Allah Quranda haqq din olan İslam əxlaqını bütün dünyaya hakim edəcəyini, inanan qullarına güc və iqtidar verəcəyini vəd etmişdir. Allahın icazəsiylə gerçəkləşəcək olan bu vəd, Quranda belə bildirilir:
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə - onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini (İsrail övladını yer üzündə kafirlərin yerinə gətirdiyi kimi onları da müşriklərin yerinə gətirəcəyini), onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əzəv edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur Surəsi, 55)
Onlar Allahın nurunu (islam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə - kafirlərin xoşuna gəlməsə də, öz nurunu (dinini) tamamlayacaqdır. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur! (Saf Surəsi, 8-9)
Onlar Allahın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur! (Tövbə Surəsi, 32-33)
Axır zaman, dünyanın son dövrlərini ifadə edən bir sözdür. İslam əqidəsinə görə, qiyamətdən əvvəlki bu son dövrdə insanlıq əvvəl böyük bir pozulma ilə qarşı qarşıya qalacaq. Haqsızlığın, zülmün, aclığın və yoxsulluğun, əxlaqi çöküntünün, müharibələrin və qarşıdurmaların, qarışıqlıq və anarxiyanın artdığı bu qaranlıq dövr, insanların din əxlaqına yönəlmələriylə sona çatacaq. Yoxsulluğun yerini bolluq, haqsızlığın və zülmün yerini ədalət və anlayış, anarxiya və qarışıqlığın yerini sülh və etibar alacaq; dünya tarixdə heç olmadığı qədər gözəllik və bərəkət içində olacaq.Read More......