MEHDİnin (ə.s.) YƏHUDİ QAYNAQLARINDA TƏSVİR EDİLƏN XÜSUSİYYƏTLƏRİ


Yəhudilikdə gəlməsi gözlənilən Mehdi, bütün dünyada sülhü bərqərar edəcək bir növ siyasi liderdir. Liderliyi ilə yanaşı, həmişə məqsədə uyğun qərarlar alan, ədalətli və doğru hakim olacaq; Allah qorxusu və sevgisinə görə üstün əxlaq nümunəsi olacaq. Yəhudilər, Hz. Mehdinin gələcəkdə dünyanı ədalətlə dolduracaq, təxribat töədən cəmiyyətləri təsirsiz hala gətirəcək və bütün millətlərin özünü izləyəcəyi bir qurtarıcı olmasından ötəri, ondan “Yaheb və ya Şaheb” (yenidən nizam verən) sifətiylə bəhs edirlər. Həmçinin yəhudilərə görə Hz. Mehdi, insanları təsiri altına salan şəxsiyyətə və ruh gözəlliyinə sahib olacaq; onları hikmətli sözləriylə imana yönəldəcək. Ancaq Allahın seçib dəstəklədiyi bu qul, qətiyyən fövqəlinsan bir varlıq olmayacaq; normal şəkildə doğulmuş bəşər olacaq. Yəhudi qaynaqlarına görə Mehdinin (ə.s.) xüsusiyyətlərindən bir qismi belədir:
1. Ədalət sahibi olması:
Davranışının təməli ədalət və sədaqət olacaq. (Yeşaya, 11:5)
... Krallığının məqsədi ədalətli olmaqdır... (Məzmurlar, 45:6-7)
... Muhakimə edərkən ədaləti axtaracaq... (Yeşaya, 16:5)
... (Mehdi) Ədalətlidir... (Zəkəriyya, 9:9)
... məmləkətdə düzgünlük və ədalətlə hökm edəcək. (Yeremya, 23:5)
... Xalqa ədalətli hakimlik etsin! (Məzmurlar, 72:3)
2. Məzlumun haqqını qoruması:
Məzlumlara haqqını versin; yoxsulların uşaqlarını qurtarsın... (Məzmurlar, 72:4)
... Məzlum qullarını ədalətli şəkildə muhakimə etsin! (Məzmurlar, 72:2)
Yoxsulları ədalətlə muhakimə edəcək... (Yeşaya, 11:4)
... yoxsullara müjdə çatdırmaq üçün... Ürəyi əzik olanların yaralarını sarımaq üçün; məhbuslara azadlığa buraxılacaqlarını, zindanlardan xilas olacaqlarını... elan etmək; yas tutanların hamısını ovundurmaq üçün.. (Yeşaya, 61:1-2)
3. Bütün dünyada ədaləti təmin etməsi:
... Ədaləti insanlara gətirəcək. (Yeşaya, 42:1)
Ədaləti sədaqətlə gətirəcək. Dünyada ədaləti təmin edənə qədər ümidini, cəsarətini itirməyəcək... (Yeşaya, 42:4)
Şərqdən ədaləti yayan, insanlara xidmət edən kimdir? Xalqları tabe edir, krallara baş əydirir... (Yeşaya, 41:2)
4. Dürüst və doğru olması:
Doğruluğu sevər, pislikdən nifrət edər... (Məzmurlar, 45:7)
... dünyada əzilənlər üçün dürüst qərar verəcək... (Yeşaya, 11:4)
... Ölkədə ədalətli və doğru olanı edəcək. (Yeremya, 33:15)
... doğru olanı etməkdə dürüst davranacaq. (Yeşaya, 16:5)
... (Mehdi) düzgünlüklə krallıq edəcək... (Yeşaya, 32:1)
Saleh və dürüst... (Mehdi) tərəfindən idarə olunacaq... (Maimonides, Mişna təfsiri, Sanhedrin 10:1)
5. Xilaskar xüsusiyyəti olması:
... (Mehdi) xilaskardır... (Zəkəriyya, 9:9)
... belə yazılmışdır, sən (Mehdi) bəlalara məruz qalanları qurtaracaqsan. (Talmud, Sanhedrin 98a)
6. Dünyaya təbliği ilə təsir etməsi:
... Dünyaya ağzının dəyənəyi ilə vuracaq* və pisi ağzının nəfəsi ilə öldürəcək. (Yeşaya, 11:4)
*Sözün digər mənası: Qüvvətlə təsir etmək.
... Onun adı Möcüzəvi nəsihətçi... olacaq. (Yeşaya, 9:6)
7. Ürəklərə təsir edən sözlər söyləməsi:
Oxların itidir, kral düşmənlərinin ürəyinə batar... (Məzmurlar, 45:5)
8. Bütün dünyanı Allaha yönəltməsi:
... bütün dünyanı Allaha birlikdə qulluq etmələri üçün islah edəcək, çünki belə yazılmışdır: “Bundan sonra xalqlara pislikdən uzaq bir danışıq dili verəcəyəm, beləcə hamısı Allaha qulluq etmək üçün yönələcəklər.” (Maimonides, Mişna Tora, Kralların qanunları, 11:4)
9. İnsanları ruhən təmizləməsi:
Onun gələcəyi günə kim dözə bilər? O meydana çıxınca kim dayana bilər? Çünki o, gümüşü əridib təmizləyən kimi davranacaq...  təmizləyib qızıl, gümüş təmizləyirmiş kimi təmizləyəcək. (Malaki, 3:2-3)
10. Şiddətə yönəlmədən iman gücü ilə müvəffəq olması:
“... Güclə qüvvətlə deyil, ancaq Mənim Ruhumla bacaraqsan” deyir. Belə deyir hər şeyə Rəbb. (Zəkəriyya, 4:6)
11. Güc və iqtidar sahibi olması:
... güclü bir kral (Mehdi) çıxaracağam,... nəslini işıq olaraq davam etdirəcəyəm... (Məzmurlar, 132:17-18)
... Uca olanın inayəti ilə sarsılmaz. (Məzmurlar, 21:1-7)
... (Rəbb Mehdiyə) qüvvət verəcək və ... (Mehdinin) qüvvətini yüksəldəcək. (Samuel, 2:10)
... Rəhbərlik onun çiyinlərində olacaq... (Yəşaya, 9:6)
12. Siyasi lider olması:
... (Mehdi) möhtəşəm bir kral olacaq... (Maimonides, Mişna Təfsiri, Sanhedrin 10:1)
Və millətlər arasında hökm edəcək və bir çox qövmlər haqqında qərar verəcək... (Yeşaya, 2:4)
... Bütün xalqlar və hər dildən insan ona xidmət etdi... (Daniel, 7:14)
... bütün xalqlar ona xidmət edib sözünü dinləyəcək. (Daniel, 7:27)
13. Millətlərin öz razılıqları ilə ona tabe olmaları:
Və sənin işığına millətlər və sənə doğan günün parlaqlığına krallar gələcəklər. (Yeşaya, 60:3)
... Xalqlara bayraq olacaq, xalqlar ona yönələcək... (Yeşaya, 11:10)
... Bütün millətlər onu dinləməyə gələcək... (Maimonides, Mişna Tora, Tövbə 9:2)
... Sahil xalqları onun qanununa ümid bağlayacaq. (Yeşaya, 42:4)
14. Xalqların ondan razi olması:
... (Mehdinin) adı sonsuza qədər yaşasın, Günəş var olduqca adı var olsun, Onun vasitəsi ilə insanlar müqəddəs hesab edilsin, bütün xalqlar “O nə xoşbəxtdir” desin! (Məzmurlar, 72:17)
Onun (Mehdinin) doğruluğu və onun gətirəcəyi kəramətlər... bütün millətlərin ona xidmət etməsinə səbəb olacaq... (Maimonides, Mişna Təfsiri, Sanhedrin 10:1)
... Bütün xalqlar onun (Mehdinin) fövqəladə dindarlığı səbəbiylə, ona xidmət edəcəklər... (Maimonides, Mişna Təfsiri, Sanhedrin hissə 10)
... xalqlar ayaqlarının altına sərilər. (Məzmurlar, 45:5)
15. Hakimiyyət  sahibi olması:
Ona hakimlik, ucalıq və krallıq verildi... Hakimiyyəti heç bitməyəcək. Krallığı heç yıxılmayacaq bir krallıqdır. (Daniel, 7:14)
... onun hakimiyyəti bir dənizdən bir dənizə, Fəratdan dünyanın kənarlarına qədər uzanacaq. (Zəkəriyya, 9:10)
... (Mehdi) müdrik tərəfindən hakimiyyətinə davam edəcək... (Yeremya, 23:5)
Hakimiyyəti ədalətlə və düzgünlüklə quracaq və sonsuza qədər davam etdirəcək... (Yeşaya, 9:7)
... Düşmənlərini utanca bürüyəcəyəm, amma onun başındakı tac parıldayacaq. (Məzmurlar, 132:17-18)
Rəbb... (Mehdiyə) böyük zəfərlər nəsib edər... ( Samuel, 22:51)
... (Mehdinin) çıxışı və Davud krallığını keçmişin ehtişamına və başlanğıcındakı hakimiyyətinə yenidən qovuşduracağı əvvəldən təyin olunmuşdur... (Maimonides, Mişna Tora, Kralların Qanunları, 11:4)
16. Dünyanı olduğu yerdən idarə edəcək:
...(Mehdi) yalnız evindən hökmdarlıq edəcək... (Talmud, Sanhedrin 20b)
17. Dünyanı camaatı vasitəsi ilə idarə edəcək:
... (Mehdi) yalnız öz heyəti ilə hökmdarlıq edəcək... (Talmud, Sanhedrin 20b)
18. Dünya səviyyəsində sülhü təmin etməsi:
... (Mehdi) xalqlara sülhü gətirəcək ... (Zəkəriyya, 9:10)
Onun (Mehdinin) doğruluğu və onun gətirəcəyi kəramətlər, bütün insanların onunla sülh bağlamalarına... səbəb olacaq... (Maimonides, Mişna Təfsiri, Sanhedrin 10:1)
(Mehdi)... müharibələr olmayacaq və bir millət digər bir millətə qılınc qaldırmayacaq... (Maimonides, Mişna Təfsiri, Sanhedrin 10:1)
19. İzzət sahibi olması:
... Rəbbin izzəti sənin üzərinə doğuldu... İzzəti sənin üzərində görünəcək. (Yeşaya, 60:1-2)
... Sənin qurtarışınla izzəti böyükdür... (Məzmurlar, 21:1-7)
20. Allaha etibar etməsi:
21. Çox dindar olması:
... (Mehdinin) fövqəladə dindarlığı səbəbiylə... (Maimonides, Mişna Təfsiri, Sanhedrin hissə 10)
22. Allahın hər cəhətdən dəstəkləməsi:
Rəbbin Ruhu, müdriklik və anlayış ruhu, öyüd və güc ruhu, bilik və Rəbb qorxusu ruhu onun üzərində olacaq... (Yeşaya, 11:2)
Özünə dəstək olduğum, Könlümün məmnun olduğu seçdiyim qulum! Ruhumu onun üzərinə qoydum... (Yeşaya, 42:1)
Hakim Rəbbin Ruhu üzərimdəndir... (Yeşaya, 61:1)
23. Ağıllı olması:
... ağıllı davranacaq... (Yeremya, 23:5)
... (Mehdi), Süleymandan belə daha ağıllı olacaq... (Maimonides, Mişna Tora, Tövbə 9:2)
... Ağılda fövqəladə olan... (Mehdi) tərəfindən idarə olunacaq... (Maimonides, Mişna Təfsiri, Sanhedrin 10:1)
... (Mehdi) dövrü... yaxşılıq və ağılla hakim olacaq... (Maimonides, Mişna Təfsiri, Sanhedrin 10:1)
24. Allahın sevdiyi bir qulu olması:
(Mehdiyə)... sonsuza qədər sevgi göstərər. (2. Samuel, 22:51)
25. Allah qorxusu ilə dolu olması:
... Rəbb qorxusu onun üzərində olacaq. Rəbb qorxusu xoşuna gələcək... (Yeaya, 11:2-3)
Allahdan qorxan o adam kimidir?... (Məzmurlar, 25:12-14)
26. Allaha yaxın olması:
... Allaha yaxın olan... (Mehdi) tərəfindən idarə olunacaq... (Maimonides, Mişna Təfsiri, Sanhedrin 10:1)
27. Gözəl insan olması:
(Xalq Mehdini) bütün gözəlliyi ilə görəcək... (Yeşaya, 33:17)
Sən insanların ən gözəlisən... (Məzmurlar, 45:2)
28. Allahın nurunun üzərində olması:
Qalx, işıqlan, çünki işığın gəldi, və Rəbbin izzəti sənin üzərinə doğuldu... (Yeşaya: 60:1-2)
29. Hikmətli danışması:
... lütf saçılmış dodaqlarına... (Məzmurlar, 45:2)
30. İnsanları Allahın yoluna dəvət edib, öyrətməsi:
31. Allahın hökmləri üzərində dərin düşünməsi:
... zövqü Rəbbin şəriətindədir. Və gecə gündüz Onun şəriətini dərin dərin düşünər. (Məzmurlar, 1:2)
32. Heybət və görkəm sahibi olması:
... üzərinə cəlal qoydun... (Məzmurlar, 21:1-7)
33. Olduğu məkanın ehtişamlı olması:
... Qaldığı yer ehtişamlı olacaq. (Yeşaya, 11:10)
34. Təvazökar olması:
... O ədalətli qurtarıcı və təvazökardır... (Zəkəriyya, 9:9)
35. Allah rızasına görə hərəkət etməsi:
Və özüm üçün sadiq bir kahin (dini lider) çıxaracağam, o ürəyimdə və canımda olana görə edəcək... (1. Samuel, 2:35)
(Mehdi) çıxdığında... Allahın mübarizəsini davam etdirəcək... (Maimonides, Mişna Tora, Kralların Qanunları 11:4)
O sənin doğruluğunu işıq kimi, haqqını günorta günəşi kimi ortalığa çıxarar. Sənin ədalətini nur kimi  çölə çıxaracaq. (Məzmurlar, 37:6)
36. Zahirə görə deyil, Lədun elmiylə hökm edəcək:
... Gözüylə gördüyünə görə mühakimə etməyəcək, qulağıyla eşitdiyinə görə qərar verməyəcək. (Yeşaya, 11:3)
37. Şəfqət və mərhəmət sahibi olması:
... kömək istəyən yoxsulu, dayağı olmayan məzlumu o qurtarar. (Məzmurlar, 72:12)
Yoxsula, məzluma ağlayar, məzlumların canını qurtarar. (Məzmurlar, 72:13)
Təzyiqdən, zorbalıqdan azad edər onları, çünki onun gözündə onların qanı qiymətlidir. (Məzmurlar, 72:14)
Əzilmiş qamışı qırmayacaq, tüstüləyən fitili söndürməyəcək... (Yeşaya, 42:3)
38. Gözəl xasiyyətli olması:
Qışqırmayacaq və səsini yüksəltməyəcək və onu küçədə eşitdirməyəcək... (Yeşaya, 42:2)
Şiddətə yönəlmədiyi, ağzından hiyləli söz çıxmadığı halda... (Yeşaya, 53:9)
39. Cəsur olması:
Ey igid döyüşçü, tax qılıncını belinə, görkəminə, ucalığına bürün. (Məzmurlar, 45:3)
... Dünyada ədaləti təmin edənə qədər ümidini, cəsarətini itirməyəcək... (Yeşaya, 42:4)
40. Bərəkət verilmiş olması:
... dənizin bolluğu sənə çevriləcək, millətlərin zənginliyi sənə gələcək... qızıl və gümüş gətirəcəklər... (Yeşaya, 60:5-6)
O (Mehdi) Rəbbin qarşısında bir cücərti kimi, quraq yerdəki kök kimi böyüdü... (Yeşaya, 53:2)
41. Müjdə verən olması:
... O müjdələyici ki, sağlamlıq eşitdirir. Yaxşılıq müjdəsi gətirir, qurtuluş xəbəri verir... (Yeşaya, 52:7)
42. Allahın salam sifətinin təcəlli etməsi:
... Onun adı... Salamatlılıq Öndəri olacaq. (Yeşaya, 9:6)
... salamatlılığının böyüməsi sona çatmayacaq... (Yeşaya, 9:7)
43. İnsan surətində olması, insanoğlu ünvanını daşıması:
Gecənin birində insanoğluna bənzər birinin göyün buludlarıyla gəldiyini gördüm... (Daniel, 7:13)
... əgər o (Mehdi) (hazırkı dövrdə) yaşayanlardan çıxacaq isə, mənə (Haham Nahman) bənzər biri ola bilər; çünki belə yazılmışdır, onların zadəganları öz içlərindən çıxacaq və idarəçiləri öz aralarından gələcək... (Talmud, Sanhedrin 98b)
44. Möcüzə göstərmədən dünyaya hakim olması:
Bir kimsə... (Mehdinin) möcüzələr etməsi lazım olduğu, dünyaya yeni fövqəladəliklər gətirəcəyi, ölüləri dirildəcəyi və ya bənzər işlər edəcəyi fikrində olmamalı. Bu doğru deyil. (Maimonides, Mişna Tora, Kralların Qanunları 12:3)
... (Mehdi) dövründə təbiətdəki nizamın hər hansı bir ünsürünün etibarsız olacağı və ya yaradılışda bir dəyişiklik olacağı düşünülməməlidir. Daha doğrusu dünya öz nizamında davam edəcək. (Maimonides, Mişna Tora, Kralların Qanunları, 12:1)
(Mehdi) dövründə... dünyadakı həyatın və ya təbiət qanunlarının dəyişəcəyini düşünməyin. Dünya olduğu kimi davam edəcək... (Maimonides, Mişna Təfsiri, Sanhedrin 10:1)
45. Bütün dünyada tanınması:
(Mehdi) böyük şöhrət qazanacaq və onun şanı, bütpərəst millətlər arasında Kral Süleymandan daha çox olacaq... (Maimonides, Mişna Təfsiri, Sanhedrin 10:1)
46. Axır zamanda ortaya çıxması:
... (Mehdi) son jubiledə* gələcək... (Talmud, Sanhedrin 97b)
*Jubile: Yəhudi dinində əlli ildən bir  və borularla elan edilən bir mərasim. 
47. Birdən ortaya çıxması:
... (Mehdinin çıxışını hesablamaqla əlaqəli olaraq) onlara belə deyərdim:... Üç şey birdən ortaya çıxar. Məsih (Mehdi), tapılan bir əşya və bir əqrəb. (Talmud, Sanhedrin 97a)
... (Mehdi) unudulduğu bir anda gələcək. (Tamud, Sanhedrin 97a)
48. Allahın insanlara lütfü olması:
... (Mehdinin) xətri üçün. (Mehdinin) adı nədir? ... Onun adı Shiloh (göndərilmiş olan, Allahın hədiyyəsi)... Onun adı Yinnon (sonsuza qədər yaşayacaq olan)... Onun adı Haninah )inayət, lütf, Allah tərəfindən müqəddəs hesab edilmiş)... Onun adı Menahem (rahatlaşdırıcı, təsəlli edən)... Çünki Mənim ruhumu rahatlaşdıracaq olan Menahem (rahatlaşdırıcı)... Qətiyyətlə bizim ağrılarımıza dözdü və dərdlərimizi daşıdı... (Talmud, Sanhedrin 98b)
49. Əvvəllər dəyərinin bilinməməsi:
İnsanlar tərəfindən uzaqlaşdırıldı, tənha buraxıldı. Çətinliyə alışmış idi, xəstəliyi yaxından tanıdı. İnsanların üz çevirdiyi biri kimi tanındı, ona dəyər vermədik. (Yeşaya, 53:3)
50. Səbirli və təslimiyyətli olması:
O, təzyiqə məruz qalıb əziyyət çəksə də, ağzını açmadı... (Yeşaya, 53:7)
51. Camaatının əsas vəzifəsinin Allaha xidmət olması:
... sizə Rəbbin kahinləri (dini liderləri) deyiləcək; sizə Allahımızın xidmətçiləri deyiləcək... (Yeşaya, 61:6)
52. Camaatının imanda dərinləşməsi:
... sizə Rəbbin kahinləri (dini liderləri) deyiləcək... (Yeşaya, 61:6)

0 коммент.:

Отправить комментарий