Allah Vədindən Geri Dönməyəndir

Hz. Mehdinin gəlişi mövzusu İbrahimi dinlərin tarixində, hər dövr də əhəmiyyətli bir yer tutmuşdur. Hər dinin öz müqəddəs qaynaqlarında, xüsusiyyətləriylə, köməkçiləriylə, dövrünün xüsusiyyətləriylə və edəcəyi işlərlə, ətraflı şəkildə təsvir edilən Hz. Mehdinin gəlişi, iman edənlər arasında coşğulu bir müjdə səbəbidir.

Mehdinin (ə.s.) ortaya çıxışının çox yaxın olduğunu isə, bu əlamətlərin sıx olaraq, bir-birinin ardınca yaşanmasından anlaya bilirik. Fitnə və təxribatçılığın, qarşıdurma və müharibələrin, əxlaqsızlıq və dinsizliyin, heç bir dövrdə olmadığı qədər yayılması və sanki son nöqtəsinə çatması, Hz. Mehdinin çıxışının an məsələsi olduğunu göstərir. Yaşanan bütün bu mənfiliklər, suyun alovu söndürməsi kimi, Hz. Mehdinin çıxışı ilə sona çatacaq və Allah şübhəsiz, möminləri ”... dünyada güc və iqtidar sahibi edəcək, özləri üçün seçib bəyəndiyi dinlərini özlərinə məskun edib sağlamlaşdıracaq.” (Nur Surəsi, 55)

Hz. Mehdi ilə eyni dövrdə dünyaya ikinci dəfə gələcək olan Hz. İsa isə, xüsusilə Xrisitan və Yəhudi dünyasına xitab edəcək, onları içində olduqları xurafatlardan çəkinib Quran əxlaqını yaşamağa dəvət edəcək. Xristianların Hz. İsaya tabe olmasıyla İslam və Xristian aləmi İslam inancında birləşəcək və insanlar hər üç İbrahimi dinin müqəddəs kitablarında –Quranda, Tövratda və İncildə- vəd edildiyi kimi, dünyanın hər yerinə hakim olacaq iman, sülh, etibar və rəfah mühitində yaşayacaqlar.

Bu müjdəli dəyişikliyə qarşı  mübarizə aparanlar isə, qədərlərindəki məğlubiyyətə şahid olacaqlar.  (Allah bununla) günahkarların xoşuna gəlməsə də, haqqı (islamı) bərqərar etmək və batili (küfrü) yox etmək istəyirdi. (Ənfal Surəsi, 8) ayəsində bildirdiyi kimi, qəti şəkildə Allahın istədiyi olacaq. Din əxlaqının yayılmasına müqavimət göstərənlərin vəziyyəti, Quranda belə açıqlanır:

 (Allahın vəhdaniyyətini danan, Quranı yalan hesab edən) kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir. (Nur Surəsi, 39)

Hz. Mehdinin vəsiləsiylə imana yönələcək və onun liderliyində Qızıl əsri yaşayacaq insanlar, Allahın icazəsiylə çox şərəfli bir dövrə şahid olacaqlar. Bolluğuyla, bərəkətiylə, rahatlıq və dinclik mühitiylə, hər Müsəlmanın yaşamaq istəyəcəyi bu dövr, iman edənlər üçün dünya həyatında çox üstün bir mükafatdır. Qızıl əsrdə anarxiya, terror, qarışıqlıq, düşmənlik və şiddətin tamamilə qalxması nəticəsində, yaşanacaq olan sülh və sağlamlıq dolu həyatla, insanlar dünyada cənnətə   bənzər bir mühitə qovuşacaqlar.

Allahın möminlərə  bu lütfu, Quranda  “Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir (Allahı özünə hami və dost seçən şəxslərdir).” (Maidə Surəsi, 56) ayəsiylə bildirdiyi kimi Rəbbimizin bir vədidir. Və ... Allah vədindən geri dönməz...” (Rum Surəsi, 9) Bir başqa Quran ayəsində isə Rəbbimiz belə buyurur:

Şübhəsiz, sizə vəd edilən reallaşacaq. (Mürsəlat Surəsi, 7)

0 коммент.:

Отправить комментарий