Hz. İbrahimin Hənif Dininə tabe olmaq

Müsəlmanlar və Kitab Əhli –Yəhudilər və Xristianlar- fərqli şəriətlərə malikdir. Ancaq istər Yəhudi və Xristianlardan, istərsə də Müsəlmanlardan səmimi olaraq iman edənlər, eyni təməl dəyərlərə görə yaşayarlar: Allaha qəti imanla iman etmək; Allaha heç bir şeyi şərik qoşmamaq; Allahın razılığı, rəhməti və cənnəti üçün yaşamaq. Bütün cəmiyyətlər Allahın özlərinə əmr etdiklərini əskiksiz olaraq yerinə yetirməklə və Allah rızası üçün Rəbbimizə könüldən təslim olub xeyir işlərində yarışmaqla məsuldurlar. Allahın varlığına və birliyinə inanan, axirətə qəti iman edən və saleh əməllər işləyən hər üç İlahi dinin mənsubları da, əslində Rəbbimizin Hz. İbrahimə endirmiş olduğu haqq dinə tabedirlər.

Hz. İbrahim, Allahın özünü dost seçdiyi mübarək və seçmə peyğəmbərlərdən biridir. Göndərildiyi cəmiyyəti, Allaha şirkdən uzaqlaşdıraraq, Bir və Tək olan Rəbbimizə iman etməyə dəvət etmiş; səmimiyyət və gözəl əxlaqı ilə bütün iman edənlərə nümunə olmuş, saleh bir quldur. Quranda Allah iman edənlərə, Hz. İbrahim kimi könüldən təslim olub yalnız Özünə iman etmələrini bildirmişdir:

Yaxşı əməl sahibi olun ozünü Allaha təslim edən, İbrahimin hənif millətinə (dininə) tabe olan şəxsdən din etibarilə daha gözəl kim ola bilər? Həqiqətən, Allah İbrahimi (Özünə) dost tutmuşdur! (Nisa Surəsi, 125)

Quranda Hz. İbrahimin dininin “hənif” din olduğu bildirilir. Hənif sözü, “Allahın əmrinə təslim olub, Allahın dinindən heç bir mövzuda dönməyən, ixlaslı adam” mənasındadır. Bir ayədə Rəbbimiz, Peyğəmbərimiz Hz. Məhəmmədə (s.ə.s.), Hz. İbrahimin hənif dininə tabe olmasını belə bildirmişdir:

Sonra (Ya Rəsulum!) sənə: "Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!" - deyə vəhy etdik. (Nəhl Surəsi, 123)ik

Hz. İbrahimdən sonra oğulları, nəvələri və onun nəslindən olan digər saleh möminlər, Allahın Hz. Ibrahimə vəhy etdiyi haqq dinə tabe olaraq yaşamışlar. Bu həqiqət Quran ayələrində bu şəkildə bildirilir:

 (Ya Rəsulum!) Özünü səfehliyə qoyanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, Biz onu dünyada (peyğəmbərlik və Kəbəni təmir etmə üçün) seçdik. Şübhə yoxdur ki, o, axirətdə də əməlisaleh olanlardandır. Rəbbi İbrahimə : "(Əmrimə) təslim ol!" - dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)!" - deyə cavab vermişdi. İbrahim və (sonra da) Yəqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib (hər biri dedi) : "Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün (belə bir) din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!" (Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" - deyə oğlanlarından soruşduğu zaman, onlar: "Sənin Allahına və ataların - İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)!"- dedilər.  (Bəqərə Surəsi, 130-133)

Yuxarıdakı ayələrdən də aydın olduğu kimi “Müsəlman” sözünün mənası  “Allaha təslim olan insan” deməkdir. Hz. İbrahimin “hənif” dini, Allaha təslim olan Yəhudilər, Xristianlar və Müsəlmanlar arasında ortaq bir sözdür. Hz. İbrahimə iman, ona duyulan sevgi və hörmət, Yəhudilər və Xristianlar üçün olduğu kimi, Müsəlmanlar üçün də son dərəcə əhəmiyyətlidir. Ancaq unutmamaq lazımdır ki, Allaha olan coşqulu imanı, dərin sevgisi, Rəbbimizin bütün əmrlərinə könüldən boyun əyişi, itaəti və üstün əxlaqı ilə bütün inananlara nümunə olmuş olan Hz. İbrahimə ən yaxın olanlar, heç şübhəsiz, ona və təbliğ etdiyi əxlaqa tabe olanlardır. Rəbbimiz Quranda belə buyurur:

Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və ona iman gətirənlərdir. Allah möminlərin dostudur! (Al-İmran Surəsi, 68)

Bu səbəbdən Allaha könüldən iman edən Yəhudi və Xristianların, Hz. İbrahim və ona tabe olan saleh möminlər kimi, yalnız Allaha yönəlmələri; Hz. İbrahimin göstərdiyi gözəl əxlaqı, səmimiyyəti və dərinliyi nümunə götürmələri lazımdır. Şübhəsiz inananların peyğəmbərə olan sevgilərini, itaətlərini və yaxınlıqlarını göstərmələrinin ən gözəl yollarından biri, onlar kimi saleh olmaq üçün səy göstərməkdir. Müsəlmanlar isə, Rəbbimizin Quranda əmr etdiyi kimi, bütün peyğəmbərlərə endirilənlərə aralarında heç bir ayrı seçkilik etmədən iman edirlər.

(Ey möminlər, yəhudi və xaçpərəstlərin sizi öz dinlərinə dəvət etmələrinə cavab olaraq) belə deyin: "Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!" (Bəqərə Surəsi, 136)

Həmçinin bunu da xatırlatmaq lazımdır ki, tarix boyu bütün peyğəmbərlər Allah qatında haqq din olan tək bir din əxlaqını insanlara təbliğ etmişlər. Hz. İbrahim, Hz. Yaqub, Hz. Yusif, Hz. Musa, Hz. İsa, Hz. Nuh, Hz. Şüeyb və digər peyğəmbərlərin hamısı, insanları bir və tək olan Allaha şəriksiz olaraq iman etməyə, yalnız Onun razılığı üçün yaşamağa və Onun əmrlərini yerinə yetirməyə dəvət etmişlər. Bir ayədə belə deyilir:

(Ya Peyğəmbər!) Allah: "Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!" - deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin (tövhid dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər! (Şura Surəsi, 13)

Göründüyü kimi, Yəhudilərə və Xristianlara –bəzi hökm fərqləri olmaqla birlikdə- endirilən din eynidir. Hər üç dinin mənsubları da, əslində Hz. İbrahimin nəvələridir. Yəhudi və Xristianlar da eyni ilə Müsəlmanlar kimi, heç şirk qoşmadan Hz. İbrahimin hənif (Tövhid: tək bir Allaha inanıb yalnız Ona qulluq etmək) olan dininə tabe olmaqla məsuldurlar. Bir Quran ayəsində Rəbbimiz, bütün iman edənlərə Hz. İbrahimin dininə tabe olmaqla məsul olduqlarını belə bildirir:

(Yəhudilər və xaçpərəstlər müsəlmanlara: ) "Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!" - deyirlər. (Ya Rəsulum!) Sən de: "Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik, çünki o, Allaha şərik qoşanlardan deyildi. (Bəqərə Surəsi, 135)

Yəhudi və Xristianların müqəddəs kitablarında yer alan bir çox ifadə, əmr və əxlaqi məsuliyyətlərin Qurani Kərim ilə son dərəcə eyni olması da əhəmiyyətli bir işarədir.

0 коммент.:

Отправить комментарий