Mehdinin (ə.s.) Çıxışı Bütün Müqəddəs Kitablarda Müjdələnir

Dünyanın sonundan əvvəlki dövr yəni “axır zaman”, Allahın bütün müqəddəs kitablarında bildirdiyi bir neçə əlamətləri ehtiva edir. Fitnə və qarışıqlığın ən çox yayıldığı, din əxlaqından uzaqlaşıldığı və qarışıq həyatın çox qabarıq şəkildə yaşandığı  bu xüsusi dövrdə, Rəbbimiz “hidayət verici” sifətiylə Hz. Mehdini göndərəcək. Allahın bu əhəmiyyətli vəzifə üçün göndərdiyi Hz. Mehdi, imanındakı səmimiyyət, güclü Allah sevgisi və qorxusu ilə bütün dünyanın hidayətinə vəsilə olacaq. Allahın istəməsiylə Hz. Mehdi, qədərində yazılı olan bu üstün vəzifədə mütləq  müvəffəqiyyətli olacaq və din əxlaqını bütün dünyada hakim edəcək.
 
Bu səbəblə Hz. Mehdinin zühuru, dünya tarixinin ən böyük hadisəsidir və bu böyük hadisəyə bütün  müqəddəs kitablarda işarə edilir. Hz. Mehdinin gəlişi, yalnız Peyğəmbər (s.ə.s.) zamanından bəri deyil; minlərlə ildən bəri bilinən və gözlənilən bir müjdədir. Peyğəmbərimizin (s.ə.s.) hədislərində, Hz. Mehdinin zühurunun, bütün Allahın vəhyi olan kitablarda xəbər verildiyi bildirilir:

Naim buyurdu ki: Mən Hz. Mehdini (ə.s.) Peyğəmbərlərin suhufunda (səhifələrdə; Adəm, Şit, İdris və İbrahim peyğəmbərlərə endirilən səhifə şəklindəki kitablarda) belə tapıram: “ Hz. Mehdinin (ə.s.) əməlində nə zülm, nə də eyib yoxdur.” (Kitabul Burhan Fi Əlamət- əl Mehdiyy-il Axır Zaman, s. 21)

Peyğəmbərlərə dair olan kitablarda, “Hz. Mehdinin (ə.s.) işi zülm və pislik deyil” şəklində işarə edilmişdir. (əl- Kavlul Müxtəsər Fi Əlamət-əl Mehdiyy-il Muntazar, s. 49)

İbni Münavi deyir ki: “ Danyal (ə.s.)in kitabında belə yazılıdır.” Hz. Mehdi (ə.s.) çıxacaq və Allahu Təala daha əvvəl fəsada düçar olanları və iman əhlini onunla qurtaracaq. Sünnələr onunla canlandırılacaq. (Bu hədis Kitab-ul Burhan Fi Əlamət- əl Mehdiyy-il Axır Zaman adlı kitabın Süleymaniyyə Kitab-xanasında olan əl yazılı bir nüsxəsində mövcuddur.)

Bu hədislərdən aydın olur ki; Mehdi mövzusu, bütün haqq dinlərin kitablarında yer  almışdır. Tövrat və İncildə də, Hz. Mehdinin gələcəyi, xüsusiyyətlərinin nə olacağı, fəaliyyətləri və vəsiləsiylə reallaşacaq din əxlaqının hakimiyyət dövrü, minlərlə il əvvəldən bildirilmişdir. Hər nə qədər hazırkı dövrdə təhrif olunmuş halları olsa da, Tövrat və İncilin pozulmadan qaldığına hüsn  zənn etdiyimiz hissələrinin, Quran ayələri və Peyğəmbərimizin (s.ə.s.) hədisləri ilə uyğun gəldiyini görürük.

Allahın vəhyi kitablarda, minlərlə il əvvəldən Hz. Mehdinin çıxışı ilə əlaqədar təriflərin olması, bu hadisənin çox əhəmiyyətli olduğunun bir başqa dəlilidir. Axır Zamanda, qiyamətə yaxın bu dövrdə, Allahın son xəbərləyicisi və müjdə verici olaraq göndərdiyi elçisi Hz. Mehdinin xüsusiyyətlərini və fəaliyyətlərini bilmək son dərəcə əhəmiyyətlidir. Həmçinin bu həyati mövzudan hər kəsi xəbərdar etmək və bu mübarək şəxsin mənəvi yardımçısı olmaq, bütün iman edənlərin üzərinə  düşən əhəmiyyətli bir məsuliyyətdir.

0 коммент.:

Отправить комментарий