İncildə Mehdinin (ə.s.) Hakimiyyət Dövrü

Allahın, Quranda iman edənlərə vəd etdiyi islamın hakimiyyəti, Tövratda olduğu kimi İncildə də vardır. İbrahimi dinlərin müqəddəs kitablarında keçən bu vəd, Hz. İbrahimin nəslindən, Allaha şəriksiz olaraq iman edən, yalnız Onun razılığı üçün yaşayan və din əxlaqının bütün dünyaya yayılması üçün çalışan bir birliyə aiddir. Axır zamanda gələcək Hz. Mehdi və camaatı, Allahın icazəsiylə, bu vədin reallaşmasına vəsilə olacaq xalis möminlərdir. Allahın iman edənlərə bu vədi İncildə belə bildirilir:

Sizlər peyğəmbərlərin varisləri, Allahın atalarınızla etdiyi andlaşmanın varislərisiniz. Necə ki Allah İbrahimə belə demişdi: “Sənin nəslinin vasitəsiylə dünyada bütün xalqlar müqəddəs hesab ediləcək.” (Elçilərin İşləri, 3:25)

… İbrahimə və nəslinə dünyanın varisi olma vədi Müqəddəs Qanun yoluyla deyil, iman yoluyla verildi. (Romalılara Məktub, 4:13)

Axır zamanda Hz. Mehdinin çıxışından sonrakı hakimiyyət dövrünə aid, İncildəki izahatlardan bir qismi belədir:

1. Əlamətlər reallaşdiqda, hakimiyyətin yaxın olması:

İsa onlara bu bənzətməni izah etdi: “Əncir ağacına ya da hər hansı bir ağaca baxın. Bunların yarpaqlandığını gördüyünüz zaman, yaz mövsümünün çox yaxın olduğunu özlüyünüzdən anlarsınız. Eyni şəkildə, bu hadisələrin reallaşdığını gördüyünüzdə bilin ki, Allahın hakimiyyəti  yaxındır.” (Luka, 21:29-31)

İsa xalqa bunları da söylədi: “Qərbdə bir buludun yüksəldiyini görüncə siz dərhal, `Yağış  yağacaq` deyirsiniz, və elə olur. Yelin cənubdan əsdiyini görüncə, `Çox isti olacaq` deyirsiniz, və elə olur… Dünyanın və səmanın görünüşündən bir məna çıxara bilirsiniz də, hazırkı dövrün mənasını necə olur ki çıxara bilmirsiniz?” (Luka, 12:54-56)

2. Allaha imanın bütün dünyaya hakim olması:

İşıqlanmaq üçün şəhərin Günəş və Aya ehtiyacı yoxdur. Çünki Allahın görkəmi onu işıqlandırır… (Vəhy, 21:23)

Amma sonuna qədər dözən xilas olacaq. Göydəki azadlığın bu müjdəsi bütün xalqlara şahid olmaq üzrə dünyanın hər yerində eşitdiriləcək. O zaman son gələcəkdir. (Mat ta 24:13-14)

… “Qanunlarımı zehinlərinə yeridəcəyəm, ürəklərinə yazacağam… Heç kim yurddaşını, qardaşını, Rəbbi tanı deyə öyrətməyəcək. Çünki kiçik böyük hamısı tanıyacaq Məni.” (İbranilərə Məktub, 8:10-11)

Göydəki hakimiyyətin bu müjdəsi bütün xalqlara şahid olmaq üçün dünyanın hər yerində eşitdiriləcək… (Matta, 24:14)

Bundan sonra göyün ortasında uçan başqa bir mələk gördüm. Dünyada yaşayanlara –hər xalqa, hər oymağa, hər dilə- çatdırmaq üzrə sonsuzsa qədər qalıcı olan Müjdəni gətirdi. (Vəhy, 14:6)

… qulları Ona (Allaha) ibadət edəcək. (Vəhy, 22:3)

Ardından böyük bir kütlənin, gur gur axan suların, güclü göy guruldamalarının səsinə bənzər səslər eşitdim. “haleluya! (Rəbbi tərifləyin)” deyirdilər. “Çünki Hər şeyə gücü çatan Rəbb Allahımız hakimlik edir.” (Vəhy, 19:6)

3. Materialist fəlsəfənin süqutu:

O gün  maddi elementlər yanaraq yox olacaq, dünya və dünyada qurulmuş hər şey yanacaq… O gün maddi elementlər şiddətli alovla əriyəcək. (Petrusun 2-ci məktubu, 3:10-12)

4. İnkarçıların ağılsızlıqlarının ortaya çıxması:

… həqiqətə qarşı gəlirlər. Düşüncələri korlanmış, imanı olmayan insanlardır. Amma  irəli gedə bilməyəcəklər. Çünki… bunların da ağılsızlığını hər kəs açıqca görəcək. (Timoteosa 2-ci məktub, 3:8-9)

5. Dünyanı iman edənlərin idarə etməsi:

O zaman kral, sağındakı kəslərə, “Sizlər... (Allahın) müqəddəs hesab etdikləri, gəlin!” deyəcək. “Dünya qurulduğundan bəri sizin üçün hazırlanmış olan hakimiyyəti miras alın!” (Matta, 25:34)

Müqəddəslərin dünyanı mühakimə edəcəyini bilmirsinizmi?... (Korintoslulara 1-ci məktub, 6:2)

... Rəbb Allah onlara işıq verəcək və sonsuza qədər hakim edəcək. (Vəhy, 22:5)
Amma siz seçilmiş nəsil, Kralın kahinləri, müqəddəs xalq, Allahın öz xalqısınız. Sizi qaranlıqdan işığa çıxaran Allahın sözlərini eşitdirmək üçün seçildiniz. (Petrusa 1-ci Məktub, 2:9)

Allah, bu dünyada yoxsul olanları imanda zənginləşmək və Özünü sevənlərə vəd etdiyi hakimiyyətin varisləri olmaq üzrə seçmədimi? (Yaqubun məktubu, 2:5)

Onlar Allahın... kahinləri (din adamları) olacaq, Onunla birlikdə min il hakim olacaqlar. (Vəhy, 20:6)

6. Dünyada din əxlaqına əsaslanan yeni bir rəhbərlik sistemi olması:

... əvvəlki nizam ortadan qalxdı. (Vəhy, 21:4)

Taxtda oturan, “Hər şeyimlə məğlub oluram” dedi. Sonra, “Yaz!” deyə əlavə etdi, “Çünki bu sözlər etibarlı və həqiqətdir.” (Vəhy, 21:5)

... hər şeyin yenidən təşkil ediləcəyi zamana qədər... (Elçilərin İşləri, 3:21)

              7.Dünyaya sülh və ədalətin hakim olması:

... Sülh içində əkən sülh qurucuları, doğruluq məhsulunu biçərlər. (Yaqubun Məktubu, 3:18)

8.Böyük bir zənginliyin və görkəmin hakim olması:

    Xalqlar şəhərin işığında gedəcəklər. Dünya kralları sərvətlərini oraya gətirəcəklər. Şəhərin qapıları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq. Xalqların görkəmi və zənginliyi oraya daşınacaq. (Vəhy, 21:24-26)

9. Kədər və çətinliklərin sona çatması:

Qurtarıcımız tək Allah, sizi qoruyacaq, böyük sevinc içində ləkəsiz olaraq uca hüzuruna çıxaracaq gücdədir. (Yahudanın məktubu, 1:24)

Onların gözlərindən bütün yaşları siləcək. Artıq ölüm olmayacaq. Artıq nə yas, nə ağlamaq, nə də izdirab olacaq...” (Vəhy, 21:4)

Artıq heç bir lənət qalmayacaq... (Vəhy, 22:3)

Artıq gecə olmayacaq. Çıraq işığına da günəş işığına da ehtiyac olmayacaq... (Vəhy, 22:5)

... Allah gözlərindən bütün yaşları siləcək. (Vəhy, 7:17)

... “Hər şey yeniləndiyində... evlərini, qardaşlarını, ana ya da atasını, uşaqlarını ya da torpaqlarını buraxan hər kəs, bunların yüz qatını əldə edəcək...” (Matta, 19:28-29)

10. Allahın lütfu olaraq qurtuluş dövrü olması:

 “... Onun mərhəməti sayəsində, ucalardan doğan Günəş, qaranlıqda və ölümün kölgəsində yaşayanlara işıq saçmaq və ayaqlarımızı doğru yola yönəltmək üçün köməyimizə gələcəkdir.” (Luka, 1:78-79)

... Allahın bütün insanlara qurtuluş verən lütfu ortaya çıxmışdır... (Titosa Məktub, 2:11)

11. Dəccali sistemin qəti bir şəkildə ortadan qalxması:

Mələk əjdəhanı –İblis ya da şeytan deyilən köhnə ilanı- tutub min il üçün bağladı. (Vəhy, 20:2)

Min il tamamlana qədər xalqları bir daha azdırmasın deyə onu dibsiz dərinliklərə atdı, oraya bağlayıb girişi möhürlədi. Min il keçdikdən sonra qısa bir müddət üçün sərbəst buraxılması lazımdır. (Vəhy, 20:3)

12. Əxlaqsızlığın sona çatması:

Ora murdar heç bir şey, iyrənc və hiyləgər işlər görən heç kim əsla girməyəcək... (Vəhy, 21:27)

... dünyada pis arzuların gətirib çıxardığı korlanmadan xilas olmuş şəkildə, bu vədlər vasitəsi ilə Tanrılığa ortaq olasınız. (Petrusa 2-ci məktub, 1:4)

13. İnsanlar arasında gözəl əxlaqın yayılması:

Nə xosdur mülayim xasiyyətli olanlara! Çünki onlar dünyanı miras alacaqlar. (Matta, 5:5)

14. Qlobal istiləşməyə çarə tapılması:

... Nə günəş, nə qovurucu isti vuracaq onları. (Vəhy, 7:16)

15. Qıtlıq və quraqlığın sona çatması:

Artıq acmayacaq, artıq susamayacaqlar... (Vəhy, 7:16)

0 коммент.:

Отправить комментарий