Axır Zamanda Dünyaya Din Əxlaqı Hakim Olacaq

Allah Quranda haqq din olan İslam əxlaqını bütün dünyaya hakim edəcəyini, inanan qullarına güc və iqtidar verəcəyini vəd etmişdir. Allahın icazəsiylə gerçəkləşəcək olan bu vəd, Quranda belə bildirilir:
 
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur Surəsi, 55) 

Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur! (Saf Surəsi, 8-9)

 Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!  (Tövbə Surəsi, 32-33)

Quranda bildirildiyi kimi, İslam əxlaqının hakimiyyəti Allahın vədidir. Rəbbimiz bu vədini şübhəsiz yerinə yetirəcək. Dünyaya hakim olacağı bildirilən din əxlaqı, Rəbbimizin qatında haqq olan din əxlaqı olacaq. Bu dinin Hz. İbrahimin hənif olan dini, yəni İslam əxlaqı olduğu isə, son haqq kitab olan Quranda bu şəkildə bildirilmişdir:

Allah yanında (haqq olan) din, əlbəttə, islamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən itilafa (ayrılığa) başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir. (Ali-İmran Surəsi, 19)

Həmçinin Quranda, möminlərin bir lideri olduğu da bildirilir. Yaşadığımız bu dövrdə -axır zamanda- isə, Peyğəmbərimizin (s.ə.s.) mütəvatir hədislərində bildirildiyi kimi, İslam əxlaqının hakimiyyətində möminlərin lideri, “Hz. Mehdi” olacaq.

Bir çox hədisdə, Hz. Mehdinin adının Peyğəmbərimizin (s.ə.s.) adına “müvafiq” yəni “uyğun” olacağı da bildirilir. Bu hədislərdən bəziləri belədir:

Ey insanlar, şübhəsiz Allahu Təala sizə zalımları, münafiqləri və onlara tabe olanları əməllərindən daşınmağa çağırmış və sizə ümməti Məhəmmədin ən xeyirlisi olan və Məkkədə olan, adı Əhməd, atasının adı Abdullah olan Hz. Mehdini rəhbər etmişdir. Ona tabe olun. (əl-Kavlul Müxtəsər Fi Alamətil Mehdiyy-il Muntazar, s. 31)

Göydən belə bir səs eşidiləcək: “Ey insanlar artıq Allah cabbarları, münafiq və köməkçilərini sizdən uzaqlaşdırdı. Ümməti Məhəmmədin ən xeyirlisini sizə hakim gətirdi. Məkkədə ona qoşulun, O Mehdidir. Adı da Əhməd b. Abdullahdır”.

 Digər bir rəvayət: “Sizə Məhəmməd Ümmətinin ən xeyirlisi olan Cabiri təyin etdi. Məkkədə ona qoşulun, O Mehdidir. Adı Məhəmməd b. Abdullahdır!” (Qiyamət Əlamətləri, Mədinəli Allamə Məhəmməd b. Rəsul əl-Hüseyn əl Bərzənci, Pambıq Nəşriyyat, 8-ci nəşr, s. 165)

Peyğəmbərimizin (s.ə.s.) adı olan “Məhəmməd” və hədislərdə Mehdiyə işarə edən “Əhməd” adları, Ərəbcədə eyni kökdən gəlir: “Əhməd” daha çox təriflənməyə layiq,  ən çox mədh edilmiş olan mənasını verərkən; “Məhəmməd”  təkrar təkrar təriflənmiş, mədh edilmiş mənasını verən addır. Bu səbəbdən məna olaraq –hədislərdə ifadə edildiyi kimi- bir-birlərinə “müvafiq” yəni “uyğun”dur. Mövzuyla əlaqədar işarə mənada bir ayədə isə belə bildirilir:

“... məndən sonra adı Əhməd olan bir elçinin də müjdələyicisiyəm” demişdi... (Saff Surəsi, 6)


Yəhudi qaynaqlarında isə hakimiyyəti təmin edəcək bu şəxsə, “Məsih” (ya da Müqəddəs hesab edilmiş Kral) deyilir. Ancaq ən əhəmiyyətli olan, bu şəxsə nə ad verildiyi deyil. Bu mübarək adam fərqli şəkillərdə də adlandırıla bilər. Qəti olan, Allahın “İslam əxlaqının hakimiyyəti” vədinin gerçəkləşəcəyi və bu hadisəyə vəsilə olacaq xalis möminlərdən bir  birlik və onlara başçılıq edəcək mübarək bir şəxsin var olacağıdır.



0 коммент.:

Отправить комментарий