Tövratda İsrailoğulları Deyə Xitab Edilən Qövm Mehdi Camaatıdır

Axır zamanda gələcək Mehdinin (ə.s.) və camaatının xüsusiyyətləri, vəsilə olacaqları müjdəli dövr, İbrahimi dinlərin öz müqəddəs qaynaqlarında çox ətraflı təsvir edilir. Hikmətli bir şəkildə rəvayət olunan bütün bu təriflər, hər üç dində də bir-birinə uyğun gəlir. Bundan əsrlərlə əvvəl təsvir edilən bir mühitin, müasir dövrdə yüzlərlə dəlilə tam olaraq uyğun gəlməsi, Mehdinin (ə.s.) çıxışının çox yaxın olduğunu bizlərə göstərir.
 
Peyğəmbərimizin (s.ə.s.) hədislərinə görə, Hz. Mehdi və camaatı, bütün dünya insanlarının gələcəyi üçün çox əhəmiyyətli və çox faydalı fəaliyyətlər etdikləri halda, ilk dövrlərdə tanınmayacaqlar və çox az saydakı mömin topluluğu xaricində onlara dəstək olan olmayacaq. Ancaq iman gözü ilə baxanlar, Hz. Mehdini və camaatını, üstün qənaətləriylə tanıyacaqlar. Bu mübarək adamın Mehdiliyi mehdiyyət mövqeyinə sahib olduğu, Allahın dinini yaymaqdakı müvəffəqiyyəti ilə dəqiqləşəcək. Bir ayədə, Kitab Əhlinin Peyğəmbərmizi (s.ə.s.) “uşaqlarını tanıyar kimi” tanıyacaqları bildirilir:

Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Muhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi, şübhəsiz ki, həqiqəti bilə-bilə gizlədir.  (Bəqərə Surəsi, 146)

Bu ayə işari mənada, Hz. Mehdinin tanınacağına da işarə edir. (Doğrusunu Allah bilir.) Hz. Mehdi də ortaya çıxdığında, Peyğəmbərimizin (s.ə.s.) təsvirləri ilə, insanlar onu uşaqlarını tanıyar kimi tanıyacaqlar. Ancaq buna baxmayaraq bəzi insanlar, bu mübarək şəxsi tanımazlıqdan gələcək və inkar edəcəklər.

0 коммент.:

Отправить комментарий