Tövratda Hakimiyyət Vəd Edilən Birliyin Xüsusiyyətləri

 Allah Yəhudiləri, haqq dinə sadiq qaldıqları, peyğəmbərlərə itaət etdikləri və yalnız Allaha könüldən iman etdikləri təqdirdə üstün edəcəyini bildirmişdir. Allahın hakimiyyət vəd etdiyi qullarının xüsusiyyətləri Tövratda belə bildirilir:
Tabe olmanız üçün sizə bildirdiyim bu əmrləri əskiksiz yerinə yetirər, Rəbbi sevər, yolunda gedər, Ona bağlı qalarsanız, sizdən daha böyük, daha güclü xalqların torpaqlarını əldə edəcəksiniz. Ayaq basacağınız hər yer sizin olacaq... (Qanunun Təkrarı, 11:22-24)
Allah İsrailoğullarına hakimiyyət üçün; Özünə bağlılığı, Allahın əmrlərini əskiksiz yerinə yetirməyi və Allah sevgisini şərt olaraq bildirmişdir. Tövratdakı bu hissənin  davamında isə, Yəhudilərə iki yol təqdim edildiyi; imanı seçsələr nemət, imandan üz çevirsələr bəla ilə qarşılaşacaqları belə bildirilir:

Və baxın, bu gün önünüzə müqəddəs hesab etməyi və lənəti qoyuram: Bu gün sizə bildirdiyim Allahınız Rəbbin buyruqlarına əməl etsəniz müqəddəs hesab ediləcəksiniz. Amma Allahınız Rəbbin buyruqlarını dinləməz, bilmədiyiniz başqa ilahların ardınca gedərək bu gün sizə buyurduğum yoldan çəkilsəniz, lənətə uğrayacaqsınız. (Qanunun Təkrarı, 11:26-28)

Hakimiyyət vəd edilən birliyin xüsusiyyətləri, digər Tövrat hissələrində belə bildirilir:

.. Allahın Rəbb, Allah Odur, Özünü sevənlər və əmirlərinə riayət edənlər üçün min nəslə qədər əhdi və inayəti qoruyan,... sadiq Allahdır... (Qanunların Təkrarı, 7: 9-10)

Allahınız Rəbbi sevin, sözünə tabe olub Ona bağlanın... söz verdiyi ölkədə uzun müddət yaşamanızı təmin edəcək. (Qanunların Təkrarı, 30:20)

Allahınız Rəbb əl atdığınız hər işdə sizi müvəffəq edəcək; çox sayda uşağınız olacaq, heyvanlarınızın balaları, torpağınızın məhsulu bol olacaq. Rəbb atalarınızdan necə razı qaldısa, sizdən də elə razı qalacaq və sizi müvəffəqiyyətli edəcək. Yetər ki, Allahınız Rəbbin sözünü dinləyin, bu Qanun kitabında yazılı buyruqlarına, qaydalarına tabe olun və bütün ürəyinizlə, bütün canınızla Ona dönün. (Qanunların Təkrarı, 30:9-10)

Tövratdan bir başqa hissədə isə, hakimiyyətin Allahdan qorxanlara vəd edildiyi bildirilir:

Rəbbdən qorxan o adam kimdir?... Canı salamat olacaq; onun nəsli dünyanın varisi olacaq. Rəbbin sirri ondan qorxanlara olacaq... (Məzmurlar, 25:12-14)

Yenə Tövratda Allaha təvəkkül edən (etibar edən), təvazökar olan, Allaha imandan həzz alan kəslərin, hakimiyyətə və Allahın nemətlərinə varis olduqları bildirilir:
Sən Rəbbə etibar et və yaxşılıq et... Rəbbdən zövq al, O sənin içindəki istəkləri yerinə yetirəcək. Hər şeyi Rəbbə burax, Ona etibar et... Rəbbə ümid bağlayanlar dünyanın varisi olacaqlar... təvazökarlar ölkəni miras alacaqlar, dərin bir hüzurun zövqünü dadacaqlar. (Məzmurlar, 37:3-11)

Əgər Allahın olan Rəbbin əmrlərinə tabe olsan və Onun yolunda getsən,... sizə söz verdiyi ölkədə bolluq içində yaşamanızı təmin edəcək: Rəbbinizin meyvəsi müqəddəs hesab ediləcək; heyvanlarınızın balaları, torpağınızın məhsulu bol olacaq. Rəbb ölkənizə yağışı vaxtında yağdırmaq və bütün əməyinizi məhsuldar etmək üçün, göylərdəki zəngin xəzinəsini açacaq. Bir çox xalqa borc verəcəksiniz; siz borc almayacaqsınız. Və əgər bu gün sənə əmr etməkdə olduğum Allahın olan Rəbbin əmrlərinə tabe olmaq üçün onları dinləsən və başqa ilahlara qulluq etmək üçün, onların ardınca getmək üzərə, bu gün sənə əmr etməkdə olduğum bütün sözlərdən sağa və sola dönməzsənsə, Rəbb səni quyruq deyil, baş edəcək və ancaq üstün olacaqsan. (Qanunun Təkrarı, 28:9-14)

Tövratda hakimiyyət vəd edilən birliyin xüsusiyyətləri toplu olaraq qiymətləndirildiyində, Allahın hakimiyyət nəsib edəcəyi kəslər bu xüsusiyyətlərə sahib olacaqlar:

-Allah yolunda yaşamaq
-Hər şeyiylə yalnız Allaha dönmək
-Allahın əmirlərini əskiksiz yerinə yetirmək
-Allahı sevmək
-Allahdan qorxmaq
-Allaha şirk qoşmamaq
-Allaha bağlı və sadiq olmaq
-Allaha etibar etmək
-Allaha imandan zövq almaq
-Yaxşılıq etmək
-Təvazökar olmaq
Tövratda bildirilən hakimiyyət, səmimi olaraq iman edənlərə müjdələnmiş olan haqq din əxlaqının hakimiyyətidir. Bu haqq din isə 

“Kim İslamdan başqa bir din axtarsa əsla ondan qəbul edilməz...” (al-İmran Surəsi, 85) 

ayəsində buyrulduğu kimi, Allah qatında İslamdır.

0 коммент.:

Отправить комментарий