Yaşadığımız Axır Zaman və Mehdi (ə.s.) Müjdəsi

Axır zaman, dünyanın son dövrlərini ifadə edən bir sözdür. İslam əqidəsinə görə, qiyamətdən əvvəlki bu son dövrdə insanlıq əvvəl böyük bir pozulma ilə qarşı qarşıya qalacaq. Haqsızlığın, zülmün, aclığın və yoxsulluğun, əxlaqi çöküntünün, müharibələrin və qarşıdurmaların, qarışıqlıq və anarxiyanın artdığı bu qaranlıq dövr, insanların din əxlaqına yönəlmələriylə sona çatacaq. Yoxsulluğun yerini bolluq, haqsızlığın və zülmün yerini ədalət və anlayış, anarxiya və qarışıqlığın yerini sülh və etibar alacaq; dünya tarixdə heç olmadığı qədər gözəllik və bərəkət içində olacaq. Allah, dünyada aydınlıq və bərəkət üçün, Hz. İsanın yenidən dünyaya gəlişini və “Mehdi” sifətini daşıyan müqəddəs bir şəxsi vəsilə edəcək. Bütün bunlar, bizə Peyğəmbərimiz (s.ə.s.) tərəfindən müjdələnən, Quranda da işarə edilən çox qiymətli müjdələrdir.

Axır zamanın əlamətlərinin nələr olduğunu, bu dövrdə gələcək olan Hz. Mehdinin xüsusiyyətlərini, Hz. Mehdi gəldikdən sonra dünyada nələr olacağını və Hz. İsanın dünyaya gəlişini daha əvvəl nəşr etdiyimiz kitablarımızda ətraflı olaraq ələ almışdıq. ( Ətraflı məlumat üçün baxın Hz. Mehdinin Çıxış Əlamətləri və Xüsusiyyətləri, Mehdi və Qızıləsr, Peyğəmbərimiz (s.ə.s.)in Dilindən Hz. Mehdi, Qiyamət Əlamətləri, Qızıləsr, Axır Zaman və Dabbətul Ərz, Hz. İsanın Əlamətləri, Axır Zamanı Bədiüzaman ilə Anlamaq, Harun Yəhya) Bu kitabımızda isə, Tövrat, İncil və Qurani Kərimdə bəhs olunan Hz. Mehdinin çıxış dövrü olan axır zaman əlamətlərinə yer verəcəyik. Həmçinin  Yəhudilərin “Olam Ha-Ba” (Gözlənilən Dünya), İsəvilərin “Milenyum” (Min İl) olaraq ifadə etdikləri, Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.)in isə “Qızıl əsr” olaraq adlandırdığı, din əxlaqının hakimiyyət dövrünün xüsusiyyətlərini araşdıracağıq.

Yəhudi qaynaqlarında təsvir edilən, istər axır zamanda Hz. Mehdinin çıxacağı dövrün əlamətləri, istərsə də Hz. Mehdinin hakimiyyətindəki Qızıl əsr dövrü, İslami qaynaqlarda yer alan  izahlarla çox bənzərdir. Hər iki dində də, insanların din əxlaqından uzaqlaşacaqları; bu səbəblə bir çox çətinlik ilə qarşılaşacaqları; çətin bir dövrün arxasından, gözəl və işıqlı bir dövrün başlayacağı ifadə edilir. Eyni şəkildə, İncildə izah edilən axır zaman əlamətləri və din əxlaqının hakim olacağı dövrlə əlaqədar şərhlərdən əhəmiyyətli bir qismi, İslami qaynaqlarla uyğunlaşır.

Bu kitabda Quran ayələri, Peyğəmbərin (s.ə.s.) hədisləri və İslam alimlərinin şərhlərinə əlavə olaraq, Tövrat və İncildən hissələrə yer verərək; Hz. Mehdinin çıxışından əvvəlki dövrün əlamətlərinin, müasir dövrün şərtlərini nə qədər əks etdirdiyinə birlikdə şahid olacağıq.

Həmçinin kitabda, Tövratda bəhs olunan və hakimiyyət vəd edilən İsrailoğulları qövmünün, əslində Mehdi camaatı olduğu; Mehdi camaatını təyin edəcək ünsürün hansı nəsildən olunması deyil, səmimi iman olduğu vurğulanır. Mehdi (ə.s.) və camaatı, Allah üçün etdikləri fəaliyyətlərdəki  müvəffəqiyyətləri ilə tanınacaq. Allah dinini hakim etmək üçün qədərdə kimi vəsilə etsə, bu sifətə vəqf olacaq olanlar da onlar olacaq.

Əsil din əxlaqının bütün dünyaya hakim olması və bu sayədə insanların hər cür maddi mənəvi çətinlikdən xilas olmaları, bütün iman edənlərin arzusudur. Mehdinin (ə.s.) çıxışından əvvəl əlamətlərdə göründüyü kimi, yaşanılan bir çox hadisə, əsirlərdir gözlənilən bu mübarək dövrün başladığını göstərir. Bütün möminlər kimi bizim də duamız, Allahın bizlərə din əxlaqının dünyaya yayılması üçün aparılacaq fikri mübarizədə iştirak etmə imkanı verməsi və bizləri də bu müqəddəs dövrə şahid etməsidir.

0 коммент.:

Отправить комментарий