Quranda Mehdinin (ə.s.) Gəlişinə və İslam Əxlaqının Hakimiyyətinə İşarələr


Quranda Hz. Mehdinin Gəlişinə İşarələr

Hz. Mehdi, Peyğəmbərimiz (s.ə.s.)in çox saydakı hədisində, adıyla, xüsusiyyətləriylə, köməkçiləriylə, dövrünün xüsusiyyətləriylə və edəcəyi işlərlə ətraflə olaraq təsvir edilmişdir. Peyğəmbərimizin (s.ə.s.) Hz. Mehdi haqqındakı tərifləri o qədər ətraflı və açıqdır ki, Hz. Mehdi ortaya çıxdığında özünü görənlər bu izahlardan dərhal tanıyacaqlar.

Bir ayədə, Kitab əhlinin Peyğəmbər Əfəndimizi (s.ə.s.) “uşaqlarını tanıyar kimi tanıyacaqları” bildirilir:

 Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir. (Bəqərə Surəsi, 146)

Bu ayə işari mənada, Hz. Mehdinin tanınmasına da işarə edir. Hz. Mehdi də ortaya çıxdığında insanlar, Peyğəmbərin (s.ə.s.) izahları ilə, onu uşaqlarını tanıyar kimi tanıyacaqlar. (Ən doğrusunu Allah bilir)

Quranda Hz. Mehdinin gəlişinə işarə edən ayələrdən birində, “Hz. Məhəmməd (s.ə.s.)dan sonra gələcək bir elçi”dən bəhs edilir.

Allah bu ayə ilə, özlərindən sonra gələcək olan bir elçiyə iman etmələri və ona kömək etmələri haqqında peyğəmbərlərdən qəti bir söz aldığını bildirmişdir:

 (Ey kitab əhli!) O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən: "Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz", - deyə əhd almış və onlara: "Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi? - demişdi. Onlar da: "Təsdiq etdik!" - deyə cavab vermişdilər. (Bu zaman) Allah: "Elə isə (bir-birinizə) şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm", - deyə buyurmuşdu! (Əl-İmran Surəsi, 81)

Bu ayədə bəhsi keçən, özlərindən söz alındığı bildirilən peyğəmbərlərin adları isə, bir başqa ayədə belə açıqlanmışdır:

 (Ya Rəsulum!) Xatırla ki, Biz bir zaman peyğəmbərlərdən əhd almışdıq: səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da! Biz onlardan möhkəm bir əhd almışdıq. (Əhzab Surəsi, 7)

Ayədə “Hz. Nuh, Hz. İbrahim, Hz. Musa və Hz. İsadan” və “Səndən” ifadəsiylə də “Hz. Məhəmməddən (s.ə.s.)” söz alındığı bildirilir.

Ayənin bu şərhi, “gələcəyi bildirilən bu elçinin Hz. Məhəmməd (s.ə.s.) olmadığını və bu adamın Peyğəmbərimizdən (s.ə.s.) sonra gələcək bir elçi olduğunu “ göstərir (Ən doğrusunu Allah bilir). Allahın Hz. Məhəmməddən (s.ə.s.)sonra gələcəyini xəbər verdiyi bu elçi, Peyğəmbərimizin (s.ə.s.) də hədislərində gəlişini müjdələdiyi “Hz. Mehdi” ola bilər (Ən doğrusunu Allah bilir).

Yuxarıda izah olunan Əhzab surəsinin 7-ci ayəsində Hz. İsadan da, gələcəyi müjdələnilən elçiyə kömək edəcəyi haqqında söz alındığının bildirilmiş olması, bu elçinin Hz. Mehdi ola biləcəyi haqqındakı qənaəti gücləndirir. Çünki bilindiyi kimi peyğəmbərimizin (s.ə.s.) hədislərində axır zamanda dünyaya yenidən gələcək olan Hz. İsanın, Hz. Mehdiyə tabe olacağı və ona dəstək olacağı bildirilir.

 Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!" Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: "Bu, açıq-aydın sehrdir!" - dedilər. (Səff Surəsi, 6)

Hz. İsa, özündən sonra gələcək olan bu elçinin adının “Əhməd” olacağını müjdələmişdir. Quranın toplusuna baxıldığında, ayələrdə Peyğəmbərimizdən (s.ə.s.) bəhs edilən ayələrdə “Məhəmməd” adının, ya da yalnız “Peyğəmbər” ifadəsinin istifadə edildiyi görünür. Quranın heç bir yerində Peyğəmbərimiz (s.ə.s.) üçün “Əhməd” adı istifadə edilməmişdir. Bu ad Quranda yalnız tək bir yerdə və gələcək bir elçinin müjdələndiyi bir ayədə keçir. Bu hal ayədə keçən, “Əhməd” adının, Peyğəmbərimizlə (s.ə.s.) yanaşı, axır zamanda gələcək olan Hz. Mehdiyə də işarə etdiyi qənaətini dəstəkləməkdədir (ən doğrusunu Allah bilir). Həmçinin  əvvəlki ayədə olduğu kimi, bu elçinin adına dair müjdəni də yenə Hz. İsanın vermiş olması da, bu istiqamətdəki işari mənanı qüvvətləndirən bir başqa dəlildir.

Peyğəmbərimiz (s.ə.s.) də hədislərində, Hz. Mehdinin adı haqqında bu məlumatları vermişdir:

... Sizə..., adı Əhməd, atasının adı Abdullah olan Hz. Mehdini başçı etmişdir. Ona qoşulun. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Mehdiyy-il Muntazar, s. 31)

... Ona qoşulun, o Mehdidir. Adı da Əhməd b. Abdullahdır... (Qiyamət əlamətləri, Mədinəli Allamə Məhəmməd b. Rəsul əl-Hüseyn Əl Bərzənci, Pambıq nəşriyyat, 8. nəşr, s. 165)

Əbu Davud ilə Tirmizinin İbn Məsud (ə.s.)dan nəql etdiklərinə görə, Allahın elçisi (s.ə.s.) belə buyurmuşdur: “Onun adı adıma, atasının adı da atamın adına uyğun olacaq...” (Qiyamət Əlamətləri, Genişlədilmiş 9. nəşr, s. 159-160)

0 коммент.:

Отправить комментарий