İncildə Mehdi (ə.s.)in Çıxışından Əvvəlki Dövr
Hz. Mehdinin gələcəyi dövr olan axır zaman əlamətləri, İncildə bəzən açıq ifadələrlə, bəzən də işari izahlarla açıqlanmaqdadır. İncildəki bu ifadələrə baxıldığında, Hz. Mehdinin çıxışından əvvəlki bu dövrdə, əxlaqi və ictimai bir pozulma yaşanacağı, böyük döyüşlərin olacağı, dəhşət verən fəlakətlərin yaşanacağı, səmada fövqəladə hadisələrin meydana gələcəyi, insanların din əxlaqından uzaqlaşacaqları, ədalətsizlik və haqqsızlığın yayılacağı, səmimi olaraq iman edənlərin təzyiq görəcəyi, dinclik və təhlükəsizliyin yerini qarışıqlıq və narahatlığın götürəcəyi görülməkdədir.