fitnə görüləcək. (əl-Kavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Muntazar, s. 37)

Bu hadisələr meydana gəlmədikcə qiyamət qopmayacaq... Ölümlər və qırğınlar kütləvi hala gələcək... (Camius Sağır, 3:211, Müsnəd, 2:492, 4:391, 392)

... Qırğınlara yerdə və göydəkilər, artıq dözə bilmədiklərində (Hz. Mehdi) zühur edəcək... (əl-Kavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Muntazar, s. 37)

... Qan axıtmağı halal edərək, Məhəmmədə düşmən kəsilər... (Əli bin Husaməddin əl Müttəqi , Cəlaləddin Suyutinin Təsnifindən Hədislər- Axır Zaman Mehdisinin Əlamətləri, Qəhrəman Nəşriyyat, s. 37)

... Qan tökülməsi... qiyamət əlamətlərindəndir. (Qiyamət Əlamətləri, s. 142)

Bu hədislərdə qırğınların kütləvi olacağına, yəni bütün dünya səviyyəsində yaşanacağına diqqət çəkilir. Keçən əsrdə iki böyük dünya müharibəsi yaşanmış və sırf bu müharibələrdə 65 milyon insan həyatını itirmişdir. 20-ci əsr boyu siyasi səbəblərlə qətl edilən vətəndaşların sayının 180 milyonu keçdiyi təxmin edilir. Bu, əvvəlki əsrlərlə müqayisə edildiyində fövqəladə dərəcədə yüksək bir rəqəmdir. Bu gün 21-ci əsrdə hələ dünyanın dörd bir tərəfində qanlı müharibələr və qarşıdurmalar davam edir. Bu müharibələrin ortaq xüsusiyyəti isə, yuxarıdakı hədisdə də ifadə edildiyi kimi kütləvi qırğınların yaşandığı müharibələrin olmasıdır.

30. Dünyanın hər yerini fəsad və qarışıqlıqların bürüməsi:

... Hərci Mərc* çoxalaraq davam edər. (Əli bin Husaməddin əl Müttəqi , Cəlaləddin Suyutinin Təsnifindən Hədislər- Axır Zaman Mehdisinin Əlamətləri, Qəhrəman Nəşriyyat, s. 37)

*Hərci Mərc: İnsanlar arasında meydana gələn fitnə, fəsad yaşandığı mühit.

Dünya hərci mərc içində qaldığında, fitnələr zühur etdiyində, yollar kəsildiyində, bəziləri bəzisinə hücum etdiyində, böyük kiçiyə mərhəmət etmədiyi, böyüyə hörmət edilmədiyində Allah, bu vaxtda onlardan düşmənliyin kökünü götürərək, qalalarını fəth edəcək və əvvəlcə mənim dini yaşatdığım kimi, axır zamanında dini yaşadacaq , əvvəldən zülümlə dolu olan dünyanı ədalətlə dolduracaq birini (Mehdini) göndərəcək. (Kitabul Burhan fi Əlamət-əl Mehdiyy-il Axır Zaman)
Hədislərdə görüldüyü kmi, müəyyən bir yer bildirilməyib, qarışıqlığın dünyanın hər tərəfində yayılacağına işarələr var. Həqiqətən də hədislərdə təsvir edildiyi şəkildə, bu gün dünyanın beş qitəsində böyük qarışıqlıq, qarşıdurmalar, qırğınlar və terror hadisələri davam etməkdədir. Hər gün yüzlərlə insan səbəbsiz yerə öldürülməkdə, yurdlarından çıxarılmaqdadır.

31. Anarxiya və bütün dünyada qiyamların olması:

Qiyamətin çox yaxınında anarxiya və qarışıqlıq günləri vardır. (Suyuti, Camius Sagır, 3/211)
... (O vaxtda) fitnələr, qarışıqlıqlar, qiyamlar çox olar, insanlar bir-birlərini öldürərlər... (Ölüm Qiyamət Axirət və Axır Zaman Əlamətləri, s. 376, nömrə. 685)

Anarxiya və qarşıdurma, keçən əsrin ən diqqətə çarpan xüsusiyyətlərindən biridir. Vətəndaş müharibələri, qiyamlar minlərlə insanın həyatına son qoymuş, təhlükəsizlik və dinclik insanların ən böyük həsrətlərindən biri halına gəlmişdir. Bəzi Afrika ölkələrində heç cür sona çatmayan vətəndaş müharibələri, başda Cənubi Amerika olmaq üzərə bəzi ölkələrdə yaşanan qiyamlar, Cənubi Asiyada yaşanan qarşıdurma və müharibələr, Orta şərqdə yaşanan gərginliklər bu qarışıqlığın yalnız bilinən nümunələridir.

32. Qadın, uşaq və günahsız insanların qətl edilməsi:

Bu hadisədə bir qadının öldürülməsi, bir qırmancın yellənməsi qədər asandır. Bu hadisə Mədinədən iyirmi dörd mil qədər yayılar. Sonra Hz. Mehdiyə beyət edilər. (Əli bin Husaməddin əl Müttəqi , Cəlaləddin Suyutinin Təsnifindən Hədislər- Axır Zaman Mehdisinin Əlamətləri, Qəhrəman Nəşriyyat, s. 34)

Günahsız insanlar öldürülmədən Mehdi çıxmaz... (Əli bin Husaməddin əl Müttəqi , Cəlaləddin Suyutinin Təsnifindən Hədislər- Axır Zaman Mehdisinin Əlamətləri, Qəhrəman Nəşriyyat, s. 35)
Bu fitnələrin ən sonuncusu günahsız insanların öldürülməsidir ki, artıq o zaman özündən hər kəsin razı olacağı bir yolda olan Hz. Mehdi çıxar. (Əli bin Husaməddin əl Müttəqi , Cəlaləddin Suyutinin Təsnifindən Hədislər- Axır Zaman Mehdisinin Əlamətləri, Qəhrəman Nəşriyyat, s. 38)
Günahsız insanlar qətl oluncaya qədər Mehdi çıxmayacaq... (əl-Kavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Muntazar, s. 37)

Hz. Mehdinin çıxışı ilə əlaqədar hədislərdə qırğınların yayılmasından bəhs edilərkən, bu qırğınların günahsız insanları hədəf alacağına xüsusilə diqqət çəkilmişdir. Müharibələr və ya müxtəlif qarşıdurmalar əsnasında reallaşdırılan qırğınlarınla yanaşı xüsusilə son illərdəki terrorist hadisələr də xalqın kütləvi olaraq məhv edilməsi ilə nəticələnir. Terrorizmin məqsədi xalq arasında qorxu və dəhşət yaymaq olduğundan, bu cür hücumların əsl yönəldiyi istiqamət əksəriyyətlə vətəndaş və xalqdır. Ticarət mərkəzləri, restoranlar, məktəblər kimi qorunmasız qadınların gənclərin və uşaqların olduğu yerləri hədəf seçən bu hərəkətlər səbəbiylə dünyanın fərqli ölkələrində çoxlu insan həyatını itirməkdədir.

33. Misirlilərin əsir alınması:

Şam əhli, Misirli qəbilələri əsir alınacaqlar. (əl-Kavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Muntazar, s. 49)

Daha əvvəl də ifadə etdiyimiz kimi, Şam bölgəsi, Hicaz (Məkkə-Mədinənin olduğu bölgə)nin sol tərəfində qalan bölgədir. Bu gün haqqında danışılan bölgədə  İsrail dövləti də var. Bu səbəbdən bu hədislə İsrail dövlətinin Misir ilə olan döyüşlərinə və Misir torpaqlarını işğalına işarə ola bilər. 26 Oktyabr 1956-ci il tarixində İsrail Misirə hücum etdi və Sina yarımadasını işğal etməyə başladı. Birləşmiş millətlərin araya girməsiylə qarşıdurmalar bir müddət sonra sona çatdı və İsrail sərhədinə BM Sülh Qüvvələri yerləşdi. 1967-ci ildəki 6 Gün  müharibəsi isə İsrail-Misir arasındakı başqa bir müharibə idi. Bu müharibələr əsnasında çox sayda misirli, İsrail əsgərləri tərəfindən əsir alındı, çoxu da  həyatını itirdi.
34. Şəhərlərin yox olması:

Böyük şəhərlər  sanki dünən yoxmuş kimi məhv olar. (Kitabul Burhan fi Alamətil Mehdiyy-il Axır Zaman, s. 38)

Xoş diyarlar xarab edilincə... qiyamətlə sənin aranda bu iki barmaq arası qədər bir məsafə qalmış deməkdir. (Qiyamət Əlamətləri, s. 143)

Hədislərdə ifadə edilən böyük şəhərlərin, xoş diyarların həlak olması və xarab edilməsi, müharibələr və müxtəlif təbii fəlakətlər nəticəsində meydana gələn dağıntıları ağla gətirir. Bunlarla yanaşı  yaxın keçmişdə təkmilləşdirilən nüvə silahları, təyyarələr, mərmilər və buna bənzər silahların müharibələrdə istifadə edilməsi də böyük qarışıqlığa səbəb olmuşdur. Bu təxrib gücü yüksək silahlar tarixdəki bənzərləriylə müqayisə edilməyəcək səviyyədə dağıntılara gətirib çıxarmışdır. Əlbəttə hədəf mövqeyindəki “böyük şəhərlər” də bu dağıntılardan birinci dərəcədə təsirlənən yerlər olmuşdur.
35. Xarab olmuş yerlərin abadlığı:

Dünyanın xarab olmuş yerlərinin abadlığı, abadlıaşdırılmış yerlərinin təxrib olunması qiyamətin şərt və əlamətlərindəndir. (Qiyamət Əlamətləri, s. 138)

Müharibələrlə keçən 20-ci əsrdə bir çox şəhər yerlə bir olmuş və yenidən tikilmişdir. Berlin, Leninqrad (St. Peterburq), Drezden kimi 2-ci dünya müharibəsi əsnasında tanınmayacaq hala gələn böyük Avropa şəhərləri, müharibədən sonra yenidən tikilmiş və bu günkü görünüşlərinə düşmüşlər.
Bənzər bir nümunə olaraq Yaponiyanın Kobe şəhəri 1995-ci ilin Yanvar ayında böyük bir zəlzələ nəticəsində xarab olmuşdur. Zəlzələnin reallaşdığı Kobe şəhərinin olduğu bölgə, Yaponiyanın öndər sənaye və ticarət mərkəzlərindən idi. Buna görə zəlzələdən sonra maddi zərər milyardlarla dollar oldu. Yaponlar bir müddət sonra Kobe şəhərini yenidən tikdilər.
36. Hər yerə yayılan bir fitnə:

Heç bir tərəfin ondan məhfuz qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə olduğu yerdən dərhal başqa bir yerə yayılacaq və bu bir münadinin səmadan səslənərək: “Ey insanlar, əmriiniz artıq Mehdidir” deməsinə qədər davam edəcək. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 23)

Hədisdə hər kəsə çatacaq, sürətlə yayılacaq bir fitnədən bəhs edilir. Yəni hər kəsin xəbərdar olacağı, din əxlaqına və Allaha qarşı ortaya sürülən bir fitnə insanların imanlarını hədəf alacaq. Hazırkıl dövrdə, Allahın varlığına və din əxlaqının yaşanmasına  qarşı ən böyük fikri axın materialist fəlsəfədir. Bu fəlsəfənin özünə dayaq saydığı sözdə elmi təməl isə “təkamül nəzəriyyəsi”dir. Heç bir elmi və məntiqi dəlilə əsaslanmayan, tamamilə ağıl və elmdən kənar olduğu halda, sıx təbliğat, aldatmaca və göz boyama üsullarıyla bu boş söz dünya səviyyəsində müəyyən materialist cadugərlər tərəfindən kütlələrə təlqin edilməyə çalışılır.

Bu gün təkamül nəzəriyyəsinin gərək mətbuat, gərəksə televizya yoluyla təbliğ olunmadığı  bir ev və məkan yox kimidir. Diqqət çəkici bir nöqtə daha vardır: Peyğəmbərimiz (s.ə.s.)in hədisində ifadə edildiyi kimi bir fitnənin dünyanın hər yerinə nüfuz etməsi və sürətlə yayılması, ancaq müasir texnoloji imkanlarla (mətbuat, nəşr, internet, peyk ünsiyyəti...) reallaşa bilər. Keçmişdəki şərtlərdə, bir fitnənin dünya səviyyəsində qısa zamanda bu qədər geniş sahəyə yayılması mümkün deyil. Necə ki, bu günə qədər Allahın varlığına, yaradılışa və din əxlaqına qarşı çıxan , dünya səviyyəsində məşhur bir başqa fitnə daha görülməmişdir. Hədislərdə Hz. Mehdinin çıxışıyla və Hz. İsanın gəlişiylə bu fitnənin sona çatacağı müjdələnilir.
37. Haramların halal sayılması:

... Bütün haramların halal sayılacağı bir fitnə gəlir. Sonra da xilafət, dünyanın ən xeyirlisi olan Hz. Mehdiyə evində oturarkən gələcəkdir. (Kitabul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 26)

Hz. Mehdi, bütün haramların halal sayıldığı böyük bir fitnədən sonra çıxacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 23)

İndiki vaxtda fahişəlik, qumar, içki, rüşvət kimi bir çox hərəkət, haram olmalarına baxmayaraq dünyanın bir çox ölkəsində gedərək artan bir nisbətdə işlənir. Bəzi Qərbli qəzet və televizyalarda bu haramları işləyənlər tez-tez təriflənir və təşviq edilirlər, hətta işləməyənlər tənqid edilirlər. Aparılan statistikalar isə bu mövzudakı sayın gedərək artdığını göstərir.

38. Allahın açıqca inkar edilməsi: (Allahı tənzih edərik)

Açıq-aşkar Allah Təala inkar edilənə qədər Hz. Mehdi gəlməz. (Kitabul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 27)

Allahı inkar etmə azğınlığı olan ateizm, 19-cu əsrin sonundan etibarən yayılmışdır. Materializm və Darvinizmin yayılmasıyla özlərinə fəlsəfi və sözdə elmi dayaq tapdıqları yanılmasına qapılan ateistlərin sayı 20-ci əsrdə artmışdır. Atesitlər bu dövrdə azğın görüşlərinin təbliğatını etmək imkanı tapmışlar. Ateizm, səmimi olaraq iman edənlərin aparacağı fikri mübarizənin vəsilə olmasıyla Allahın icazəsiylə yox olmağa məhkumdur.

39. Materialist fəlsəfənin yayılması:

Bismilləh hərflərinin dəyəri itirdildiyi zaman Mehdi zühur edər. (Risalətul Hurucul Mehdi, s. 29)
Hədisdə  “bəsmələ” ilə vurğulanmaq istənilən, insanların din əxlaqına baxışı və imani vəziyyətləri ola bilər. Necə ki, insanların imanlarının zəif olduğu bir dövrdə Hz. Mehdi zühur edəcək və bu axınları fikirlə ortadan qaldıracaq. Bu baxımdan düşünüldüyündə, hədisdə keçən ifadə, materialist və Darvinist fəlsəfənin insanlar üzərindəki təsirinin çox olacağına işarə edir. Bir başqa hədisdə isə, axır zamanda dinsizlik və inancsızlığın artacağı belə ifadə edilir:
Küfr hər yanı zəbt edib hökmü cəmiyyət içində aşkar işlənmədikcə Mehdi zühur etməz. Bu vaxtda baş verən isə... küfrün zəbtidir. Onun qüvvətidir. (Məktubatı Rəbbani, 2-259)

40. Din əxlaqından uzaqlaşdıran fitnələrin olması:

Qiyamətə yaxın qaranlıq gecələrin parçaları kimi qarışıqlıqlar olacaq. Bu qarışıqlıqlar içində adam mömin olaraq qalxıb, kafir olaraq axşamlayacaq, mömin olaraq yatıb, kafir olaraq qalxacaq. (Quran və Sünnədə Qiyamət və Axirət, s. 155)

Ənam Surəsinin 26-cı ayəsində insanları “Qurandan və din əxlaqından çəkindirənlərə” diqqət çəkilir:

 (Müşriklər özlərinə uyanları Quranı) dinləməyi qadağan edər, özləri də onlardan uzaq durarlar. Onlar (başqalarını deyil), yalnız özlərini həlak edər, lakin (bunun) fərqinə varmazlar. (Ənam Surəsi, 26)

Hədislərdən də azğın fikir axınlarının, haqq və həqiqətdən uzaq sistemlərin qiyamətdən əvvəl, insanları Allahın yolundan azdıracaq böyük fitnələr meydana gətirəcəyi aydın olur. Bu fitnələrin müxtəlif təbliğat və təlqin üsullarıyla yayılacağı isə başqa hədislərdə belə bildirilir:

... “O dövrdə xalqı cəhənnəm qapılarına çağıracaq olan bəzi dəvətçilər olacaq. Hər kim o çağıranların dəvətinə razı olsa onu cəhənnəmə atacaqlar.” “Ya Rəsulullah, o dəvətçilər zümrəsinin xüsusiyyətlərini bizə bəyan etsəniz?” “Yaxşı edim, onlar bizim millətimizdən olub bizim dilimizlə danışan bir zümrədir” buyurdu. (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 382, nömrə. 698)

Yaxın gələcəkdə kor, kar və dilsiz (yəni insanları kor edib)  doğrunu göstərməyən, kar edib haqq olanı eşitdirməyən və dilsiz (edib) haqq sözləri danışdırmayan bəzi qorxunc fitnələr olacaq... Fitnə zamanı dilin fitnəyə qarışması və təbliğ etməsi qılınc zərbəsi kimi onun yayılmasını təmin edər. (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 390, nömrə. 720)

Bəhs edilən fitnənin kar edib eşitdirməməsi və danışdırmaması bir çox ölkədə iqtidarda olan  rejimləri də ağla gətirir. Bu rejimlər fikir və düşüncə azadlığını çərçivələyib, insanların düşüncələrini, inanclarını dilədikləri kimi ifadə etmələrinə mane olurlar. Xüsusilə bəzi Ərəb və Afrika ölkələrində, Müsəlmanların düşüncələrini azad ifadə edə bilməmələri, inanclı olduqları üçün əziyyət çəkmələri bu vəziyyətin nümunələridir.

41. Məscidlərin yıxılması:

Süfyan quru bir vadidən çıxar... O, mədrəsə və məscidləri yuyar, rüku və səcdəyə gedən hər kəsi cəzalandırar. (Əli bin Hüsaməddin Əl Müttəqi, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər Axır Zaman Mehdisinin Əlamətləri, Qəhrəman Nəşriyyat, s. 35)

42. Saxta Peyğəmbərlərin Çoxalması:

Hər biri Allahın elçisi olduğunu iddia edən otuza yaxın yalançı göndərilmədikcə qiyamət qopmayacaq. (Tirmizi, Fitən 43; Əbu Davud, Məlahim 16)

Hər birisi özünün Tək Məbud olan Allahdan rəsul olaraq göndərildiyini iddia edən altmış yalançının çıxması. (Əli bin Hüsaməddin Əl Müttəqi, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər Axır Zaman Mehdisinin Əlamətləri, Qəhrəman Nəşriyyat, s. 36)

43. Dinin bəzi insanlar tərəfindən şəxsi mənfəətlər üçün isitfadə edilməsi:

Alimlər elmi sırf pul qazanmaq üçün  öyrəndiyində... dini dünyalıq qarşlığında satdıqlarında... hökmü satdıqlarında... qiyamət yaxınlaşmış olacaq. (Ölüm Qiyamət və Diriliş, s. 480)
Axır zamanda elə adamlar çıxacaq ki, dinlərini dünya mənfəətləri qarşılığında satacaqlar. (Tirmizi, Zühd, 60)

Kim Quran oxusa (mükafatını) Allahdan istəsin. Çünki son zamanlarda Quran oxuyub (mükafatını) insanlardan istəyən bəzi insanlar törəyəcək. (Son Zamanlarla Əlaqədar Hədislər, s. 9)

44. Saleh möminlərin çox az olması:     
     
İnsanların... bidətçilərin (dindən olmayan şeyləri dindənmiş kimi göstərib qəbul etdirməyə çalışanlar) fikirlərini mənimsəyib fərqində olmadan şirk qoşduqları, elmi dolanışıq üçün təhsil aldıqları, dinlərini dünyalıqlarına alət etdikləri bir zaman gələcəkdir. (Deyləmi; Son Zamanlarla Əlaqədar Hədislər, s. 68)

İnsanlara bir zaman gəlir ki, məscidlərində toplanıb namaz qılarlar. Lakin aralarında mömin tapılmaz. (Hakim; Son Zamanlarla Əlaqədar Hədislər, s. 19)

45. Müsəlmanlara basqının artması:

And içirəm ki, bu ümmətə elə (şiddətli) bəlalar gələcək ki, adam zülmdən, qəddarlıqdan xilas olmaq üçün sığınacaq bir yer tapa bilməyəcək. Elə çətinlikdə Allah Təala ailəmdən bir şəxsi (Hz. Mehdi) göndərəcək. (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 437)

Rüku və səcdəyə gedən hər kəsi cəzalandırar... Məhəmmədə düşmən kəsilər... ((Əli bin Hüsaməddin Əl Müttəqi, Cəlaləddin Suyutinin Təsnifindən Hədislər Axır Zaman Mehdisinin Əlamətləri, Qəhrəman Nəşriyyat, s. 37)

Burada Müsəlmanların üçdə biri öldürülər... . (Kitabul Burhan Fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 73)

Hədislərdə bildirilən Hz. Mehdinin çıxış əlamətlərindən biri də, Müsəlmanların bu dövrdə böyük təzyiq altında və çətinlik içində olmalarıdır. Müasir İslam dünyasına baxıldığında görünən vəziyyət, bu əlamətin reallaşdığının dəlilidir. İndoneziyadan Fələstinə; Çaddan Şərqi Türkistana qədər Müsəlmanlar, müxtəlif əziyyət və çətinliklərlə qarşı-qarşıyadırlar. Hədislərdə bu çətinliklərin detallarıyla əlaqədar da məlumatlar verilmişdir:

-Zalım idarəçilərin olması:

Vay bu ümmətə, o öldürən zalım məliklərdən ötəri. Bu zalımlar özlərinə itaət edənlər xaric, səssiz qalanları qorxudurlar... (Əbu Nuaymdan; Suyuti, c. 2-ci, s. 64)

Liderlərin zülm etməsi, qiyamət əlamətlərindəndir. (Qiyamət Əlamətləri, s. 143)

Bu hədislər, Mehdi (ə.s.) gəlmədən əvvəl bəzi Müsəlman ölkələrdə, din əxlaqından uzaq, zalım və mərhəmətsiz xarakterli kəslərin iqtidarda olacaqlarına işarə edir.
-Dinsiz ideologiyaların yayılması:

(Qiyamətin bir əlaməti) Məscidlər içərisində günahkarların səslərinin yüksəlməsi və günahkarların dinin əmr etdikləri yerinə yetirən səmimi möminlər üzərinə qalib gəlib onlara tahakküm etmələridir. (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 450)
-Möminlərin inanclarını gizləmək məcburiyyətində qalmaları:

Peyğəmbərimiz (s.ə.s.) bir başqa hədisində də axır zamanda səmimi  möminlərin bütün bu təzyiqlər səbəbiylə inanclarını saxlamaq və ibadətlərini gizli davam etdirmək məcburiyyətində qala biləcəklərini belə xəbər vermişdir:

Bu gün sizin aranızda münafiqlərin gizli yaşadıqları kimi bir zaman gəlir ki, mömin olanlar da digərlərinin arasında gizli olaraq dini həyatlarını davam etdirməyə çalışarlar. (İbni Sünni; Son Zamanlarla Əlaqədar Hədislər, s. 12)

46. Siyasət adamlarında dejenerasiya:

Axır zamanın əhəmiyyətli xüsusiyyətlərindən biri mərhəmətsiz, zalım və xalqını fəlakətlərə sürüyən liderlərin rəhbərliyə gəlməsidir. 20-ci əsr bu tərz lider və idarəçilərin nümunələri ilə doludur. Din əxlaqına uyğun olmayan ideologiyaları mənimsəyən bu kəslər, həm öz xalqlarına etdikləri zülm, həm də səbəb olduqları müharibə və qarşıdurmalar səbəbiylə digər cəmiyyətlərə gətirdikləri bəlalar ilə məşhurlaşmışlar. Hədisdə də buna diqqət çəkilir. Çinin kommunist diktatoru Mao, yalnız özünə müxalif olduqları üçün minlərlə vətəndaşı qətl etmiş, rəhbərliyi boyunca milyonlarla insanın ölümünə səbəb olmuşdur. Mussolini, faşist ideologiyasının təsiriylə ölkəsini 2-ci dünya müharibəsinin içinə sürüyərək xalqına böyük fəlakətlər yaşatmışdır. Mobutu, tarixə Afrika qitəsinin ən mərhəmətsiz diktatorlarından biri olaraq keçmişdir.

Xəbəriniz olsun, buna şübhə yoxdur ki, başınıza bəzi rəhbərlər və dövlət başçıları gələcək və  onlar, (dövlət xəzinəsindən köməyə ehtiyacı olan) sizlərə vermədikləri (haqqları olmadığı halda) özlərinə verilməsini hökmə bağlayacaqlar. (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 380, nömrə. 697)

Yaxında başınıza bəzi əmirlər gələcək. Ruzilərinzə əl qoyacaq, sizi yalanlarla ovudacaqlar. İş görəcəklər. Lakin gördükləri pis olacaq. Ən pis tərəfləri də pisliklərini siz gözəl görmədikcə və yalanlarını təsdiq etmədikcə sizdən razı olmayacaqlar... (Bagavi, Tabarani: Gələcəyin Tarixi 1, s. 43)

İslamın üsulları tək-tək pozulacaq və xalqı dəlalətə aparan hökümət adamları çıxacaq... (Hakim; Gələcəyin Tarixi 1, s. 57)

47. Gözəl və pis əxlaq anlayışlarının yer dəyişdirməsi:

Pislərin çoxaldıqca çoxalması, yalançıların doğru qəbul edilməsi qiyamət əlamətlərindəndir. (Beyhaki, İbni Nəccar; Son Zamanlarla Əlaqədar Hədislər, s. 107)

Yalançının təsdiqlənməsi, doğrunun yalanlanması qiyamət əlamətlərindəndir. (Qiyamət Əlamətləri, s. 137)

Yalançı, doğru qəbul ediləcək və doğru söyləyən isə təkzib ediləcək. Xainə etibar olunacaq və etibarlı olana isə xain kimi münasibət göstəriləcək... O zaman yalan yayılacaq... (Fəraidu Fəvaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar; Gözlənilən Mehdi, 3. nəşr, s. 146-147)

48. Müsəlmanların bir-birləri ilə savaşmaları:

... Fikirlər ayrılmadıqca, doğma qardaşlar dində ixtilafa düşmədikcə qiyamət qopmaz. (Qiyamət Əlamətləri, s. 142-143)

Hz. Əbu Hureyre (ə.s.) izah edir: Rəsulullah (s.ə.s.) buyurdu: “Müsəlmanlardan iki qrup aralarında döyüşmədikcə qiyamət qopmaz. Bunlar aralarında böyük bir döyüş edərlər, lakin iddiaları birdir.” (Buxari, Fitən: 24, Mənakib: 25, İstitabə: 8; Müslim, İman: 248, Fitən: 17)

Peyğəmbərimiz (s.ə.s.) 1400 il əvvəl bildirdiyi bu hədislərində hazırkı dövrdə yaşanacaq olan bəzi hadisələrə diqqət çəkmişdir. Necə ki, hədislərdə xəbər verildiyi kimi Hicri 1400-cü illərin əvvəlindən etibarən bəzi müsəlman ölkələr arasında müharibə və qarşıdurmalar yaşanmışdır. İran-İraq müharibəsi, İraqın 1990-cı ildə Küveyti işğalı bunlara nümunədir.

49. Ticarət və yolların kəsilməsi:

Ticarət və yolların kəsildiyi və fitnələrin çoxaldığı zaman… (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 39-40)

Mehdi çıxmadan əvvəl, millətlər arasında ticarət və yollar kəsiləcək, insanlar arasında fitnələr çoxalacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 39)

Hazırkı dövrdə ölkələr arasında ticari və iqtisadi əməkdaşlıq razılaşmalarına baxmayaraq, təhlükəsizlik problemi bəzən ticari fəaliyyətlərə mane olur. Məsələn, Xəzər bölgəsindəki yeraltı zənginliklərin digər bölgələrə daşınması mövzusunda yaşanılan problemlərin əhəmiyyətli bir qismi təhlükəsizlikdir. Bu mövzuda daha bir çox nümunə vardır. Dünyanın fərqli tərəflərində də qarşıdurmalar və gərginliklər iqtisadi fəaliyyətlərə mane olur, cəmiyyətlər arası ticari fəaliyyətlər çox məhdud miqdarda reallaşır.
50. Zəlzələlərin çoxalması:

... Zəlzələlər çoxalmadıqca... qiyamət qopmaz. (Qiyamət Əlamətləri, s. 109)

Ümmətimdə zəlzələlər olar. Belə ki, bu zəlzələlərdə on min, iyirmi min, otuz min adam ölər. (İbni Asakır, Gələcəyin Tarixi 1, Orxan Bəydən, Mövsüm Nəşriyyat, s. 81)

Sığınacaq evlər, sizi daşıyacaq heyvanlar tapa bilməyəcəyiniz zaman yaxınlaşmışdır. Çünki evlərinizi zəlzələlər yıxacaq, heyvanlarınızı ildırımlar yandırıb kömürə çevirəcək. (Nuaym bin Hammad, Gələcəyin Tarixi 1, s. 82)

... Bil ki, artıq zəlzələlər, kədərlər, böyük hadisələr yaxındır. O gün qiyamət insanlara bu əlimin başına olan yaxınlığından daha yaxındır. (Əbu Davud, Cihad 37, s. 2535, Kutubu Sittə, cild 14, s. 339)

ABŞ Geoloji Araşdırma Təşkilatı (USGS)in hesabatlarına görə 1556-1975 -ci illər arasında kı təxminən 400 ildə meydana gələn 5.0 və daha böyük ballıq zəlzələlərin sayı yalnız 110-dur. Eyni təşkilatın şərhinə görə, 1980-2003 illəri arasında yalnız 23 il içində meydana gələn 6.5 və daha böyük ballıq zəlzələlərin sayı isə 1.685-dir. Şübhəsiz bu rəqəmlər Hicri 1400-cü ilin əvvəlindən  etibarən zəlzələlərin sayındakı artımı çox açıq şəkildə ortaya qoyur.

51. Quraqlığın olması:

Dəccalın çıxmasından əvvəl səma üç il yağışını kəsər. Birinci ildə normal yağışın üçdə birini tutub üçdə ikisini yağdırar. Dünya bitkisinin üçdə birini bitirməz. İkinci ildə səma normal yağışının üçdə ikisini yağdırmaz. Dünya bitkisinin üçdə ikisini bitirməz. Üçüncü ildə isə səma yağışının hamısını kəsər, dünya da bitkisindən heç birini bitirməz. (Əbu Davud, İbn Macə, Təbərani; Gələcəyin Tarixi 3, s. 241)


52. Qasırğaların artması:

Qiyamətdən əvvəl on əlamət görmədən o qopmayacaq. Onuncusu, insanları dənizə atacaq olan qasırğa... (Qiyamət Əlamətləri, s. 288)

Keçən əsrin son illərində meydana gələn ən əhəmiyyətli hava hadisələrindən bir neçəsi belədir:

1987-ci ilin Oktyabr ayında cənub-şərq İngiltərə 1703-cü ildən bəri meydana gələn ən böyük fırtına ilə sarsıldı. Fırtına səbəbiylə 15 milyon ağac aşdı və meşələrin böyük bir qismi yox oldu. 16 adamın öldüyü fırtınada binalar böyük ziyan gördü, gəmilər sahilə çıxardıldı.

20 Mart 1998-də Georgiada meydana gələn tornado səbəbiylə 12 adam ölmüşdür.

27 May 1997-də Teksasda meydana gələn tornado səbəbiylə ölənlərin sayı 27-dir.

13 May 1996-da Banqladeşin qərbində meydana gələn fırtınalarda təxminən 500 ilə 1000 adam arasında ölən olmuşdur. Eyni fırtınalar 30.000 adamın yaralanmasına və 100.000 adamın evsiz qalmasına səbəb olmuşdur.

1992-də Andrew qasırğasının səbəb olduğu ziyan yalnız Meksika Körfəzində təxminən olaraq 0.50 milyard dollardır. Andrew qasırğası, Bahamalarda isə təxminən 0.25 milyard dollar ziyana səbəb olmuşdur. ABŞ-ın şərqində 2 milyona yaxın insan qasırğa səbəbiylə evlərindən çıxarılmışdır.

Avqust 2002ci il-də Avropanın orta və şərq bölgələrində təsirli olan sellərdə ölənlərin sayı 114-ə çatmışdır. 21 Sentyabr 2003-də Cənubi Koreyada, son 40 ildə meydana gələn ən şiddətli qasırğada isə 2 gündə təxminən 200 adam ölmüşdür.

Avqust 2005-ci ildə meydana gələn Katrina qasırğası, Mississippinin 8 şəhərini məhv etmiş, New Orleansın %80-i yerlə bir olmuş, təxminən 2000 adamın ölümünə səbəb olmuşdur. Amerika tarixinin ikinci ən böyük qasırğası olaraq qəbul edilir. Verdiyi zərər, 81.2 milyard dollardır. Bu qasırğanın diqqət çəkici bir xüsusiyyəti isə, şəhəri seldən qoruması üçün tikilən bəndin yıxılmasıyla New Orleansın demək olar ki, hamısının sular altında qalmasıdır. Hədisdə bildirilən, “İnsanları dənizə atacaq qasırğa” tərifinin bir təcəllisi də bu ola bilər.

Noyabr 2007-ci ildə Banqladeşi təsiri altına alan və 250 km sürətlə əsən Sidr Qasırğası isə, 3200 adamın ölümü və böyük bir dağıntı ilə nəticələnmişdir. Qasırğanın təsiriylə 6 metr olan dalğalar, minlərlə evi yerlə bir edərkən, minə yaxın insanın da itməsinə səbəb olmuşdur. Beş milyon adama təsir edən bu qasırğa, əsrin ən böyük fəlakətləri arasında sayılmaqdadır.

53. Şiddətli yağışların yağması:

Ev və daxma buraxmayan şiddətli bir yağış yağana qədər qiyamət qopmaz. (Qiyamət Əlamətləri, s. 253)

Yağışın çoxalması, otların azalması... qiyamətin yaxınlaşmasındandır. (Qiyamət Əlamətləri, s. 137)

Göydən şiddətli yağış yağıb daş binalar xaric bütün kərpic evlər yıxılmadıqca qiyamət qopmaz. (Əhməd b. Hənbəl, Müsnəd 13/291, hədfis nömrə. 7554)

Xüsusilə son vaxtlarda sel basqınları, dünyanın müxtəlif bölgələrində əhəmiyyətli nisbətdə can və mal itkisinə səbəb olmuşdur. Keçdiyimiz illərdə Avropada meydana gələn sel basqınları bunun bir nümunəsidir. Az qala bütün Avropanı təsiri altına alan şiddətli yağışlar, çayların daşmasına səbəb olmuş, böyük Avropa şəhərlərində də bir çox bölgə sular altında qalmışdır.

2002-ci ildə Hindistan, Nepal və Banqladeşdə iki ay təsirini davam etdirən mövsüm musson yağışlarının gətirib çıxardığı fəlakətlərdə ölənlərin sayı isə təxminən 900 olmuşdur. Çində isə Avqust 2002-də şiddətli yaz yağışlarının gətirib çıxardığı sel və torpaq sürüşmələrində ölənlərin sayı 1000-ə çatmışdır. 2002-ci ildə Avropada yaşanan sel basqınlarının ardından, 2006-cı ildə də sellər, yalnız Macarıstanda 32000 adam olmaq üzrə Ruminya, Serbiya, Çex Respublikası, Slovakıya kimi bir çox Avropa ölkəsini təsiri altına almışdır. İndoneziyanın paytaxtı Jakartada, 2007-ci ildəki sellər minlərlə adamı evsiz buraxarkən; İngiltərədə iyul 2007-dəki yağışlar, 1 milyon adamın təsirləndiyi bir sel fəlakətinə çevrilmişdir.

54. İldırımların çoxalması:

Qiyamətin yaxınlaşdığı zamanda ildırımlar o qədər çoxalacaq ki, insanlar (bir-birlərinə belə) deyəcəklər: “Dünən kimi ildırım vurdu?” Onlar da (belə) cavab verəcəklər: “Dünən filan (kəsləri) ildırım vurdu.” (əl-Hakim, Müstədrək, 4/444)

... heyvanlarınızı ildırımlar yandırıb kömürə çevirəcək. (Naim bin Hammad; Gələcəyin Tarixi 4, s. 69)

Tam da hədisdə ifadə edildiyi kimi, ildırım düşməsi səbəbiylə can və mal itkisinin artması son illərdə tez-tez rast gəlinən bir vəziyyət olmuşdur. Bu itkinlər çox vaxt xəbərlərdə iştirak etməkdədir. 1998-ci ildə Konqoda futbol sahəsinə düşən ildırım nəticəsində, sahədə oynayan 11 futbolçunun ölümü bu nümunələrdən biridir. Oxşar bir şəkildə 2001-ci ildə Meksikada futbol sahəsinə düşən ildırım səbəbiylə də 6 adam həyatını itirmişdir. Bunlar xaricində də ildırım düşmələri bir çox insanın həyatını itirməsinə və heyvanların tələf olmasına səbəb olmuşdur.

Çindəki məlumatlar isə, ildırımların hər il diqqətə çarpan bir nisbətlə artdığını göstərməkdədir. Bu rəqəmlər, 2003-də 7.625, 2004-də 8.892, 2005-də 11.026, 2006-da 19.982-ə yüksəlmiş və Çində yalnız 2006-cı ildə 717 adam ildırım vurmasıyla həyatını itirmişdir.


55. Yer çökmələrinin olması:

(Qiyamət) əlamətlərinin ilki yer çökmələridir. (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 518)

56. Evlərin məzar olması:

“İnsanlara ölüb gəlib evlər məzar olduğu zaman halın nə olar” buyurdu. (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 392, nömrə. 726)

57. Epidemiya xəstəliklərinin artması:

Vəba kimi epidemiya xəstəliklər, yəni qoyun qıran deyilən heyvan xəstəliyi ki, o sizi tutacaq... (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 417, nömrə. 761)

“... Qiyamət əvvəli altı (əlamət) sayımmı?” dedim ki: “Onlar nələrdir ya Rəsulullah?” O da belə buyurdu: “... Sizin aranızda xolera və şarbon kimi ölümcül iki xəstəlik yayılacaq.” (Səhih Buxari; Gözlənilən Mehdi, 3. nəşr, s. 147)

İndiki vaxtda tez-tez yeni və bilinməyən epidemiya xəstəliklər ortaya çıxa bilməkdədir. Son 20-30 il içində ən çox eşidilən epidemiya xəstəliklərindən bir neçəsi AİDS, Sarsıt, Ebola, Dəli dana və quş qripi kimi xəstəliklərdir. Bunların insanlar üçün nə qədər böyük təhlükə meydana gətirdikləri çox yaxşı bilinməkdədir.

58. İnsanların bir-birindən qaçması:    

“Ey Allahın elçisi, Ahlas fitnəsi nədir?” “Qaçışmaq  -yəni insanlar arasındakı həddindən artıq düşmənliklərdən ötəri bir-birlərinə etibar edə bilmədikləri üçün bir-birlərindən qaçışmaları- və insanların mallarının yağma edilməsidir,” buyurdu. (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 386, nömrə. 714)

Hədisdə, insanların etibarsızlıq və qorxu səbəbiylə bir-birlərindən qaçmalarına diqqət çəkilməkdədir. Bununla, yurdlarından köç etmək məcburiyyətində qalan insanlara işarə edilir olmasıdır. Həqiqətən də qarşıdurmalar səbəbiylə evlərini tərk edən, döyüşlər üzündən torpaqlarından çıxarılan insanların sayı 20-ci əsrin başlarından etibarən böyük artmışdır.
Xüsusuilə son 20-30 ildə bu artım diqqət çəkici bir rəqəmə çatmışdır. 2001 ili etibarilə təxminən 23 milyon olan dünyadakı mühacir sayı, 2002-ci ildə az qala 30 milyona yaxınlaşmışdır.

59. “Yaxşılığı əmr edib, pislikdən çəkindirmək” ibadətinin tərk edilməsi:

Yaxşılıq tərk edilib əmr edilmədiyində, pislik işlənildiyində, qiyamət yaxınlaşmış olacaq. (Ölüm Qiyamət və Diriliş, s. 480)

Qiyamət yaxınlaşar, xeyirli işlər azalar. (Qiyamət Əlamətləri, s. 264)

60. Aclıq və kasıblığın artması:

Aclıq və həyat bahalığı çox yayılacaq. (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, İmam Şarani, s. 440)

Kasıblar çoxalacaq. (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 455)

Dəccalın zühurundan üç il əvvəl, son dərəcə böhranlı günlər olacaq, aclıq hökm sürəcək. (Qiyamət Əlamətləri, s. 220)

Bu gün dünyanın dörd bir tərəfində yeməkdən  və içkidən məhrum, sağlamlıqsız şərtlər altında yaşayan, sığınacaq bir yer tapa bilməyən insanlar var. Bu vəziyyət Afrika, Asiya, Cənubi Amerika başda olmaq üzrə Amerika və Avropa ölkələrində də sıx olaraq davam etməkdədir. İnsanların kiçik bir hissəsi çox böyük bir rəfah içində yaşayarkən, 2  milyarda yaxın insan aclıq içində yaşamaqdadır. Birləşmiş Millətlər qaynaqları göstərməkdədir ki 1960-cı ildə dünya əhalisinin ən kasıb %20-i ilə ən zəngin %20-i arasındakı gəlir nisbəti 1-ə 30 ikən, 1995-də 1-ə 82 olmuşdur. İctimai ədalətdəki çöküşə bir nümunə də dünyanın ən zəngin 225 şəxsin sərvətinin dünya əhalisinin %47-nin illik gəlirinə bərabər hala gəlməsidir.

61. Zəkatın tərk edilməsi:

Zəkatı cəza kimi alındığı zaman. (Tirmizi, Fitən: 39, 2211)

O zaman zəkat, cəza olaraq və xərac da, qənimət olaraq məcbur alınacaq. (Fəraidu Fəvaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar; Gözlənilən Mehdi, 3. nəşr, s. 146-147)

Kasıbların və ehtiyac içində olanların qorunub gözlənilməsi din əxlaqının gərəklərindən biridir. Allah iman edənlərə, ehtiyac içində olanlara sədəqə verməyi, onların ehtiyaclarını qarşılayıb aradan qaldırmağı və onları qorumağı əmr etmişdir. Din əxlaqının yaşandığı cəmiyyətlərdə, bu əxlaqın gərəyi olan ictimai köməkləşmə yaşandığı üçün kasıblıq problemi təbii olaraq ortadan qalxar. Axır zamanda isə insanların din əxlaqından uzaqlaşmalarının nəticələrindən biri olaraq, zəkat və sədəqə vermək az qala tamamilə ortadan qalxar.

62. Cinayətlərin çoxalması:

... Cinayətlər çoxalmadıqca qiyamət qopmaz. (Buxari, İbni Macə, Qiyamət Əlamətləri, s. 108)

... İnsanlar elə günlər görəcək ki, qatil nə üçün öldürdüyünü, ölən də nə üçün öldürüldüyünü bilməyəcək. (Müslim, Fitən: 56, (2908))

... Fitnələr, qorxulu vəziyyətlər və cinayətlər görülməsi. (Kitabul Burhan fi Əlamət-əl Mehdiyy-il Axır Zaman, s. 39)

63. İntihar hadisələrinin artması:

İnsanlar öz canlarına qıyarlar və dünyanı bəlalar örtər. (Ölüm-Qiyamət-Axirət və Axır Zaman Əlamətləri, s. 482, nömrə. 901; Kitabın Nihayə, İbn Kəsir, 1/131)

64. Əxlaqsızlığın olması:

Rəsulullah (s.ə.s.) (bir gün): “Gəncləriniz fısqa düşdüyü zaman halınız nə olar?” deyə soruşmuşdu. (Kutubu Sittə, hədis nömrə: 4752; Heysəmi, Məcmaus-Zəvaid də qeyd etmişdir (7, 281))

Fahişəlik açıq olmadan... qiyamət qopmaz. (ramıq-Əl Hədis, 91/7)

İnsanlar üzərinə elə bir zaman gəlir ki, onların üzləri insan üzü, ürəkləri şeytan ürəyidir. Qan tökücüdürlər, çirkin hərəkətlərdən qaçmazlar. Əgər sən onlara tabe olsan səni güdərlər. Əgər sən onlara etibar etsən, sənə xəyanət edərlər. Onların uşaqları əxlaqsız, gəncləri arsız olar. Yaşlıları isə bilinəni (yaxşlığı) əmr etməz, münkəri (pisliyi) nəhy etməz (çəkindirməz) olar. (Hatib; Gələcəyin Tarixi 1, s. 23)

65. Zinanın artması:

Zinanın çoxalması qiyamət əlamətlərindəndir. (Buxari, Təcrid: 1/16)

66. İqtisadiyyatda pozulma və ictimai ədalətsizliklər olması:

İnsanlar 95 ilə qədər malik olacaq, yəni işləri yaxşı gedəcək, 97 və ya 99-cu ildə mülkləri zail olacaq... (əl-Kavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Muntazar, s. 545)

Hədisdəki “95 il” şəklindəki ifadə ilə 1995-ci ilə diqqət çəkilir olması olacaq. 1995-ci il insanların nisbətən daha xöşbəxt bir həyat sürdükləri, həyat şərtlərinin çox çətinləşmədiyi bir dövrdür. Necə ki hədisdə bu il içində “işlərin yaxşı gedəcəyi” xəbər verilməkdədir. Yəni bu dövrdə insanlar həyatlarını gözəl yaşaya biləcək bir gəlirə sahibdirlər və hələ mülk əldə edə biləcək qədər zəngindirlər. Ancaq 1997-1999-cu illər iqtisadiyyatın çox pisləşdiyi, kasıblığın və yoxsulluğun artdığı bir dövrdür. Bu illər arsında malın və mülkün dəyəri qalmamışdır. Yaxın keçmişdə Argentina nümunəsində də (2001-ci ildə Argentina iqtisadiyyatı müflisləşmişdir) görüldüyü kimi hədisdə bildirilən bu hadisə reallaşmışdır.

Axır zamandakı iqtisadi vəziyyətlə əlaqədar verilən xəbərlərdən biri də, qazancın azalacaq olmasıdır:

Hər kəsin az qazancdan şikayətlənməsi... Pulları üçün zənginlərin hörmət görməsi... (Qiyamət Əlamətləri, s. 146)

Bazarın durğun olması, qazancların azalması... (Qiyamət Əlamətləri, s. 148)

Hədislərdə bildirildiyinə görə, axır zamanda iqtisadi pozulmalarla birlikdə ictimai ədalətsizliklər də yaşanacaq, milli sərvətlər bərabər olaraq paylanacaq:

“... On beş şeyi etməyə başlayınca ona böyük bəlanın gəlməsi vacib olar!” buyurmuşlar. (Yanındakılar:) “Ey Allahın elçisi! Bunlar nələrdir?” deyə soruşdular. Allah Rəsulu saydı: “Qənimət (yəni milli sərvət, kasıblara çatmadan yalnız zəngin və mövqe sahibi kəslər arsında) tədavül edən (gəzən) bir əmtəə halına gəlirsə.” (Tirmizi, Fitən: 39, (2211))

Peyğəmbərimiz (s.ə.s.)in qiyamət əlaməti olaraq xəbər verdiyi bu vəziyyət indiki vaxtda dünya daxilində sıx olaraq yaşanmaqdadır. Bu gün dünyanın ən zəngin insanları dünyadakı zənginliklərin böyük bir qismini idarələri altında saxlarkən, milyardlarla insan da kasıblıq və aclıq içində yaşamaqdadır. Yalnız Afrika qitəsindəki milyonlarla insanın yaşadığı aclıq və səfalət bütün dünyanın gözləri qarşısındadır.

67. İctimai pozulmaların olması:

“... İnsanların ixtilaf və sarsıntılar içində olduqları zaman...” (ramıq-Əl Hədis, 7/7)

İctimai korlanmanın ən təəccüblü göstəricilərindən biri də qanunlara zidd davranışlardakı böyük artımdır. Cinayət nisbətlərindəki artım son dərəcə böyük ölçülərə çatmışdır. Birləşmiş Millətlər Beynəlxalq Cinayət Tədbir Mərkəzinin hazırladığı “Universal Cinayət və Ədalət Hesabatı “ bütün dünya ölkələrini əhatə edən bu ümumiləşdirmələri ehtiva etməkdədir:
-Təxmini olaraq, cinayət nisbətləri 1980-də olduğu kimi, 1990-cı ildə yüksəlməyə davam etməkdədir. Dünyanın hara olursa olsun, beş illik bir periyotta, böyük şəhərlərin sakinlərinin üçdə ikisi ən az bir dəfə cinayət sayılan hərəkətlərin hədəfi olmaqdadır.
-Universal olaraq ciddi cinayətlər hədəf olma ehtimalı (soyğun, cinsi cinayətlər, hücum) beşdə birdir.
-Bölgə ayrı-seçkiliyi olmadan, gənclər kateqoriyasındakı mülkiyyətə istiqamətli cinayətlər və şiddət cinayətlər hər ikisi də iqtisadi problemlər ilə əlaqədardır.
-Son illərdə qeyri-qanuni narkotik maddə növləri artmış və xüsusiyyət olaraq da növlərə ayrılmışdır.
68. Ömürlərin uzanması:

Onun zamanında... ömürlər uzanacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Muntazar, s. 43)

Qeydlər, ortalama həyat müddətinin içində olduğumuz əsrdə digər bütün dövrlərdən daha çox olduğunu açıqca ortaya qoymaqdadır. Hətta 20-ci əsrin başları ilə sonları arasında da böyük bir fərq vardır. Məsələn 1995-ci ildə doğulmuş olan bir uşağın 1900-cu illərdə doğulmuş birinə görə ortalama 35 il daha uzun yaşayacağı təxmin edilməkdədir.
69. Çöllərin yaşıllaşdırılması:

Ərəbistanda da çaylar və bağçalar meydana gəlmədikcə qiyamət qopmaz. (Əhməd b. Hənbəl, Müsnəd, 17/22, hədis nömrə: 8819)

İndiki vaxtda suyun səmərəsiz səhra torpaqlarına qədər çatdırılmasıyla, ən quraq torpaqlarda belə istehsal edilə bilməkdədir. Bunun  üçün üzərində çalışılan texnologiyalardan biri kompüter idarəsində edilən sulamadı. Bu texnologiyayla su axışı bitkilərin kök bölgələrinə istiqamətləndirilməkdə, tək bir damla suyun belə israf edilməsinə maneə törədilməkdədir. Hər cür suyun təmizlənərək istifadəyə keçirilməsi də çöl əkinçiliyində çox əhəmiyyətli bir məsələdir. Bunun üçün sel və dəniz sularının çox sürətli bir şəkildə istifadəyə keçirilməsi də əkinçilik texnologiyasının təməlini meydana gətirməkdədir. Bu şəkildə çox geniş bir su qaynağı təmin edilmiş olacaq və ölkə iqtisadiyyatlarına böyük bir dəstək təmin ediləcək. Peyğəmbərimiz (s.ə.s.), hədislərində suyun məhsuldar şəkildə istifadə edilməsinə də işarə etmişdir.

... ümmətin gərək yaxşıları və gərəksə də pisləri, misli əsla görülməmiş şəkildə, bir çox nemətlərə sahib olacaq. Çox yağış yağmasına baxmayaraq bir damlası belə boşa getməyəcək, torpaq bir tək toxum istəmədən məhsuldar və bərəkətli olacaq. (əl-Kavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Muntazar, s. 23)

70. Adamın qamçısının ucuyla və öz səsiylə danışması:

Adama qamçısının ucu danışmadıqca qiyamət qopmaz. (Ölüm, Qiyamət və Diriliş, s.471)

Qamçı bilindiyi kimi, köhnə əsrlərdə xüsusilə at, dəvə kimi minik heyvanlarını sürərkən geniş şəkildə isitifadə edilmiş bir vasitədir. Yuxarıdakı hədis araşdırıldığında Peyğəmbərimiz (s.ə.s.)in bu sözləriylə bir bənzətmə etdiyi aydın olmaqdadır. İndiki vaxtda “qamçının şəklinə bənzədə biləcəyimiz və danışan obyekt nədir?” deyə soruşacaq olsaq, bu problemin ən məntiqli cavabı, antenaları ilə diqqət çəkən telsiz, cib telefonu və ya bənzəri ünsiyyət vasitələri olacaq. İrəli texnologiyanın məhsulu olan bu cihazlar sahib olduqları qamçıya bənzər antenalarla diqqət çəkməkdədirlər.

Adama (öz) səsi danışmadıqca... qiyamət qopmaz. (Ölüm, Qiyamət və Diriliş, s. 471)

Şübhəsiz insanın öz səsini eşidə bilməsi üçün əvvəlcə səsini qeyd etməsi və sonra da dinləməsi lazımdır. Səs qeyd və reproduksiya texnologiyası da 20-ci əsrin məhsullarındandır. Bu inkişaf elmi bir dönüş nöqtəsi olmuş, xəbərləşmə və media sektorlarının doğulmasına gətirib çıxarmışdır. Səs qeydi xüsusiylə kompüter və lazer texnologiyalarındakı son inkişaflarla mükəmmələ çatmış vəziyyətdədir.

Qısacası, günümüzün elektronik alətləri, mikrafonları və dinamikləri səsin yazılması və dinlənməsinə imkan təmin etməkdə və bizlərə yuxarıdakı hədisin verdiyi xəbərin təcəlli etdiyini göstərməkdədir.

0 коммент.:

Отправить комментарий