Allahın Hakimiyyət Vədində Ölçü Saf İrq Deyil, Saf İmandır

Bir qisim Yəhudilər, Tövratda hakimiyyətlə əlaqədar bəhs olunan birliyin, Yəhudi irqi olduğunu iddia edirlər. Ancaq axır zamanda reallaşacaq olan haqq din əxlaqının hakimiyyəti, nəsil üstünlüyündə deyil; iman və əxlaq üstünlüyü ilə olacaq.
Hazırkı dövrdə Yəhudilərin böyük qisminin belə bir iman bütünlüyünə sahib olmadığı, din əxlaqını dünyaya hakim edəcək əxlaq üstünlüyünü göstərmədikləri görünür. (İçlərindən Allaha səmimi iman edənlərdən başqa.) Bu, şəxsən dindar Yəhudilər tərəfindən də qəbul edilmir, hətta tənqid olunur və qınanır. Açıqdır ki, Tövratda bəhs edilən və hakimiyyət vəd edilən birliyin xüsusiyyətlərinə kim sahibsə, Allah, din əxlaqının hakimiyyətinə onları vəsilə edəcək. Digər bir deyişlə din əxlaqını hakim edəcək olanlar; səmimi olaraq iman edən, Allaha hörmətli bir qorxuyla bağlı, Allahın bildirdiyi əxlaqı qoruyan, könüldən təslim olmuş, şəfqəti, mərhəməti və sevgini yaşayan möminlərdir. Hakimiyyət, bir cəmiyyətə və ya bir irqə deyil, səmimi möminlərə vəd edilmiş bir müjdədir.

Bir adamın yalnız Yəhudi qövmündən olduğu üçün özünə hakimiyyət vəd edildiyini düşünməsi isə, çox böyük bir yanlışlıq olacaq. Əhəmiyyətli olan bir kimsənin Yəhudi olub olmaması deyil; Allaha, din əxlaqına və peyğambərlərə olan bağlılığı, sədaqəti, itaəti və təslimiyyətidir. Bir adam, Allahın varlığını qəbul etmirsə, ya da Allahın qüdrətini gərəyi kimi təqdir edə bilmirsə; dinə inanmır və ya din əxlaqını tam mənasıyla yaşamırsa; peyğəmbərlərə inanıb onların mübarək sünnələrini davam etdirmirsə; bu adamın hansı irqə və ya nəslə mənsub olduğunun bir mənası yoxdur. Allaha inanmayan, Ona könüldən təslim olmayan bir kimsənin, Hz. İbrahimin, Hz. Yaqubun, Hz. Musanın nəslindən olması bir məna kəsb etməz; çünki bu adam nəslindən gəldiyi mübarək peyğəmbərləri rədd etmiş bir adamdır. Bir kimsənin iman sahibi olmadan, yalnız Peyğəmbərlər nəslindən gəlməsi, o adamı mübarək bir insan etməz. Hz. İbrahimi, Hz.İshaqı, Hz. Yaqubu, Hz. Musanı qəbul etməyən, Allahı sevməyən, Allahdan qorxmayan bir adamın hansı nəsildən gəldiyinin Allah qatında bir əhəmiyyəti yoxdur. Allah Quranda, insanı qiymətli edən tək ölçünün, təqva olduğunu bildirmişdir:

Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. (Hucurat Surəsi, 13)

Bir başqa ayədə isə, təqva sahibləri üçün belə bir xəbər verilmişdir:

Bunlar (bu əhvalatlar) sənə vəhy etdiyimiz (vəhylə bildirdiyimiz) qeyb xəbərlərindəndir. Bundan qabaq onları nə sən, nə də ümmətin bilirdi. (Ya Peyğəmbərim! Müşriklərin və kafirlərin əzab-əziyyətinə) səbr et. Həqiqətən, (gözəl) aqibət müttəqilərindir! (Hud Surəsi, 49)

Təqva sahibi olanlar, Allah yolunda səmimi səy göstərərək nəticəsini Allahdan ümid edən, Allahın razılığı xaricində bir qarşılıq gözləməyən, canını və malını Allaha satmış, Allahdan şiddətlə qorxan və Allahı eşqlə sevən kimsələrdir. Haqq din əxlaqının hakimiyyəti üçün Allahın varisləri də onlardır.

Nəticə olaraq, Allahın hakimiyyət vəd etməsindəki əsl ölçü səmimi imandır. Tövratdakı hakimiyyət izahlarıyla nəzərdə tutulan, yalnız müəyyən bir qövmdən olmaq deyil. Müsəlman olan –yəni Allaha təslim olmuş- və Allaha şirk qoşmadan, səmimi inanan kim isə, Tövratda bəhs edilən İsrailoğulları qövmü də odur. Digər bir deyişlə “İsrailoğulları”, “Müsəlman (Allaha təslim olmuş)” olmanın bir digər adıdır. Allahın seçib hakimiyyət vəd etdiyi birlik, Nur Surəsi 55-ci ayədə bildirildiyi kimi, bu xüsusiyyətlərə sahib olacaq:

Allaha iman etmək,
Saleh əməllər işləmək,
Yalnız Allaha ibadət etmək,
Allaha heç bir şeyi ortaq qoşmamaq.

Allahın vəd etdiyi hakimiyyət belə bir birliyə aiddir. Yoxsa İsrailoğulları nəslindən olub, dindar olmayan bir qövmün dünyaya hakim olması gözlənilə bilməz.

Digər tərəfdən şərt olaraq saf irq axtarılması da, məqbul bir iddia deyil. Çünki tarix boyunca bir-birinə çox yaxın məkanlarda yaşayan nəsillərin, kəskin bir şəkildə, bir-birlərinə qarışmadan davam etmələri mümkün deyil. Bu səbəbdən Hz. İbrahimin oğulları olan Hz. İshaq və Hz. İsmailin nəsillərinin qarışmaması da imkansızdır. Nəzərdə tutulanın nəsil deyil, əqidə birliyi olduğu açıqdır.

Necə ki, Tövratın Yaradılış hissəsində, Hz. İshaqın oğlunun Hz. İsmailin qızı ilə evləndiyi bildirilir. (Yaradılış, 28:7-10) Tövratda bildirilən bu hal, nəsillərin daha əvvəldən qarışa bildiyinə açıq bir nümunədir. Qaldı ki, yaxın bölgələrdə yaşayan Hz. İshaq və Hz. İsmailin nəsilləri, Hz. İbrahimin oğulları olaraq hər cəhətdən qohumdurlar. Bu vəziyyətdə, Hz. İshaqın nəslinin heç bir qarışıqlıq olmadan bu günə qədər gəldiyi, Yəhudilərin də bu “saf” irqdən olduqları iddia edilə bilməz. Bu səbəbdən, din əxlaqını hakim edəcəyi xəbər verilən birlik hər hansı bir nəsil və ya irq deyil, Hz. İbrahimin haqq dinini, günümüzdəki adıyla “İslam” əxlaqını hakim edəcək olan birlikdir.

Həmçinin Quranda Allah, bütün elçilərin tək bir nəsil olduqlarını bildirir.

Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər (məxluqat, insanlar, bəşər övladı) üzərində seçilmiş (üstün) etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!  (Al-İmran Surəsi, 33-34)

Allah, Ənam Surəsində də bir-birlərinin nəslindən gələn elçilərdən bəhs etməkdədir:

 İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır! Bu bizim İbrahimə öz tayfasına qarşı verdiyimiz dəlildir. Biz istədiyimiz şəxsi dərəcə-dərəcə yüksəldərik. Şübhəsiz ki, Rəbbin hikmət sahibi, elm sahibidir. Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə (peyğəmbərliyə) çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri (yaxşılıq edənləri) belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi. Biz, həmçinin İsmaili, Əlyəsəi, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik.  (Ənam Surəsi, 82-87)

Bütün peyğəmbərlər bir-birinin nəslindən gəlir. Hz. Yaqubun, Hz. Süleymanın və ya Hz. Davudun nəslindən bəhs edilərkən, Hz. İbrahimin nəsli nəzərdə tutulur və hakimiyyət peyğəmbərlər nəsli olan Hz. İbrahimə vəd edilir. Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.) də bu mübarək nəsildəndir. Hz. Mehdi də hədislərdə ifadə edildiyinə görə, bu nəsildən gəlir. Xalq arasında bu nəsildən gələnlərə “seyid” deyilir. Hz. Mehdi də seyid olacaq. Peyğəmbərimizin (s.ə.s.) hədislərində mövzu ilə əlaqədar belə bildirilir:

Qiyamətin qopması üçün zamanda yalnız bir gün belə qalmış olsa, Allah mənim Əhli Beytimdən (nəslimdən) bir şəxsi (Hz. Mehdini) göndərəcək. (Sünən Əbu Davud, 5/92)

Mənim Əhli Beytimdən bir şəxs (Hz. Mehdi) bütün dünyaya hakim olana qədər günlər və gecələr bitməz. (ən-Nəcmus Sakıb, Ukayli)

0 коммент.:

Отправить комментарий