Müsəlmanların Tövrat və İncilə Münasibətləriylə Əlaqədar Vacib izahlar

 Allah Quranda Müsəlmanların Peyğəmbərimiz Hz. Məhəmmədə (s.ə.s.) və ondan əvvəl göndərilmiş bütün peyğəmbərlərə və bu peyğəmbərlərə verilənlərə iman etdiklərini bildirir. Bəqərə surəsinin 4-cü ayəsində Rəbbimiz Müsəlmanlar üçün;

 “O kəslərki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar”
buyurur.

Read More......

Yaşadığımız Axır Zaman və Mehdi (ə.s.) Müjdəsi

Axır zaman, dünyanın son dövrlərini ifadə edən bir sözdür. İslam əqidəsinə görə, qiyamətdən əvvəlki bu son dövrdə insanlıq əvvəl böyük bir pozulma ilə qarşı qarşıya qalacaq. Haqsızlığın, zülmün, aclığın və yoxsulluğun, əxlaqi çöküntünün, müharibələrin və qarşıdurmaların, qarışıqlıq və anarxiyanın artdığı bu qaranlıq dövr, insanların din əxlaqına yönəlmələriylə sona çatacaq. Yoxsulluğun yerini bolluq, haqsızlığın və zülmün yerini ədalət və anlayış, anarxiya və qarışıqlığın yerini sülh və etibar alacaq; dünya tarixdə heç olmadığı qədər gözəllik və bərəkət içində olacaq.

Read More......

Mehdinin (ə.s.) Çıxışı Bütün Müqəddəs Kitablarda Müjdələnir

Dünyanın sonundan əvvəlki dövr yəni “axır zaman”, Allahın bütün müqəddəs kitablarında bildirdiyi bir neçə əlamətləri ehtiva edir. Fitnə və qarışıqlığın ən çox yayıldığı, din əxlaqından uzaqlaşıldığı və qarışıq həyatın çox qabarıq şəkildə yaşandığı  bu xüsusi dövrdə, Rəbbimiz “hidayət verici” sifətiylə Hz. Mehdini göndərəcək. Allahın bu əhəmiyyətli vəzifə üçün göndərdiyi Hz. Mehdi, imanındakı səmimiyyət, güclü Allah sevgisi və qorxusu ilə bütün dünyanın hidayətinə vəsilə olacaq. Allahın istəməsiylə Hz. Mehdi, qədərində yazılı olan bu üstün vəzifədə mütləq  müvəffəqiyyətli olacaq və din əxlaqını bütün dünyada hakim edəcək.

Read More......

Hz. İbrahimin Hənif Dininə tabe olmaq

Müsəlmanlar və Kitab Əhli –Yəhudilər və Xristianlar- fərqli şəriətlərə malikdir. Ancaq istər Yəhudi və Xristianlardan, istərsə də Müsəlmanlardan səmimi olaraq iman edənlər, eyni təməl dəyərlərə görə yaşayarlar: Allaha qəti imanla iman etmək; Allaha heç bir şeyi şərik qoşmamaq; Allahın razılığı, rəhməti və cənnəti üçün yaşamaq. Bütün cəmiyyətlər Allahın özlərinə əmr etdiklərini əskiksiz olaraq yerinə yetirməklə və Allah rızası üçün Rəbbimizə könüldən təslim olub xeyir işlərində yarışmaqla məsuldurlar. Allahın varlığına və birliyinə inanan, axirətə qəti iman edən və saleh əməllər işləyən hər üç İlahi dinin mənsubları da, əslində Rəbbimizin Hz. İbrahimə endirmiş olduğu haqq dinə tabedirlər.

Read More......

Axır Zamanda Dünyaya Din Əxlaqı Hakim Olacaq

Allah Quranda haqq din olan İslam əxlaqını bütün dünyaya hakim edəcəyini, inanan qullarına güc və iqtidar verəcəyini vəd etmişdir. Allahın icazəsiylə gerçəkləşəcək olan bu vəd, Quranda belə bildirilir:
 
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur Surəsi, 55) 

Read More......

Tövratda Hakimiyyət Vəd Edilən Birliyin Xüsusiyyətləri

 Allah Yəhudiləri, haqq dinə sadiq qaldıqları, peyğəmbərlərə itaət etdikləri və yalnız Allaha könüldən iman etdikləri təqdirdə üstün edəcəyini bildirmişdir. Allahın hakimiyyət vəd etdiyi qullarının xüsusiyyətləri Tövratda belə bildirilir:

Read More......

Tövratda İsrailoğulları Deyə Xitab Edilən Qövm Mehdi Camaatıdır

Axır zamanda gələcək Mehdinin (ə.s.) və camaatının xüsusiyyətləri, vəsilə olacaqları müjdəli dövr, İbrahimi dinlərin öz müqəddəs qaynaqlarında çox ətraflı təsvir edilir. Hikmətli bir şəkildə rəvayət olunan bütün bu təriflər, hər üç dində də bir-birinə uyğun gəlir. Bundan əsrlərlə əvvəl təsvir edilən bir mühitin, müasir dövrdə yüzlərlə dəlilə tam olaraq uyğun gəlməsi, Mehdinin (ə.s.) çıxışının çox yaxın olduğunu bizlərə göstərir.

Read More......

Allahın Hakimiyyət Vədində Ölçü Saf İrq Deyil, Saf İmandır

Bir qisim Yəhudilər, Tövratda hakimiyyətlə əlaqədar bəhs olunan birliyin, Yəhudi irqi olduğunu iddia edirlər. Ancaq axır zamanda reallaşacaq olan haqq din əxlaqının hakimiyyəti, nəsil üstünlüyündə deyil; iman və əxlaq üstünlüyü ilə olacaq.

Read More......

Hz. Mehdi və Camaatı Qədərdə Bəllidir

İnsan həm öz qədərinin, həm də dünya qədərinin tamaşaçısıdır. Kimsənin bu qədəri dəyişdirməsi mümkün deyil. Həmçinin bu qədərə etiraz etməsi, Allahın vədini və qədərdə təqdir etdiklərinin reallaşmasını qətiyyən dəyişdirə bilməz. Allah kimi seçib, kimin vasitəsiylə dünyaya din əxlaqını hakim etsə, Mehdi (ə.s.) də, o kimsə olacaq.

Read More......

Tövratda və Digər Yəhudi Qaynaqlarında Mehdiyə (ə.s.) İşarələr

Hz. Mehdinin gələcəyinə inanmaq, Yəhudiliyin təməl inanc əsaslarından biridir. Yəhudilərin 12-ci əsrdən bu yana ən böyük Tövrat alimi olaraq qəbul etdikləri haham Maimoni-des (İbni Meymun), Yəhudiliyin 13 təməl inanc əsasından on ikincisini, “Məsihin (Mehdinin) gələcəyinə inanmaq” olaraq açıqlamışdır. Bu əsaslara görə, Yəhudilərin “Mehdi” ilə əlaqədar inancları bu sözlərlə təyin olunmuşdur: “Məsihin (Mehdinin) gələcəyinə könüldən inanıram, gəlişi geciksə belə, hər gün onun gəlişini gözləyirəm.”

Read More......

Yəhudi Qaynaqlarında Mehdinin (ə.s.) Çıxışından Əvvəlki Dövr

Yəhudilərə görə, Mehdi gəlmədən əvvəlki dövrdə, dünyaya dinsizlikdən qaynaqlanan əxlaqi tənəzzül hakim olacaq. İnsanlarda utanma hissi azalacaq, zülm və qürur artacaq, mərhəmət sahibi kimsə qalmayacaq, dindarlar yox sayılacaq, küfr və fitnə yayılacaq; digər tərəfdən fəlakətlər, zülm və müharibələr bir-birini izləyəcək; torpaqların bərəkəti azalacaq, bahalılıq, qıtlıq və yoxsulluq artacaq.

Read More......

MEHDİnin (ə.s.) YƏHUDİ QAYNAQLARINDA TƏSVİR EDİLƏN XÜSUSİYYƏTLƏRİ


Yəhudilikdə gəlməsi gözlənilən Mehdi, bütün dünyada sülhü bərqərar edəcək bir növ siyasi liderdir. Liderliyi ilə yanaşı, həmişə məqsədə uyğun qərarlar alan, ədalətli və doğru hakim olacaq; Allah qorxusu və sevgisinə görə üstün əxlaq nümunəsi olacaq.

Read More......

Musəvi Qaynaqlarında Mehdinin (ə.s.) Hakimiyyət Dövrü

Musəvilərə görə Hz. Mehdinin gəlişindən sonrakı dövrdə, nifrət və müharibələr sona çatacaq; sülh və ədalət təsis ediləcək, sevgiyə əsaslanan bir sistem qurulacaqdır. Həmçinin Hz. Mehdi dövründə texnologiya çox inkişaf edəcək; şəhərlər gözəlləşəcək; yüksək yaşayış  səviyyəsi olacaq; torpaqlar bərəkətli, su qaynaqları bol olacaq; zənginlik və bolluq olduğu üçün heç kim ehtiyaç içində qalmayacaq. Lakin insanlar əsas olaraq Allaha yaxınlaşmaq üçün səy göstərəcək və maddədən çox mənəviyyata önəm verəcəklər. Din əxlaqının hakimiyyətiylə anlaşmazlıqlar ortadan qalxacaq; insanlar hüzur və etibar içində yaşayacaq və dünya Allahın elmiylə dolacaqdır.

Read More......