İncildə Mehdiyə (ə.s.) İşarələr


İncildə axır zaman və Hz. İsanın ikinci gəlişi ilə əlaqədar, çox sayda şərhə rast gəlmək mümkündür. Müasir İncilin bəzi hissələri pozulmuş olsa da, Quran ayələri və Peyğəmbərimiz (s.ə.s.)in hədislərinə uyğun qisimlərində, Hz. İsanın gəlişindən əvvəl və sonra baş verəcək təbiət hadisələri, ictimai hadisələr izah edilir.

Read More......

İncildə Mehdi (ə.s.)in Çıxışından Əvvəlki Dövr


Hz. Mehdinin gələcəyi dövr olan axır zaman əlamətləri, İncildə bəzən açıq ifadələrlə, bəzən də işari izahlarla açıqlanmaqdadır. İncildəki bu ifadələrə baxıldığında, Hz. Mehdinin çıxışından əvvəlki bu dövrdə, əxlaqi və ictimai bir pozulma yaşanacağı, böyük döyüşlərin olacağı, dəhşət verən fəlakətlərin yaşanacağı, səmada fövqəladə hadisələrin meydana gələcəyi, insanların din əxlaqından uzaqlaşacaqları, ədalətsizlik və haqqsızlığın yayılacağı, səmimi olaraq iman edənlərin təzyiq görəcəyi, dinclik və təhlükəsizliyin yerini qarışıqlıq və narahatlığın götürəcəyi görülməkdədir.

Read More......

İncildə Mehdinin (ə.s.) Hakimiyyət Dövrü

Allahın, Quranda iman edənlərə vəd etdiyi islamın hakimiyyəti, Tövratda olduğu kimi İncildə də vardır. İbrahimi dinlərin müqəddəs kitablarında keçən bu vəd, Hz. İbrahimin nəslindən, Allaha şəriksiz olaraq iman edən, yalnız Onun razılığı üçün yaşayan və din əxlaqının bütün dünyaya yayılması üçün çalışan bir birliyə aiddir. Axır zamanda gələcək Hz. Mehdi və camaatı, Allahın icazəsiylə, bu vədin reallaşmasına vəsilə olacaq xalis möminlərdir. Allahın iman edənlərə bu vədi İncildə belə bildirilir:

Read More......

Quranda və Digər İslami Qaynaqlarda Mehdi (ə.s.) İşarələri

Peyğəmbərimiz (s.ə.s.) bundan təxminən 1400 il əvvəl, müxtəlif əlamətlərlə yaşadığımız dövrə işarə edərək, insanların Quran əxlaqından uzaqlaşacaqları bir dövrün olacağını; dünya miqyasında böyük bir pozulma, fitnə, qarışıqlıq olacağını xəbər vermişdir. Bunun arxasından isə Allahın “Mehdi” sifətiylə mübarək bir qulunu vəsilə edərək, bütün dünyada İslam əxlaqını hakim edəcəyini; yaşanan mənəvi korlanmanın yerini gözəl əxlaqa, dinclik, sülh, xöşbəxtlik və rifaha buraxacağını bildirmişdir.

Read More......

Quranda Mehdinin (ə.s.) Gəlişinə və İslam Əxlaqının Hakimiyyətinə İşarələr


Quranda Hz. Mehdinin Gəlişinə İşarələr

Hz. Mehdi, Peyğəmbərimiz (s.ə.s.)in çox saydakı hədisində, adıyla, xüsusiyyətləriylə, köməkçiləriylə, dövrünün xüsusiyyətləriylə və edəcəyi işlərlə ətraflə olaraq təsvir edilmişdir. Peyğəmbərimizin (s.ə.s.) Hz. Mehdi haqqındakı tərifləri o qədər ətraflı və açıqdır ki, Hz. Mehdi ortaya çıxdığında özünü görənlər bu izahlardan dərhal tanıyacaqlar.

Read More......

Hz. Mehdinin Gəlişinə və İslam Əxlaqının Dünya Hakimiyyətinə İşarə Edən Bəzi Ayələr


 (Sizi hələ) sevdiyiniz başqa bir şey (bir ne'mət) də - Allah dərgahından kömək və yaxın qələbə (Məkkənin fəthi) gözləyir. (Ya Peyğəmbər!) Möminlərə (dünyada zəfərlə, axirətdə Cənnətlə) müjdə ver! (Səff Surəsi, 13)

 Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da (cənnət torpağına, dünyaya və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq. (Ənbiya Surəsi, 105)

Read More......

Hz. Məhəmməd (s.ə.s.)in Hədislərində Mehdi (ə.s.)in Çıxışı və Hakimiyyət Dövrü

Peyğəmbər Əfəndimizin (s.ə.s.) hədislərində qiyamətə yaxın  zamanda yaşanacaq axır zaman haqqında çox ətraflı məlumatlara və işarələrə yer verilir. Bu məlumatlara görə, axır zaman iki dövrdən ibarətdir. Bu müqqədəs zamanın ilk dövrü pozulmaların, fəlakətlərin, qarşıdurmaların, döyüşlərin, yaşanacağı bir dövrdür. Axır zamanın ikinci dövrü isə, Hz. İsanın yenidən dünyaya gəlişi və Hz. Mehdinin ortaya çıxışyla birlikdə, dünyaya sülhün, dincliyin, azadlığın hakim olduğu, bolluğun və bərəkətin yaşandığı, insanların hər baxımdan məmnun olduqları gözəlliklərlə dolu bir dövrdür.

Read More......

Allah Vədindən Geri Dönməyəndir

Hz. Mehdinin gəlişi mövzusu İbrahimi dinlərin tarixində, hər dövr də əhəmiyyətli bir yer tutmuşdur. Hər dinin öz müqəddəs qaynaqlarında, xüsusiyyətləriylə, köməkçiləriylə, dövrünün xüsusiyyətləriylə və edəcəyi işlərlə, ətraflı şəkildə təsvir edilən Hz. Mehdinin gəlişi, iman edənlər arasında coşğulu bir müjdə səbəbidir.

Read More......

Müsəlmanların Tövrat və İncilə Baxışlarıyla Əlaqədar Əhəmiyyətli Şərhlər

Allah, Quranda Müsəlmanların Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.)ə və ondan əvvəl göndərilmiş olan bütün peyğəmbərlərə və bu peyğəmbərlərə endirilənlərə iman etdiklərini bildirir. Bəqərə surəsinin 4-cü ayəsində Rəbbimiz Müsəlmanlar üçün; “O kəslərki, sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar” buyurur.

Read More......